Hövsanda kəsilmiş baş tapıldı
Hövsanda kəsilmiş baş tapılıb. Suraxanı rayonunda törədilmiş vəhşicəsinə qətllə bağlı yaradılmış əməliyyat-istintaq qrupu doğranmış bədəni avqustun 5-də aşkar edilən şəxsin kəsilmiş başını, habelə ayaqlarını tapıb. Suraxanı rayon hüquq-mühafizə orqanlarından verilən xəbərə görə kriminalistlər kəsilmiş başı və ayaqları “Azərsu” ASC-nin Hövsan aerasiya stansiyasının yaxınlığında bu gün səhər aşkar ediblər.
7 Sentyabr 2017 14:20 KriminalHövsanda kəsilmiş baş tapılıb. Suraxanı rayonunda törədilmiş vəhşicəsinə qətllə bağlı yaradılmış əməliyyat-istintaq qrupu doğranmış bədəni avqustun 5-də aşkar edilən şəxsin kəsilmiş başını, habelə ayaqlarını tapıb. Suraxanı rayon hüquq-mühafizə orqanlarından verilən xəbərə görə kriminalistlər kəsilmiş başı və ayaqları "Azərsu" ASC-nin Hövsan aerasiya stansiyasının yaxınlığında bu gün səhər aşkar ediblər. Qətlə yetirilmiş şəxsin bədəni də bundan əvvəl həmin ərazidə aşkarlanmışdı. Onun bədənində dörd güllə yeri aşkar edilib. Güllələr yaxın məsafədən atılıb, ancaq gilizlər tapılmadığından silahın tipini müəyyən etmək mümkün olmayıb. Belə görünür ki, qətli törədənlər şəxsi güllələdikdən sonra onun meyitini doğrayaraq kanalizasiya kollektoruna atıblar. Qətlin haradasa şəhərdən kənarda, kimsəsiz yerdə törədildiyi ehtimal edilir. Şəxsin kəsilmiş başı onun kimliyini müəyyən etməyə imkan verəcək vəziyyətdədir. Lakin hələlik vəhşicəsinə öldürülmüş şəxsin kimliyi müəyyən olunmayb. Habelə onun kəsilmiş qolları da hələ tapılmayıb. İstintaq-əməliyyat tədbirləri davam edir.