Qəhrəmanlıq tarixini yazanların xatirəsi uca tutulur
Azərbaycanın müasir müstəqillik tarixinin ən əlamətdar hadisələrindən biri də 2016-cı ilin aprel ayında cəbhə xəttində yaşanan olaylar oldu. Həmin günlərdə ermənilərin daha bir təxribatının qarşısını alan Azərbaycan Silahlı Qüvvələri yüksək peşəkarlıq və döyüş nümaunəsi göstərərək düşmənə sarsıdıcı zərbələr endirdi, onu acı məğlubiyyətlə üzləşdirdi. Düzdür, aprel döyüşlərində Azərbaycan Silahlı Qüvvələri itkilər versə də, lakin bu itkilər uzun illər erməni işğalı altında qalan bir sıra strateji əhəmiyyətli yüksəkliklərin, ərazilərimizin müəyyən hissəsinin işğaldan azad olunması ilə nəticələndi. Azərbaycan Ordusu aprel qələbəsi ilə dövlətimizin, Silahlı Qüvvələrimizin nəyə qadir olduğunu həm işğalçı Ermənistana, həm də beynəlxalq aləmə əyani şəkildə nümayiş etdirdi.
7 Sentyabr 2017 14:35 SosialAli Baş Komandandan tutmuş sıravi vətəndaşa qədər hər kəs aprel şəhidlərini yüksək ehtiramla yad edir
Azərbaycanın müasir müstəqillik tarixinin ən əlamətdar hadisələrindən biri də 2016-cı ilin aprel ayında cəbhə xəttində yaşanan olaylar oldu. Həmin günlərdə ermənilərin daha bir təxribatının qarşısını alan Azərbaycan Silahlı Qüvvələri yüksək peşəkarlıq və döyüş nümaunəsi göstərərək düşmənə sarsıdıcı zərbələr endirdi, onu acı məğlubiyyətlə üzləşdirdi. Düzdür, aprel döyüşlərində Azərbaycan Silahlı Qüvvələri itkilər versə də, lakin bu itkilər uzun illər erməni işğalı altında qalan bir sıra strateji əhəmiyyətli yüksəkliklərin, ərazilərimizin müəyyən hissəsinin işğaldan azad olunması ilə nəticələndi. Azərbaycan Ordusu aprel qələbəsi ilə dövlətimizin, Silahlı Qüvvələrimizin nəyə qadir olduğunu həm işğalçı Ermənistana, həm də beynəlxalq aləmə əyani şəkildə nümayiş etdirdi.
Həmin uğurlu hərbi əməliyyatların üzərindən müəyyən vaxt keçsə də, hələ də o tarix qürurla yad edilir. Silahlı Qüvvələrimizin yüksək əzmkarlığı, işğaldan azad edilən ərazilər Azərbaycan xalqında nə qədər sevinc, fərəh hissi yaratdısa, sözügedən döyüşlərdə igid əsgər və zabitlərimizin şəhid olması da bizləri bir o qədər məyus etdi, kədərləndirdi. Buna rəğmən Azərbaycan xalqı həmin tarixlə bu gün də qürur duyur, o şanlı qələbəni bizə yaşadanların əziz xatirəsini hər an yad edir. Ali Baş Komandandan tutmuş sıravi vətəndaşa qədər bu gün hər bir azərbaycsnlı aprel şəhidlərinin ölməz ruhunu uca tutur, onların qəhrəmanlıq nümunələri ilə fərəh hissi keçiirir. Təsadüfi deyil ki, Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev də ölkənin hərbi elitasının iştirakı ilə keçirilən dövlət rədbirlərindən birində aprel şəhidlərindən bəhs edərək demişdir: "Aprel döyüşlərində hərbçilərimiz qəhrəmanlıq göstərdilər. Şəhid hərbçilərimizin xatirəsi bizim qəlbimizdə, Azərbaycan xalqının ürəyində daim yaşayacaq. Eyni zamanda, döyüşlərdən sonra hərbi hospitalda yaralı hərbçilərə baş çəkərkən gördüm ki, onlarda nə qədər böyük Vətən sevgisi var. Ağır, yaralı vəziyyətdə olmalarına baxmayaraq deyirdilər ki, bizim arzumuz tezliklə sağalıb yenə də cəbhə bölgəsinə getməkdir. Bax, budur bu gün Azərbaycan gənci, Azərbaycan vətəndaşı, onun düşüncəsi, onun əqidəsi və Vətənə olan sevgisi. Bizim ölkəmizi gücləndirən əsas amillər bunlardır".
Qeyd etdiyimiz kimi aprel döyüşlərinin iştirakçıları, qəhrəmanları hər bir Azərbaycan vətəndaşı tərəfindən böyük ehtiramla yad edilir, onların əziz xatirəsi yad edilir. Paytaxtla yanaşı bölgələrdə, ayrı-ayrı şəhər və rayonlarda aprel şəhhidlərinin xatirəsinin əbədiləşdirilməsi, onların adının təhsil aldıqları ümumtəhsil məktəbləri, yaşadıqları küçələrə verilməsi, müntəzəım olaraq anım tədbirlərinin keçirilməsi deyilənlərin bariz nümunəsidir. Bundan başqa yaradıcı insanlar, ədəbiyyat, mədəniyyət sahəsinin ziyalıları, yazıçıları tərəfindənm aprel şəhidlərinə həsr olunmuş kitabların yazılması, filmlərin çəkilməsi Azərbaycan xalqının öz qəhrəmanlarına verdiyi dəyərin, ehtiramın bariz nümunəsidir. Bu kimi tədbirlər, şəhidlərimiz barədə çap materiallarının işıq züz görməsi, sənədli filmlərin çəkilməsi gələcək nəsillərin şanlı tariximiz barədə maarifləındirilməsi baxımından da mühüm əhəmiyyət kəsb edir Məhz yetişməkdə olan gənc nəsil həmin maarifləndirici xarakter daşıyan vasitələr hesabına aprel döyüşləri barədə bilgi əldə edəcək, həmin döyüşlərdə yüksək şücaət göstərmiş qəhrəmanlarımızı tanıyacaq, onların döyüş yolu ilə tanış olacaqlar. Bu eyni zamanda gənclərdə vətənpərvərlik ruhunun artırılmasına xidmət edən başlıca amillərdəndir.
Aprel döyüşləri xalqımızın qəhrəmanlıq tarixi olduğu üçün həmin tarixi yazanlar, onu xalqa bəxş edənlər ictimai-siyasi təşkilatlar tərəfindən də yüksək ehtiramla yad edilir. Bu mənada hakim Yeni Azərbaycan Partiyasının Müdafiə Nazirliyinin bir qrup əsgər və zabitinin ailə üzvləri ilə birlikdə yay istirahətinin təşkili kampaniyasını da xüsusi qeyd etmək yerinə düşər. Belə ki, Yeni Azərbaycan Partiyasının təşəbbüsü və vəsaiti hesabına Azərbaycan Respublikası Müdafiə Nazirliyinin bir qrup əsgər və zabitinin ailə üzvləri ilə birlikdə yay istirahətinin təşkili kampaniyası həyata keçirilib. Xüsusi qeyd edilməli məqam ondan ibarətdir ki, həmin kampaniyanın iştirakçıları 2016-cı ilin aprelində erməni işğalçılarının azğın təxribatlarının qarşısını igidliklə almış və düşmən həmlələrinə layiqli cavab vermiş Silahlı Qüvvələrin bir qrup əsgər və zabitinin ailə üzvləri olub. Bu da öz növbəsində Yeni Azərbaycan Partiyası tərəfindən atılmış vətənpərvər addım olmaqla yanaşı, Azərbaycan Respublikası Silahlı Qüvvələrinə, onun əsgər və zabit heyətinə, ən əsası aprel qəhrəmanlarına ümumxalq inamının və dəstəyinin, ordu və xalqın möhkəm birliyinin əyani ifadəsidir.
Qeyd edək ki, Yeni Azərbaycan Partiyası 2016-cı ilin yay mövsümündə də Azərbaycan Respublikası Müdafiə Nazirliyinin bir qrup əsgər və zabitinin ailə üzvləri ilə birlikdə yay istirahətini təşkili edib. Bundan əvvəl isə dəfələrlə müxtəlif formalarda, o cümlədən xeyriyyə tədbirləri təşkil etməklə Azərbaycan Respublikası Silahlı Qüvvələrinə Yardım Fonduna vəsaitlər köçürüb.
Süleyman
Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyilə ABUC-un həyata keçirdiyi "Aprel döyüşlərinin qəhrəmanlıq nümunələrinin təbliği" layihəsi çərçivəsində çap olunur