Keçən ay SOCAR tərəfindən dövlət büdcəsinə 133 milyon 782 min manat vəsait ödənilib
Azərbaycan Respublikası Dövlət Neft Şirkəti tərəfindən 2017-ci ilin avqust ayında dövlət büdcəsinə 133 milyon 782 min manat vəsait ödənilib. “OLAYLAR”-ın SOCAR-a istinadən verdiyi xəbərə görə, bu göstərici 2016-cı ilin avqust ayı ilə müqayisədə 17 milyon 321 min manat və ya 14,9 faiz çoxdur. Ümumiyyətlə, cari ilin yanvar-avqust aylarında büdcəyə 1 milyard 48 milyon 348 min manat vəsait ödənilmişdir ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 142 milyon 946 min manat və ya 15,8 faiz çoxdur.
11 Sentyabr 2017 11:51 SosialAzərbaycan Respublikası Dövlət Neft Şirkəti tərəfindən 2017-ci ilin avqust ayında dövlət büdcəsinə 133 milyon 782 min manat vəsait ödənilib. "OLAYLAR"-ın SOCAR-a istinadən verdiyi xəbərə görə, bu göstərici 2016-cı ilin avqust ayı ilə müqayisədə 17 milyon 321 min manat və ya 14,9 faiz çoxdur. Ümumiyyətlə, cari ilin yanvar-avqust aylarında büdcəyə 1 milyard 48 milyon 348 min manat vəsait ödənilmişdir ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 142 milyon 946 min manat və ya 15,8 faiz çoxdur.
Bundan əlavə, 2017-ci ilin avqust ayında Dövlət Sosial Müdafiə Fonduna SOCAR tərəfindən 12 milyon 575 min manat vəsait köçürülüb. Cari ilin yanvar-avqust aylarında isə SOCAR tərəfindən Dövlət Sosial Müdafiə Fonduna ödəniş 99 milyon 826 min manat təşkil etmişdir ki, bu da 2016-cı ilin analoji dövrü ilə müqayisədə 5 milyon 479 min manat və ya 5,8 faiz çoxdur.