İsveçdə terakt hazırlamaqda şübhəli bilinən şəxs saxlanıldı
Sentyabrın 6-da axşam İsveçin cənubunda təxminən 30 yaşı olan bir nəfər saxlanılıb. O, ölkə ərazisində terror aktı hazırlamaqda şübhəli bilinir. Yerli KİV-in məlumatına görə, dövlət ittihamçısı Yevamari Xaqqkvist qeyd edib ki, bu şəxs barəsində ittiham əsassız deyil: “Məsələ ondadır ki, o, istintaqa ziyan vura bilərdi”.
7 Sentyabr 2017 16:17 DünyaSentyabrın 6-da axşam İsveçin cənubunda təxminən 30 yaşı olan bir nəfər saxlanılıb. O, ölkə ərazisində terror aktı hazırlamaqda şübhəli bilinir. Yerli KİV-in məlumatına görə, dövlət ittihamçısı Yevamari Xaqqkvist qeyd edib ki, bu şəxs barəsində ittiham əsassız deyil: "Məsələ ondadır ki, o, istintaqa ziyan vura bilərdi".
Dövlət ittihamçısı onu da əlavə edib ki, İsveç məhkəməsi şübhəli şəxsi bundan sonra da həbsdə saxlamağın zəruri olub-olmaması barədə cümə gününə qədər qərar çıxaracaq. İstintaq mülahizələri əsas götürülərək, həmin şəxsin harada saxlanıldığı və hadisənin təfərrüatı açıqlanmır. Heç şübhəli şəxsin adı və istintaqın fikrincə, onun əlaqələri ola biləcək təşkilatın adı da bildirilmir. Lakin İsveç prokurorluğunun məlumatında qeyd edilir ki, şübhəli şəxs istintaqın gedişində təqsirləndirildiyi cinayətə aidiyyətinin olmadığını bildirib.