Avropa Tolerantlıq Festivalı keçiriləcək

Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyi, DokuBaku, Park Cinema, Landmark Hotel, “United Cultures”, Bakı Media Mərkəzi, YARAT və Turkish Airlines-ın birgə əməkdaşlığı nəticəsində Bakıda IMAGINE Avropa Tolerantlıq Festivalı keçiriləcək. Bu barədə məlimatı “Olaylar” – a  Park Cinema və Avropa Birliyi nümayəndələri bildirib. IMAGINE Avropa Tolerantlıq Festivalının və DokuBakunun əsas məqsədi mədəniyyətlərarası dialoq və tolerantlıq kimi dəyərləri müxtəlif incəsənət nümunələrində əks etdirməkdir.

Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyi, DokuBaku, Park Cinema, Landmark Hotel, "United Cultures", Bakı Media Mərkəzi, YARAT və Turkish Airlines-ın birgə əməkdaşlığı nəticəsində Bakıda IMAGINE Avropa Tolerantlıq Festivalı keçiriləcək.

Bu barədə məlimatı "Olaylar" - a  Park Cinema və Avropa Birliyi nümayəndələri bildirib. IMAGINE Avropa Tolerantlıq Festivalının və DokuBakunun əsas məqsədi mədəniyyətlərarası dialoq və tolerantlıq kimi dəyərləri müxtəlif incəsənət nümunələrində əks etdirməkdir.

IMAGINE Avropa Tolerantlıq Festivalı  oktyabr ayının 12-dən 20-ə qədər Bakıda keçiriləcək və bir çox müxtəlif tədbirləri özündə birləşdirəcək: musiqi tamaşaları, debatlar və müzakirələr, film nümayişləri, foto və video müsabiqəsi, incəsənət sərgiləri və s. IMAGINE çərçivəsində bir sıra tanınmış rejissorlar, musiqiçilər və digər sənətkarların iştirakı gözlənilir.

Festivalın kino bölməsi xüsusi aktuallığa malikdir. Tolerantlıq və müxtəliflik mövzusunu özündə əks etdirən 20 Avropa sənədli filmi DokuBaku Beynəlxalq Sənədli film Festivalı çərçivəsində təqdim olunacaq. DokuBaku Beynəlxalq Film Festivalı dünyanın hər yerindən seçilmiş məşhur sənədli və reallığa əsaslanan filmləri Azərbaycan tamaşaçılarına nümayiş etdirəcək. İlk dəfə keçiriləcək olan Festivalın əsas mövzusu sosial və mədəni məsələlərə qarşı yeni yanaşmanı araşdıran Reallığın Yoxlanılmasıdır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31