Deputat koreyalı həmkarlarıma Qarabağdan danışıb

Milli Məclisin Koreya ilə parlamentlərarası əməkdaşlıq üzrə işçi qrupu üzvlərinin ölkəmizdə  səfərdə olan Koreya Milli Assambleyasının sədr müavini Pak Cu-sunun  başçılıq  etdiyi  nümayəndə heyəti ilə  görüşü olub. MM-dən “Olaylar”a verilən məlumata görə, qonaqları  salamlayan  qrupun rəhbəri,  deputat Malik Həsənov  xalqlarımız  arasında  tarixən  mövcud olan dostluq  əlaqələrindən söhbət  açdı,  Koreya ilə  münasibətlərin gündən-günə inkişaf etdiyini vurğuladı.

Milli Məclisin Koreya ilə parlamentlərarası əməkdaşlıq üzrə işçi qrupu üzvlərinin ölkəmizdə  səfərdə olan Koreya Milli Assambleyasının sədr müavini Pak Cu-sunun  başçılıq  etdiyi  nümayəndə heyəti ilə  görüşü olub. MM-dən "Olaylar"a verilən məlumata görə, qonaqları  salamlayan  qrupun rəhbəri,  deputat Malik Həsənov  xalqlarımız  arasında  tarixən  mövcud olan dostluq  əlaqələrindən söhbət  açdı,  Koreya ilə  münasibətlərin gündən-günə inkişaf etdiyini vurğuladı. Millət vəkili  xüsusən müasir texnologiyaların istehsalında bu ölkənin sürətli inkişafının Azərbaycanda diqqətlə izləndiyini və təqdir  edildiyini söylədi. Bildirilib ki, hər iki ölkə zəngin təbii sərvətlərə malikdir və əməkdaşlığın daha da genişlənməsi üçün yaxşı baza var.  İşçi  qrupun  rəhbəri daha  sonra  Azərbaycanın ən ağrılı problemi olan  Ermənistan - Azərbaycan Dağlıq Qarabağ münaqişəsi barədə qonaqlara  ətraflı məlumat  verib. Qeyd edilib ki,  bu münaqişə regionda sülh  və  sabitliyi  ciddi  təhdid altında  saxlayır.

Səmimi görüş  və yüksək qonaqpərvərlik üçün  minnətdarlığını bildirən Koreya Milli Assambleyasının sədr müavini Pak Cu-sun ölkəmizin beynəlxalq aləmdə  yüksək nüfuza malik olmasının onları sevindirdiyini bildirib,  iki ölkə arasında  mədəni, humanitar və turizm sahəsində əməkdaşlığın  perspektivlərindən danışıb. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31