Məxfi qrup Facebook-da amerikalı seçiciləri necə çaşdırıb

"The Telegraph" yazır ki, Rusiyada mənzillənmiş məxfi qrup ABŞ seçkilərini təsirləndirmək üçün Facebook-da 100 min dollarlıq reklam alıb. Facebook rəsmiləri bildiriblər ki, bəzi hallarda bu reklamlarda namizədlər Donald Tramp və ya Hillari Klintonun adları çəkilirdi.

"The Telegraph" yazır ki, Rusiyada mənzillənmiş məxfi qrup ABŞ seçkilərini təsirləndirmək üçün Facebook-da 100 min dollarlıq reklam alıb. Facebook rəsmiləri bildiriblər ki, bəzi hallarda bu reklamlarda namizədlər Donald Tramp və ya Hillari Klintonun adları çəkilirdi.

Amma əksər reklamlarda mühacirət, irq, homoseksualların haqları və şəxsi silah kimi Amerika ictimaiyyəti üçün həssas mövzulara toxunulur və cəmiyyət arasında ixtilaf toxumu səpilirdi. Məqalədə deyilir ki, bu əməliyyat 2 il davam edib və seçki kampaniyasının həlledici məqamlarında azı 3000 fərdi reklamdan istifadə olunub.

Facebook şirkəti bildirib ki, bu məsələdə Rusiyanın ABŞ seçkisinə mümkün müdaxiləsini araşdıran Konqres komitələri ilə əməkdaşlıq edir. Bu da qeyd olunur ki, Facebook-dan alınmış reklamlar 470 saxta hesabla əlaqəli idi və indi bu hesablar bağlanıb. Facebook sosial mediasının təhlükəsizlik komandasının başçısı Alex Stamos bildirib ki, böyük bir ehtimalla Rusiyadan idarə olunan bu saxta hesablar bir-biri ilə bağlı olub.

Reklamların təxminən dörddə biri Amerikanın konkret coğrafiyalarını hədəfləyirdi. Bu hesablardan bir çoxu 2015-ci ildə prayemeri kampaniyaları keçiriləndən fəaliyyətdə idi. Stamos deyib ki, Facebook bundan başqa "yenə də Rusiyada mənzillənən gizli qrup" tərəfindən 2200 reklamın 50 min dollara alındığını üzə çıxarıb.

Bu da qeyd olunur ki, bu pullar namizədlərin rəqəmsal reklamlarına xərclənən məbləğlərlə müqayisədə çox kiçik olub. Hillari Klintonun belə reklamlara 55, Trampın isə 90 milyon dollar xərclədiyinə inanılır. Facebook Konqresdə ABŞ seçkilərinə təsir edilməsi üçün ondan istifadə olunub-olunmadığı barədə suallara cavab verməli olub.

Sosial şəbəkə bu faktları "saxta xəbərlərin" yayılması mexanizmini araşdırarkən üzə çıxardığını bildirib. Stamos deyib ki, Konqresdə onlara verilən sualların əksəriyyəti Rusiyanın 2016-cı il seçkisinə müdaxiləsi barədə idi. "Suallardan biri də bu idi ki, Rusiyanın cəhdləri ilə Facebook-dan alınmış reklamlar arasında nə kimi əlaqə olub. Bu çox ciddi iddialardır və biz də buna görə platformamızda gedən fəaliyyətləri araşdırıb baş verənləri anlamağa çalışdıq" - Stamos deyib.

O bidlrib ki, Facebook "dezinformasiya və saxta xəbərlərin" axınını daim azaltmağa çalışır. (BBC)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31