Erməni fəal məhkəməyə etirazını belə bildirdi

Ermənistanda siyasi məhbus Jirayr Sefilyanın və digərlərinin işi üzrə məhkəmə iclasından öncə ictimai fəal Vardqes Qasparin təkbaşına etiraz aksiyası keçirib. Qasparin bu yolla Sefilyan üçün ayrılmış ictimai vəkil Marine Tovmasyanın məhkəmənin qərarlarına, bu qərarların icrasında, Jirayrın razılığı olmadan iclaslarda iştirak etməsinə etirazını bildirib. O, etirazını yerə uzanmaqla həyata keçirib.

Qeyd edilib ki, Qasparin vəkil Marine Tovmasyanın avtomobilinin yolunu kəsməyə cəhd edib, ancaq polis əməkdaşları buna imkan verməyiblər.

Xatırladaq ki, siyasi məhbus Jirayr Sefilyan və digərlərinin işi üzrə məhkəmə iclaslarında onların vəkilləri iştirak etmir. Jirayr Sefilyan və Nerses Poqosyanın hüquqlarının müdafiəsi üçün ictimai vəkil cəlb edilib. Marine Tovmasyan bildirib ki, Nerses Poqosyan onun müdafiəsindən imtina edib. Buna baxmayaraq, Tovmasyan deyib ki, onların vəkilləri qayıdana qədər məhkəmə iclaslarında iştirak etməyə davam edəcək. Həmçinin Sefilyanın ictimai vəkildən imtina etdiyi bildirilir. Virtualaz.org

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31