Azərbaycan "Şərq Tərəfdaşlığı" XİN rəhbərlərinin görüşündə təmsil olunacaq
Azərbaycan xarici işlər nazirinin müavini Mahmud Məmməd-Quliyev Avropa İttifaqına (Aİ) üzv olan ölkələr və "Şərq Tərəfdaşlığı" dövlətləri XİN rəhbərlərinin qeyri-rəsmi görüşündə Azərbaycanı təmsil edəcək. Bu barədə XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev məlumat verib. Onun sözlərinə görə, bu görüş sentyabrın 8-də Tallində baş tutacaq.
7 Sentyabr 2017 15:14 SiyasətAzərbaycan xarici işlər nazirinin müavini Mahmud Məmməd-Quliyev Avropa İttifaqına (Aİ) üzv olan ölkələr və "Şərq Tərəfdaşlığı" dövlətləri XİN rəhbərlərinin qeyri-rəsmi görüşündə Azərbaycanı təmsil edəcək. Bu barədə XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev məlumat verib. Onun sözlərinə görə, bu görüş sentyabrın 8-də Tallində baş tutacaq.
Görüşdə noyabrın 24-də Brüsseldə keçiriləcək "Şərq Tərəfdaşlığı" sammitinə hazırlıq məsələləri müzakirə olunacaq. Trend.az