"Burda mənə hörmət yoxdursa, başqa yerə gedərəm"

"Antalyaspor"un hücumçusu Samuel Eto`o klubu tərk etmək istədiyini bildirib. Təcrübəli forvard ötən mövsüm komandadan kənarlaşdırılması, rəhbərlik dəyişikliyi barədə fikirlərini bölüşüb. "Qurumlar qalır, rəhbərlik dəyişir. Fərqli rəhbərlikdə müxtəlif fikirlər ola bilər. Bunlar futbolun bir hissəsidir.

"Antalyaspor"un hücumçusu Samuel Eto`o klubu tərk etmək istədiyini bildirib. Təcrübəli forvard ötən mövsüm komandadan kənarlaşdırılması, rəhbərlik dəyişikliyi barədə fikirlərini bölüşüb. "Qurumlar qalır, rəhbərlik dəyişir. Fərqli rəhbərlikdə müxtəlif fikirlər ola bilər. Bunlar futbolun bir hissəsidir. Bu günə qədər heç kim haqqında pis bir şey fikirləşməmişəm. Bu şəhəri və klubu çox sevirəm. Məni "Antalyaspor"a gətirən insanlara görə problemlərə göz yuma bildiyimi göstərmək istədim. Onu da demək istərəm ki, bura qədər yaşanan bütün konfliktlərdə mən haqlı idim. Artıq getmək istəyirəm. Səbəb pul deyil. Yəni rəhbərliklə ticarət aparmıram. Lazımi hörməti görmək istəyirəm. Klubun prezidenti də bundan xəbərdardır. Ona dedim ki, "Antalyaspor"a və özümə qarşı hörmətimə görə buraxın, gedim. Bu klubda oynadığım müddətdə bir sıra təkliflər almışam və hamısından da idarəçilərin xəbəri olub. Pula görə getmək fikrim olsaydı, əvvəldən gedərdim. Böyük klublarda forma geymişəm. "Antalyaspor"un mənim kim olduğumu dərk etməsini istəyirəm. Menecerim Vilfred De Happi də bunu deməyə çalışırdı".

Kamerunlu hücumçu klubun prezidenti Ali Şafak Öztürklə münasibətinə də toxunub. "O, mənim qardaşımdır. Mən öz işimi görürəm. Heç kimə problem yaratmamışam. Baş verən narazılıqlara baxmayaraq komanda və azarkeşlərə hörmətimdən burda qalmaq qərarına gəlmişdim. Amma belə davam edə bilməz. Burda mənə hörmət yoxdursa, başqa yerə gedərəm. Klub vəziyyəti düzəldə bilər. Lakin bu günə qədər problemləri aradan qaldırmaq üçün rəhbərlikdən hərəkət görmədim". Goal.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31