Xaçmazda evləri su basdı: sakinlər təxliyə edildilər
Bu gün Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Xaçmaz rayonu, Qarğalıq kəndində yaşayış evlərinin həyətyanı sahələrini su basması barədə məlumat daxil olub.
8 Sentyabr 2017 14:15 SosialBu gün Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Xaçmaz rayonu, Qarğalıq kəndində yaşayış evlərinin həyətyanı sahələrini su basması barədə məlumat daxil olub. Şimal Regional Mərkəzinin xilasediciləri hadisə yerinə cəlb olunaraq köməksiz vəziyyətdə qalmış vətəndaşları təhlükəsiz yerə təxliyə ediblər. Əməliyyat saat 10:55-də başa çatıb. Milli.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31