Aleks Ferqyusson vaxtilə Zidanın transferinə razı olmayıb
"Mançester Yunayted" 1996-cı ildə Zinəddin Zidanın transferini reallaşdırmağa yaxın olub. "Qırmızı şeytanlar"ın sabiq katibi Martin Edvards transferin baş tutmamasına yeganə maneə kimi Erik Kantona göstərib. Onun sözlərinə görə Aleks Ferqyusson eyni mövqedə çıxış edən fransızlar arasında narazılıqdan ehtiyat edərək transferə mənfi münasibət bildirib. "Zidan və Erik eyni mövqedə çıxış edirdi.
8 Sentyabr 2017 18:15 İdman"Mançester Yunayted" 1996-cı ildə Zinəddin Zidanın transferini reallaşdırmağa yaxın olub. "Qırmızı şeytanlar"ın sabiq katibi Martin Edvards transferin baş tutmamasına yeganə maneə kimi Erik Kantona göstərib. Onun sözlərinə görə Aleks Ferqyusson eyni mövqedə çıxış edən fransızlar arasında narazılıqdan ehtiyat edərək transferə mənfi münasibət bildirib. "Zidan və Erik eyni mövqedə çıxış edirdi. Ferqyusson hiss edirdi ki, Zidanı gətirsə, Kantona ruhdan düşəcək. Keçmişə nəzər salanda təəssüflənirəm. Çünki Kantona 1 ildən sonra karyerasını başa vurdu. Zidan isə daha gənc idi və futbola davam edəcəkdi" - Edvards deyib.Zidan 1996-cı ildə "Yuventus"a, 2001-ci ildə "Real"a transfer edilmişdi. Fransalı yarımmüdafiəçi 2007-ci ildə karyerasını Madrid klubunda yekunlaşdırmışdı. Goal.az