Bakıda daha bir mühüm görüş keçiriləcək

"NATO Hərbi Komitəsinin rəhbəri Petr Pavel və Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov Bakıda görüşəcəklər”. “OLAYLAR”-ın xəbərinə görə, belə bir açıqlama ilə çıxış edən politoloq Elxan Şahinoğlu deyib ki, daha əvvəl də Rusiya və ABŞ baş qərargah rəisləri Bakıda görüşmüşdülər: “Niyə Bakı? Rusiya və ABŞ baş qərargah rəisləri Bakıda görüşəndə bu onunla izah edilmişdi ki, generallar Suriyadakı vəziyyəti və bu ölkədə terrorçulara qarşı birgə mübarizə imkanlarını müzakirə edəcəklər.

"NATO Hərbi Komitəsinin rəhbəri Petr Pavel və Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov Bakıda görüşəcəklər". "OLAYLAR"-ın xəbərinə görə, belə bir açıqlama ilə çıxış edən politoloq Elxan Şahinoğlu deyib ki, daha əvvəl də Rusiya və ABŞ baş qərargah rəisləri Bakıda görüşmüşdülər: "Niyə Bakı? Rusiya və ABŞ baş qərargah rəisləri Bakıda görüşəndə bu onunla izah edilmişdi ki, generallar Suriyadakı vəziyyəti və bu ölkədə terrorçulara qarşı birgə mübarizə imkanlarını müzakirə edəcəklər. Azərbaycan da Suriyaya yaxın olduğundan görüş yeri kimi Bakı seçilib. Bu deyilənlər növbəti görüş üçün də keçərlidirmi? Axı bu dəfə yalnız Suriya müzakirə edilməyəcək, NATO ilə Rusiya arasındakı gərginlik daha fərqli mövzuları və məkanları əhatə edir. Rusiya NATO-nun sərhədlərinə yaxınlaşmasından, NATO isə Rusiyanın Baltik ölkələrinə yaxın ərazidə hərbi təlimlərindən narahatdır. Demək bu mövzu da Bakıda müzakirə olunacaq. Bu bizim xeyrimizədir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31