Əli Kərimlinin zəngin əlöpənləri  - TƏRS BAXIŞ

Son günlər AXCP sədri Əli Kərimlinin “fəallaşaraq” guya Azərbaycan hakimiyyəti barədə “şok faktları” üzə çıxarması və bu “faktların” guya korrupsiyaya bağlılığı ətrafında haray-şivən salması növbəti dəfə onun özünün ifşası ilə nəticəsini tapıb. Ümumiyyətlə, ötən və öncəki aylardan başlayaraq vaxtilə ona yaxınlıqları ilə seçilən cəbhəçilərin Ə.Kərimlinin əldə etdiyi gəlirlər barədə danılmaz sübutları ictimailəşdirmələri AXCP sədrini çıxılmaz dalana dirəyib. O isə bu dalandan çıxa bilmədiyinə görə, xilasını erməni mənbələrində axtarmağa başlayıb. Əbəs yerə deyil ki, son bir neçə gündə dələduz milyarder Corc Sorosun erməni lobbisinin dəstəyi ilə Azərbaycan hakimiyyəti barədə böhtançı məumatlarından Ə.Kərimli də öz xeyrinə yararlanmağa cəhdlər edib. Yəni bu gün Ermənistan mediası anti-Azərbaycan xarakterli hansı informasiyanı ictimailəşdirirsə, həmin məlumat dərhal AXCP sədrinin “facebook”dakı səhifəsində “dostlar” sərlöhvəli əttökən “müraciətlərində” yer alır və bu fakt ilk deyil əlbəttə ki...

Yaxud, AXCP sədrinin yaxın ətrafı yüz minlərlə necə sahib olurlar?

Son günlər AXCP sədri Əli Kərimlinin "fəallaşaraq" guya Azərbaycan hakimiyyəti barədə "şok faktları" üzə çıxarması və bu "faktların" guya korrupsiyaya bağlılığı ətrafında haray-şivən salması növbəti dəfə onun özünün ifşası ilə nəticəsini tapıb. Ümumiyyətlə, ötən və öncəki aylardan başlayaraq vaxtilə ona yaxınlıqları ilə seçilən cəbhəçilərin Ə.Kərimlinin əldə etdiyi gəlirlər barədə danılmaz sübutları ictimailəşdirmələri AXCP sədrini çıxılmaz dalana dirəyib. O isə bu dalandan çıxa bilmədiyinə görə, xilasını erməni mənbələrində axtarmağa başlayıb. Əbəs yerə deyil ki, son bir neçə gündə dələduz milyarder Corc Sorosun erməni lobbisinin dəstəyi ilə Azərbaycan hakimiyyəti barədə böhtançı məumatlarından Ə.Kərimli də öz xeyrinə yararlanmağa cəhdlər edib. Yəni bu gün Ermənistan mediası anti-Azərbaycan xarakterli hansı informasiyanı ictimailəşdirirsə, həmin məlumat dərhal AXCP sədrinin "facebook"dakı səhifəsində "dostlar" sərlöhvəli əttökən "müraciətlərində" yer alır və bu fakt ilk deyil əlbəttə ki...

AXCP fəalı: "İşin ən şərəfsiz tərəfi isə odur ki, bunun işlədiyi "Azərbaycan saatı" insanlardan ianə istəyir, işçiləri isə belə 4.0 motor at gücü olan "Mercedes"lər sürürlər"

Lakin gəlin görək, Ə.Kərimli barədə daha hansı real fakt üzə çıxıb və ondan aralanan cəbhəçilər AXCP sədrinin hansı çirkin yollarla pul-para qazamnasını ictimai rəyin diqqətinə çatdırıb. Misal üçün, cəbhə fəalı olmaqla yanaşı, Ə.Kərimlinin yaxın ətrafından sayılmış Səbuhi Əliyev hazırda AXCP sədrinin toruna düşmüş gəncləri zamanında ondan aralanmalarına çağırış edib. Həmin çağırış-müraciətdə deyilir ki, onu bilavasitə oyanmamışlar üçün yazıb. "Bu yazını yazmağıma səbəb sosial şəbəkələrdə qarşılaşdığım bir foto oldu. Həmin fotonu sizə təqdim edirəm buyurun, baxın"-deyə qeyd edən sabiq cəbhəçi bahalı brend avtomobilin qarşısında biznesmenin deyil, məhz AXCP üzvünün, özü də birbaşa Ə.Kərimlinin yaxını olan bir şəxsin fotosunu işıqlandırıb.

Fotodakı şəxs şəxsin adı isə Fikrət Hüseynlidir. Bu həmin F.Hüseynlidir ki, uzun müddət AXCP sədrinin mətbuat xidmətinin ("Azadlıq" qəzetinin) əməkdaşı olub. O, bu gün adını "siyasi mühacir" qoyaraq, Hollandiyada yaşayır və eyni zamanda, Qənimət Zahidin "Azərbaycan saatı" adlı erməni lobbisinin maliyyəsi ilə efirə çıxan verilişi ilə əməkdaşlıq edir. Yəni Azərbaycan dövləti əleyhinə fəaliyyətini Avropada davam etdirir.

Yeri gəlmişkən, F.Hüseynlinin adı dəfələrlə siyasi mühacir alverində və digər bənzər dələduzluq işlərində hallanıb. Bu baxımdan, S. Əliyev yazır: "Amma baxın ki, bu gün bu şəxs qiyməti ən azı 100 000 manat və buraxılış ili ən azı 2015-ci il olan "Mercedes CLS" avtomobili alıb. Sual olunur nə ilə alıb bu avtomobili? Əlbəttə ki, sosial şəbəkələrdə Azərbaycanda inqilab etməyə çağırmaqla, Əli Kərimlinin əlini öpməklə. İşin ən şərəfsiz tərəfi isə odur ki, bunun işlədiyi "Azərbaycan saatı" insanlardan ianə istəyir, işçiləri isə belə 4.0 motor at gücü olan "Mercedes"lər sürürlər".

"Siz hər dəfə mitinqə gedib Əli Kərimli kimilərinə əl çaldıqca, hər dəfə Fikrət Hüseynlinin işlədiyi "Azərbaycan saatı" verilişini "layk" etməklə bu insanların sərvət toplamağına imkan yaradırsınız"

Beləliklə, vaxtilə Ə.Kərimlinin toruna düşərək, həyatını zəhərləmiş S.Əliyev digər gənclərin eyni vəziyyətə düşməməsini istəyir. Ona görə də bu müraciəti yazmağa məcbur olduğunu deyir. SİTAT: "Əziz Azərbaycan gəncliyi, baxın bu insanlara! Bu insanlar Əli Kərimlinin ətrafıdır. Yalan danışıb imkansızlıqdan şikayət edirlər, amma birinin övladı xaricdə bahalı universitetdə oxuyur, biri lüks avtomobil alır. Hələ bunlar görünən tərəfləridir, görün, indi altda hansı sərvətlər toplayıblar. Bu, insanlar bu sərvətləri bəs nəyin hesabına toplayırlar? Əlbəttə ki, siz gənclərin və sadəlövh adamların hesabına. Siz hər dəfə mitinqə gedib Əli Kərimli kimilərinə əl çaldıqca, hər dəfə Fikrət Hüseynlinin işlədiyi "Azərbaycan saatı" verilişini "layk" etməklə bu insanların sərvət toplamağına imkan yaradırsınız. Sadə insanlara elə gəlir ki, siyasi mübarizə gedir amma əslində biznes əməliyyatları gedir. Bu biznesdə isə sizin yeriniz həbsdir, işdən çıxarılmaqdır, mənim kimi ömrünüzün neçə ilini boş yerə itirməkdir".

"Azadlıq" radiosunun işçisi Kamran Mahmudov imkansızlıqdan evini satır, Fikrət Hüseynli isə Hollandiyada 100 minlik brend avtomobil sürür!

Onu da qeyd edək ki, bugünlərdə daha bir Ə.Kərimli tərəfdarı, "Azadlıq" radiosunda çlışmış Kamran Mahmudov da AXCP sədrinin badına işlini itirib və heç bir maliyyə ala bilmədiyinə görə evini satdığını bildirib. "2-3 gün bundan əvvəl "Azadlıq" radiosunda işləyən və indi müstəqil jurnalist Kamran Mahmudov yazır ki, işsizdir, ehtiyacı ucbatından evini satmağı planlayır"-deyə bu məsələni xatırladan S.Əliyev əlavə edir ki, təkcə bu faktın özündən nəticə çıxarmağa dəyər: "İndi özünüz qiymət verin, ABŞ Dövlət Departamentinin dəstəklədiyi "Azadlıq" radiosu kimi bir radionun əməkdaşı olan jurnalistin biri Azərbaycanda kasıbçılıq çəkir, amma "Azərbaycan saatı" kimi dılğır bir kanalın adicə əməkdaşı 100 000-lik maşın alırsa, görün indi bunun baş redaktoru Qənimət Zahid və digərləri nə qədər qazanır. Qazanırlar qazansınlar özlərinə qismət. Amma məni əsəbləşdirən şərəfsizlik və yalançılıqdır. İnsan nə qədər şərəfsiz və əclaf olmalıdır ki, o qədər pul qazanasan və insanlardan ianə istəyəsən. Əziz gənclər, hərdən bizi ittiham edirlər ki, biz Azərbaycan hakimiyyətindən pul almaq üçün Əli Kərimlini və onun mafioz ətrafını tənqid edirik. Qətiyyən belə deyil. Şəxsən mənim Əli Kərimli kimi tiplər barədə yazmağımın səbəbi gənclərin mənim etdiyim səhvləri təkrarlamamaqları üçündür. Biz bir səhv etmişik, gənc olmuşuq və bu tip biznesmenlərə inanıb ömrümüzü qurban vermişik, bunlar isə varlanıblar. İndi isə istəyirəm ki, bizim düşdüyümüz tora heç kim düşməsin".

Nəticə etibarilə bird aha sübuta yetirilir ki, Ə.Kərimli, Q.Zahid, F.Hüseynli kimi ünsürlər məhz özləri tərəfindən aldadılmış gənclərdən nökər kimi istifadə edir, onların sayəsində varlanır, maddi imkanlarını genişləndirirlər. Çox yəqin ki, S.Əliyev də bunu dərk edərək, doğru süçimə gedib və Ə.Kərimlinin toruna düşmüş zombu dəstəsini ayıltmağa, reallığı dərk etməyə çağırıb. Bu kimi çağırışların isə yaxın zamanlarda daha da çoxalacağınıistisna etmək olar. Çünki haqq, ədalət hər zaman yalanı, böhtanı məhv edərək, qələbə qazanıb.

Rövşən Nurəddinoğlu

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31