Eden Azar "“Qarabağ”la oyundan öncə: ""Çelsi” tam hazırdır"

Ötən il avrokubokda çıxış etmədiyimizdən, çempionat oyunlarına hazırlaşmaq üçün vaxtımız çox idi. Bu mövsüm isə elə olmayacaq. Bu sözləri "Çelsi"nin futbolçusu Eden Azar deyib. Belçikalı yarımmüdafiəçinin komandası Çempionlar Liqasının (ÇL) qrup mərhələsində ilk oyununu sabah "Qarabağ"a qarşı keçirəcək.

İngiltərə mətbuatına açıqlama verən Azar cari mövsümün onlar üçün daha çətin keçəcəyini bildirib: "Bu il Çempionlar Liqasında da mübarizə aparacağıq. Ötən illə müqayisədə bizim üçün fərqli mövsüm olacaq. Təbii ki, bundan şikayətlənmirik. Çünki hər futbolçu Çempionlar Liqasında oynamaq istəyir".
26 yaşlı oyunçu Çempionlar Liqasının qalibi olmaq üçün əllərindən gələni edəcəklərini deyib. O, karyerası ərzində qazandığı mükafatların sırasına ÇL-in kubokunu da əlavə etmək arzusundadı: "Çelsi" ilə bu turnirin yarımfinalına qədər irəliləmişdim, amma həlledici məqamda "Atletiko" bizi üstələmişdi. Bu il eyni səhvləri buraxmaq istəmirik. Şəxsən mən Çempionlar Liqasında uğura imza atmaq arzusundayam. İngiltərə Premyer Liqasının qalibi olmuşam, Fransada titul qazanmışam, müxtəlif kuboklar əldə etmişəm. Amma bu, kifayət deyil. Böyük futbolçular Çempionlar Liqasını qazanmaq istəyirlər. Məncə, bu uğura imza atmağın vaxtı çatıb. Yaxşı heyətimiz və baş məşqçimiz var. Biz Çempionlar Liqasının cari mövsümünə tam hazırıq".
 
Qeyd edək ki, "Stemford Bric"də keçiriləcək "Çelsi" - "Qarabağ" matçı Bakı vaxtı ilə 22:45-də start götürəcək.  Apasport.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31