Alan Kürdinin həyatı film oldu
Məşhur yazıçı Xalid Hüseyni Türkiyədən Yunanıstana keçməyə çalışarkən botunun çevrilməsi nəticəsində dənizə düşüb və həlak olan 3 yaşlı Alan Kürdiyə hekayə həsr edib. Yazıçı bu hekayəyə “Dəniz duası” (Sea Prayer) adını verib. Hekayənin motivləri əsasında film də çəkilib. Hazırda ABŞ-da yaşayan əfqanıstanlı mühacir yazıçı Alanın sahildəki cansız bədənini gördüyü andakı duyğularını belə ifadə edib:
8 Sentyabr 2017 09:48 DünyaMəşhur yazıçı Xalid Hüseyni Türkiyədən Yunanıstana keçməyə çalışarkən botunun çevrilməsi nəticəsində dənizə düşüb və həlak olan 3 yaşlı Alan Kürdiyə hekayə həsr edib. Yazıçı bu hekayəyə "Dəniz duası" (Sea Prayer) adını verib. Hekayənin motivləri əsasında film də çəkilib.
Hazırda ABŞ-da yaşayan əfqanıstanlı mühacir yazıçı Alanın sahildəki cansız bədənini gördüyü andakı duyğularını belə ifadə edib:
"Fotonu gördüyüm an ilk ağlıma gələn bir uşağı yetişdirmək üçün sərf edilən və gözə görünməyən, diqqətə alınmayan əməklər oldu. Bütün o narahatlıqlar, qayğılar... Uşaqlarımız yaxşı olsunlar deyə narahatlıqlar keçiririk, onlarla maraqlanırıq və onlara verdiyimiz bütün sevginin, şəfqətin nəticəsində onun qumsaldakı cansız halını görürük..."