Övladlığa götürmə hansı hallarda mümkündür?

Son vaxtlar İslam dinini qaralamaq üçün ciddi planlar qurulur. Xüsusilə Allah Rəsulunun yolu ilə hərəkət edən müsəlmanlara qarşı ciddi təzyiqlər və qarayaxmalar davam edir. İslam dini yayıldıqca, insanların bu dini sevməsini gördükcə, Peyğəmbərin gətirdiyi dinin ardıcılları çoxaldıqca narazı kütlələr müxtəlif vasitələrlə İslam dininin mahiyyətini öz əslindən başqa formada təqdim etməyə səy göstərirlər.

Son vaxtlar İslam dinini qaralamaq üçün ciddi planlar qurulur. Xüsusilə Allah Rəsulunun yolu ilə hərəkət edən müsəlmanlara qarşı ciddi təzyiqlər və qarayaxmalar davam edir. İslam dini yayıldıqca, insanların bu dini sevməsini gördükcə, Peyğəmbərin gətirdiyi dinin ardıcılları çoxaldıqca narazı kütlələr müxtəlif vasitələrlə İslam dininin mahiyyətini öz əslindən başqa formada təqdim etməyə səy göstərirlər. İlahiyyat üzrə fəlsəfə doktoru Əkrəm Həsənov isə deyir ki, ağıl sahibləri İslamın necə mükəmməl bir din olduğunu dərk edir, onun adından istifadə edənlərin isə qaralamalarına, böhtanlarına aldanmırlar. Onun sözlərinə görə, aldananlar ancaq İslamın həqiqətini olduğu kimi dərk etməyən insanlardır: "Bir tərəfdən avam insanlardan istifadə edib İslam adı ilə terror edən cinayətkar mütəşəkkil dəstələrin mövcudluğu, digər tərəfdən İslama çoxlu yeniliklər və bidətlər gətirən, özlərini İslama nisbət edən yenilikçilərin, bidət əhlinin çoxluğu, eyni zamanda da kafirlərin, batil, qeyri-ilahi dinlərin mövcudluğu və İslama olan hücumları bu dinin möhkəmliyini poza bilmir. Buna qəzəblənən qeyri- müsəlmanlar, avamlar, İslam düşmənləri peyğəmbərin sağlığında olduğu kimi, həyatdan köçüb getdikdən sonra belə Ona olan hücumlarını, böhtanlarını davam etdirirlər. Bütün bunlara baxmayaraq hər zaman İslamı olduğu kimi yaşayıb elmi şəkildə cəmiyyətə təqdim edən ağıl sahibləri də bu böhtanlara cavab hazırlayaraq kafirlərin bəhanələrini susdura bilirlər. Son vaxtlar mənə gələn suallar arasında Allah Rəsulunu qaralamağa cəhd olunan məsələlərdən biri də Peyğəmbərimizin öz oğulluğunun həyat yoldaşı ilə evlənməsi məsələsidir. Bu məsələni bəhanə gətirərək Allah-Təalanın vəhy nazil etməsinə dil uzadan və İslama yanaşmaq istəməyən insanlar var. Hətta bununla bağlı Qurani Kərimdə ayə də vardır". Əkrəm Həsənov qeyd edib ki, bu ayələrdə çoxlu açıqlamalar olmasa insanlar ayənin mahiyyətini anlaya bilməzlər: "Bu ayələrdə övladlığa götürməkdən söhbət gedir. Bir insan özünə öz övladı olmayanı övlad kimi götürə bilərmi? Öz övladı olmayan və özünə övlad götürən şəxsin övladlığı insanın öz doğma övladı kimidirmi? Qeyd edək ki, İslamdan əvvəl, cahiliyyə dövründə bir şəxs özünə başqa uşağı övlad götürəndə onun əsl öz övladı olduğu anlaşılırdı. İslam dini gələndən sonra cahiliyyə dövrünə məxsus olan övladlığı, bir uşağı özünə övlad götürməyi, övladlığı öz övladı olmaq kimi anlayışdan çıxardı. Yəni, özünə övladlığa götürülən uşağın əsl övlad olması İslam dininə görə haram hesab edildi. Beləliklə İslamdan sonra bir başqa uşağı övladlığa götürmək o demək idi ki, artıq o sənin övladın deyildir. Övladlığı öz övladın kimi qəbul etmək İslam dininə görə haramdır. Özünün belindən gəlməyən, öz bətnindən çıxmayan bir şəxsi öz övladın kimi qəbul etmək cahiliyyə adətidir və İslama görə haramdır. İslam bu məsələni tənzimlədi. İslam dininə görə bir şəxs kimisə övladlığa götürə bilər, ancaq götürdüyü övladlıq onun əsl öz övladı ola bilməz. İslam dini bununla doğru bir qərarı verdi. Yəni, Allah-Təala cahiliyyə anlayışını aradan qaldırıb övladlığı insan üçün əsl övlad etmədi. Çünki, cahiliyyə dövründə bir şəxsin övladlığı sanki öz doğma övladıymış kimi qüvvədə idi. Başqasını öz övladın kimi bilib övladlığa götürmək İslam dininə görə haram edildi. Bu barədə Buxari və Müslim, Səid bin Əbu Vəqqasdan, Peyğəmbərin belə dediyini rəvayət etmişlər: "Bir uşağı atasından başqasına aid edənə Allahın, mələklərin və insanların lənəti olsun. Allah təala onun nə tövbəsini qəbul edər, nə də fidyəsini" Yəni bir şəxsi öz doğma atasına yox, başqasına nisbət edərsə həmin şəxs Cənnətə daxil ola bilməz. Amma İslam dininə görə bir şəxsin başqa bir şəxsə sevgisindən və ona hörmətindən ötrü "övladım", "oğlum", "balam" deməsi icazəlidir, halaldır. Hətta peyğəmbər də çox sevdiyi uşaqlara belə deyibdir: İbn Kəsir, Təfsirində deyir: "Bir şəxsin öz övladı olmayan bir uşağa sırf ona hörmətindən və sevgisindən ötrü "oğlum", "övladım", "balam" deməsi ayənin haram etdiyi övladlığa götürməkdən, övladlığa nisbət etməkdən deyildir". Əkrəm Həsənov qeyd edib ki, bu gün müsəlmanlar içərisinə Allah Rəsuluna aid kafirlər tərəfindən belə bir şübhə gətirilir ki, sizin peyğəmbəriniz öz oğulluğunun həyat yoldaşını almışdır: "Biz yuxarıda oğulluğun İslam dininə görə əsl oğul olmadığını açıqladıq. Bəs Allah Rəsulu necə olub ki, öz oğulluğu Zeydin həyat yoldaşını almışdır". İlahiyyat üzrə fəlsəfə doktoru onu da bildirib ki, cahiliyyət dövründə özlərinə övladlıq götürən insanlar, övladlıqlarının boşadıqları xanımlar ilə evlənmirdilər: "Cahil olduqları üçün, yəni məsələnin mahiyyətini düzgün dərk etmədikləri üçün buna pis baxırdılar. Allah təala bu bilməməzliyi, cəhaləti ortadan qaldırmaq üçün Allah Rəsuluna (səlləllahu aleyhi və səlləm) Zeyddən ayrılan Zeynəb binti Çahşla evlənməsini əmr etmiş, Allah Rəsulu (səlləllahu aleyhi və səlləm) da Allahın əmri olduğu üçün Zeynəblə evlənmişdir. Bu hələ də Peyğəmbər (səlləllahu aleyhi və səlləm) düşmənlərinə Onun əleyhinə danışmaq üçün bir fürsət olaraq qalmaqdadır".

Süleyman 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31