MEK - də kitab təqdimatı

 AMEA-nın Mərkəzi Elmi Kitabxanasına “Xüsusi təyinatlı bina və qurğuların inşasının texnologiyası və təşkili” dərsliyi təqdim olunub. "Olaylar" bildirir ki, “Azərbaycan” nəşriyyatında çapdan çıxan kitabın müəllifi professor Muğan Salahovdur. 13 fəsildən ibarət olan nəşrdə tikinti sənayesinin müasir texnologiyası və təşkili məsələləri ətraflı şərh olunur, respublikamızda və xarici ölkələrdə mürəkkəb mühəndis qurğularının, yüksək gərginlikli elektrik xətləri üçün qurulan dirəklərin, radio və televiziya qüllələrinin, bayraq dirəklərinin, eləcə də böyük aşırımlı monolit dəmir beton binaların inşa edilməsi üsulları araşdırılır.

AMEA-nın Mərkəzi Elmi Kitabxanasına "Xüsusi təyinatlı bina və qurğuların inşasının texnologiyası və təşkili" dərsliyi təqdim olunub. "Olaylar" bildirir ki, "Azərbaycan" nəşriyyatında çapdan çıxan kitabın müəllifi professor Muğan Salahovdur.

13 fəsildən ibarət olan nəşrdə tikinti sənayesinin müasir texnologiyası və təşkili məsələləri ətraflı şərh olunur, respublikamızda və xarici ölkələrdə mürəkkəb mühəndis qurğularının, yüksək gərginlikli elektrik xətləri üçün qurulan dirəklərin, radio və televiziya qüllələrinin, bayraq dirəklərinin, eləcə də böyük aşırımlı monolit dəmir beton binaların inşa edilməsi üsulları araşdırılır.

Dərs vəsaiti əsasən sənaye və mülki tikinti ixtisası üzrə magistr pilləsində inşaatçı mütəxəssislərin hazırlanması üçün nəzərdə tutulub. Nəşr, həmçinin müasir bina və qurğuların inşası ilə məşğul olan firmaların, layihə təşkilatlarının mühəndis-texniki işçiləri üçün də faydalı ola bilər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31