Dominikanda dəhşət — 16 yaşlı qızın meyiti çemodanda tapıldı
Dominikan respublikasında dəhşətli cinayət hadisəsi baş verib. 16 yaşlı hamilı Emeli Pequeronun meyiti yol kənarındakı bir çemodanın içində tapılıb. Məhkəmə tibbi ekspertizasının rəyinə əsasən 5 aylıq hamilə qızın uşaqlığı parçalanıb və başına sərt alətlə zərbə endirilib.
8 Sentyabr 2017 16:58 DünyaDominikan respublikasında dəhşətli cinayət hadisəsi baş verib. 16 yaşlı hamilı Emeli Pequeronun meyiti yol kənarındakı bir çemodanın içində tapılıb. Məhkəmə tibbi ekspertizasının rəyinə əsasən 5 aylıq hamilə qızın uşaqlığı parçalanıb və başına sərt alətlə zərbə endirilib. Emelinin ABŞ vətəndaşı olan sevgilisi Marlon Martinez və Marlonun anası Merlin Martinez saxlanılıb. Marlon ifadəsində qızın abortun qadağan edildiyi ölkədə abort olunarkən öldüyünü bildirib. Sonra isə meyiti bir əraziyə atıb. Amma meyit Marlonun dediyi ərazidə tapılmayıb. Abortu həyata keçirən həkim də saxlanılıb. Apa.az