“Hindistan etnoqrafiyası” təqdim edildi

AMEA Mərkəzi Elmi kitabxanasına yenicə daxil olan Bəhmən Əliyev Ayvazalının iki cilddə tərtib olunmuş “Hindistan etnoqrafiyası” dərsliyi  “Elm və təhsil” nəşriyyatında çap edilib. “Olaylar” bildirir ki, birinci cilddə Hindistanın “maddi mədəniyyəti” və ikinci cilddə “mənəvi nədəniyyəti” araşdırılıb. Dərsliyin elmi redaktoru AMEA-nın həqiqi üzvü, tarix elmləri doktoru, professor, əməkdar elm xadimi Teymur Bünyadovdur.

AMEA Mərkəzi Elmi kitabxanasına yenicə daxil olan Bəhmən Əliyev Ayvazalının iki cilddə tərtib olunmuş "Hindistan etnoqrafiyası" dərsliyi  "Elm və təhsil" nəşriyyatında çap edilib. "Olaylar" bildirir ki, birinci cilddə Hindistanın "maddi mədəniyyəti" və ikinci cilddə "mənəvi nədəniyyəti" araşdırılıb. Dərsliyin elmi redaktoru AMEA-nın həqiqi üzvü, tarix elmləri doktoru, professor, əməkdar elm xadimi Teymur Bünyadovdur.
Kitabda Hindistanda coğrafi şəraitin, iqlimin, aqrar islahatların təsərrüfat həyatına təsiri, təsərrüfatın xüsusiyyətləri, sənətkarlıq məsələləri, dinlərin və dini inancların etnoqrafiyanın formalaşmasında rolu, varna-sati sistemi, bayramlar, musiqi və rəqsləri, ailə nigah münasibətləri, irqi-etnik tərkibi, etno-mədəni proseslərdə dil amili və s. məsələlər ənənəvilik və müasirlik müstəvisində tədqiq edilib, çoxsaylı nümunələr verilib və ətraflı şərh olunub. Monoqrafiya Hindistanşünaslıq üzrə ixtisas təhsili alan ali məktəb tələbələri, magistrlər, bu ölkənin entoqrafiyası ilə maraqlanan geniş oxucu kütləsi üçün nəzərdə tutulub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31