Pozitiv düşünməyi alışqanlıq halına necə gətirmək olar?
Hər günün bir öncəkindən xoşbəxt keçməsini istəyirsən? Kim istəməz ki! Sən də daha xoşbəxt və hər gününü dolu-dolu yaşamaq istəyirsənsə müsbət düşünməyi bir vərdiş halına gətirməlisən. Xoşbəxt bir həyat yalnız müsbət düşüncə quruluşuyla əlaqədardır və inanıram ki, hər kəs ruhən, romantik mənada və zehni mənada özünü müsbət düşünməyə öyrədə, öz daxili gücünü artırıb daha xoşbəxt yaşamanın yollarını öyrənə bilər.
8 Sentyabr 2017 12:19 SosialMənfi davranışlı insanlardan uzaq olmaqla hədəfə çatmaq daha asan olur
Hər günün bir öncəkindən xoşbəxt keçməsini istəyirsən? Kim istəməz ki! Sən də daha xoşbəxt və hər gününü dolu-dolu yaşamaq istəyirsənsə müsbət düşünməyi bir vərdiş halına gətirməlisən. Xoşbəxt bir həyat yalnız müsbət düşüncə quruluşuyla əlaqədardır və inanıram ki, hər kəs ruhən, romantik mənada və zehni mənada özünü müsbət düşünməyə öyrədə, öz daxili gücünü artırıb daha xoşbəxt yaşamanın yollarını öyrənə bilər. Psixologiya və Konsultasiya Mərkəzinin psixoloqu Validə Abbasova deyir ki, müsbət düşünmə quruluşunu bir dəfə ələ keçirdikdə həyatı daha enerjili və daha həvəsli yaşamağa başlayacağıq: "Müsbət düşünmə tərzi həyatımıza bir çox gözəllik qatacaq ki, onlardan bəziləri özümüzə olan etibarımızı artırması, streslerimizi, hirslilik və depressiya hallarimizi ən aza endirməkdir. Bu, pis hallardan xilas olmaq və daha sağlam yaşamağı bizə təqdim etmək deməkdir. Səhv etməkdən qorxmayın, müvəffəqiyyətli hər insanın gün ərzində etdikləri bir çox səhvləri var ki, həmin səhvlər əslində onların daha uğurlu olması üçün bir köməkçidir".
Həyatdan məmnun ol
Psixoloq hesab edir ki, həyatda sahib olduğumuz kiçik şeylərdən belə məmnun olub şükr etməyi öyrənməliyik: "Bəlkə bank hesabında milyonlar yoxdur, amma böyük ehtimalla bir ailən, uşaqların, yoldaşların, işin və ən əhəmiyyətlisi azadlığın əlindədir və bunlar üçün məmnun olmalı, şükr etməyi unutmamalıyıq. Bəlkə də ən əhəmiyyətlisi odur ki, sağlamlığımız yerindədir. Özümüzü pis hiss etdiyimiz və demoralizə olduğumuz zamanlarda həyata qarşı üsyankar olan hər şeydən şikayətçi oluruq, lakin yuxarıda saydığım sahib olduğumuz əhəmiyyətli şeyləri unutduğumuz üçün belə düşünməyə və isyankar olmağa başlayırıq. Müsbət düşüncə quruluşunu bir vərdiş halına gətirmənin ən əhəmiyyətli mərhələlərindən biri həyata qarşı üsyankar olmamaq və məmnun olma halımızı davam etdirməkdir".
İlhamverici kitablar oxuyun
Onun sözlərinə görə, günün xoş keçməsi üçün müəyyən məşğuliyyət növləri var ki, onlarla məşğul olmaq insana xoş təəssürat bağışlayır: "Əgər kitab oxuma vərdişi varsa, səni həyata qarşı gücləndirəcək, səni həmişə bir sonrakı günlərə hazırlayacaq kitabları oxuya bilərsən. Əgər kitab oxumaqdan xoşlanmır və köhnəlikdir düşünürsənsə, müxtəlif bloqları və bu mövzuda qəzet, jurnalda çıxan yazıları oxuya bilərsən. İnternet mühitində tonlarla müsbət düşüncəni vərdiş halına gətirmənin yollarını izah edən yazılar var və bir çoxu işə yarayır. Her gün on, on beş səhifə kitab oxumaq, ya da günlük təyin etdiyin yazıları oxumaq və bunu hər gün təkrar etmək sənin üçün çox yaxşı bir başlanğıc olacaq və müsbət düşünməyi hiss etməyə başlayacaqsan".
Hər gün bir müsbət cümlə yazın və bunu vərdiş halına gətirin
"Həyatında hər gün yaşadığın ən az bir müsbət və səni çox xoşbəxt edən bir hadisə vardır. Bu an yaşadığın günün nə qədər çətin keçdiyini deyə bilmərəm, amma əminəm ki, gün içində səni xoşbəxt edən ən azı bir hadisə yaşayacaqsan. Hər kəsin gün ərzində ətrafında reallaşan xoş hadisələr olur. Bu hadisələri kağıza köçürməyi yoxla və bunu vərdiş halına gətir. O zaman görəcəksən ki, bu hadisələrin təsiri daha uzun davam edəcək və xoşbəxt olma halın bütün gününə əks olunacaq, eləcə də qarşılaşdığın çətinliklərə qarşı bir qalxan vəzifəsi yerinə yetirəcək. Çünki artıq bilirsən ki, həyatında gözəl və səni xoşbəxt edən hadisələr də olur. Narahat olmayın, lazım olan bu hadisələri görmək və fərqinə varmaqdir. Bəli, bir çətinliklə qarşılaşdıqda artıq nə edəcəyini bilirsən: Yazdığın kağızı ortaya çıxar, oxu və bir az gül, arxasında qarşılaşdığın çətinliklə əlaqədar axtarışa başla. Belə daha asan olacaq".
Mənfi düşünən və davranan insanlardan uzaqlaşın
"Əgər ətrafındakı insanlar hər fürsətdə mənfi düşünür və davranırsa, bu tərz insanların yanında müsbət düşünmək və bunu bir vərdiş halına gətirmək olduqca çətindir. Davamlı müsbət düşünən dostların və bu tərz düşünən insanların olduğu birliklərə girib bu kəslərin tətbiq üsullarını təkrar etmək müvəffəqiyyətli bir strategiya sayılır. Bu tərz qarşıya qoyduğun hədəflər üçün sənə mənəvi dəstək verəcək və səni daha da müsbət düşünmək üçün ürəkləndirəcək. Bu şəkildə müsbət insanların içindəykən və günlərinin ən azından müəyyən bir qismini bu tərz insanlarla kecirirkən hədəflərinə çatmaq daha asan olacaq. Mənfi insanlardan uzaqlaşma sənə yalnız enerji verməyəcək, eyni zamanda müsbət insanların həyatına girməsi üçün də bir fürsət təqdim edəcək".
Nurlan