Həmyerlisini ov tüfəngi ilə vurdu
Sabunçu rayon sakini həmyerlisinə tüfəngdən atəş açaraq xəsarət yetirib. Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən “Olaylar”a verilən məlumata görə, sentyabrın 6-da Sabunçu rayonunun Balaxanı qəsəbəsi ərazisindən qəsəbə sakini, əvvəllər məhkum olunmuş Etibar Məhərrəmov qırma yarası ilə xəstəxanaya gətirilib.
8 Sentyabr 2017 14:59 SosialSabunçu rayon sakini həmyerlisinə tüfəngdən atəş açaraq xəsarət yetirib. Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən "Olaylar"a verilən məlumata görə, sentyabrın 6-da Sabunçu rayonunun Balaxanı qəsəbəsi ərazisindən qəsəbə sakini, əvvəllər məhkum olunmuş Etibar Məhərrəmov qırma yarası ilə xəstəxanaya gətirilib. Sentyabrın 7-də həmyerlisi Mikayıl Dəmirli 12-ci Polis Bölməsinə gələrək hadisənin münaqişə zəminində onun tərəfindən törədilməsini bildirib və istifadə etdiyi, müvafiq sənədləri olmayan, lüləsi kəsilmiş "TOZ-12" markalı tüfəngi təhvil verib.Sabunçu Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.