Çoxuşaqlı ailələrə hansı güzəşt və imtiyazlar verilə bilər?

Azərbaycanda çoxuşaqlı ailələrə dövlət dəstəyi bu və ya digər normativ hüquqi aktlarda nəzərdə tutulsa da ailə institutu üzrə aparılan araşdırmalar, təhlillər və eyni zamanda beynəlxalq praktika bu kateqoriyadan olan ailələrin hərtərəfli dəstəklənməsi üçün yetərli olmadığını göstərir.

Beynəlxalq təcrübə nə deyir?

Azərbaycanda çoxuşaqlı ailələrə dövlət dəstəyi bu və ya digər normativ hüquqi aktlarda nəzərdə tutulsa da ailə institutu üzrə aparılan araşdırmalar, təhlillər və eyni zamanda beynəlxalq praktika bu kateqoriyadan olan ailələrin hərtərəfli dəstəklənməsi üçün yetərli olmadığını göstərir. Baxmayaraq ki, Azərbaycanda statistik göstəricilərə görə, hər il insanların sayı artır, lakin onların ayrı-ayrı yaş qrupları üzrə sayı get-gedə azalır. Həmçinin əsas xəstəlik sinifləri üzrə əhalinin xəstələnməsi məsələlərinə nəzər yetirsək, statistik göstəricilərin ildən - ilə artdığını görərik. Lakin bütövlükdə oğlan uşaqlarının ölümü qız uşaqlarına nisbətən daha yüksəkdir. Burada uşaqların fizioloji inkişafı müxtəlif olduğu və qızların nisbətən dözümlü olması əsas kimi götürülür. Tibbi müayinədən vaxtında keçmək, müalicə almaq bəzi hallarda ailələrin buna maddi imkanları çatmır. Uşaq teatrlarına gedən uşaqların, uşaq dərnək və kollektivlərində iştirak edən uşaqların sayı da azalmaqdadır. Uşaq dərnəkləri və kollektivlərində iştirakçılarin sayı da kifayət qədər azalmışdır. Qeyd etmək lazımdır ki, bir sıra Avropa ölkələrində çoxuşaqlı ailələrə uşaqlara onların ayrı-ayrı yaş qrupları üzrə müxtəlif sosial paketlər təklif olunur. Uşaqlar məktəbəqədər yaşdadırsa, onları qida məhsulları, geyim və oyuncaqlarla təmin edirlər. Məktəb yaşlı uşaqlar üçün isə məktəb ləvazimatları, paltarlar verilir. Onların təhsil haqqı ödənilir, məktəbdə pulsuz yeməklə təmin edirlər. Azərbaycanda son illər gender indikatorlarının dəyişməsi prosesi baş verir. Belə ki, ailələrdə daha çox oğlanların doğulması istəyi bütövlükdə ölkədə gender balansını pozur. Hətta ailədaxili münaqişələrə gətirib çıxaran bu problemin həlli yolunu selektiv abortlarda görürlər. Məlumdur ki, doğulan uşaqların cins üzrə nisbətinə görə ildən-ilə oğlanların sayı daha çoxluq təşkil edir. Bu fərq özünü ümumtəhsil müəssisələrində təhsil alan şagirdlərin sayında da göstərir. Belə ki, 2009-cu ildə 637 015 qız, 2010-cu ildə 613 060 qız, 2011-ci ildə isə 597 666 qız təhsil almışdır. Rəqəmlərdən göründüyü kimi, qızların sayı ildən - ilə azalır. Bunun isə bir sıra sosial - iqtisadi səbəbləri vardır. Bəzi hallarda isə valideynlər ailədə (xüsusilə, çoxuşaqlı ailələrdə) qızları erkən yaşda nikah qurmağa sövq edirlər.

Bir çox ölkələrdə çoxuşaqlı ailələrə xüsusi status, əlavə güzəşt və imtiyazlar verilir. Fransada hələ 1921-ci ildən "Böyük ailə" adlı dövlət proqramı fəaliyyət göstərir. Həmin proqrama əsasən dövlət siyasəti çərçivəsində çoxuşaqlı ailələrə subsidiyaların və imtiyazların verilməsi nəzərdə tutulmuşdur. Çoxuşaqlı ailələrə həmçinin vergi imtiyazları da təqdim olunur. Hər doğulan uşaq vergilərin azalması deməkdir. Beləliklə, əgər ailədə 4 uşaq varsa, həmin ailə praktik olaraq vergi ödəmir. Avropada ən çox doğum Fransanın payına düşür. İsveçdə çoxuşaqlı ailələrə proqressiv müavinətlər verilir və bu müavinətlər hər yeni doğulmuş uşağa görə artır. Əlavə olaraq yaşayış üçün ev haqqı, məktəbəqədər müəssisələrin xərci dövlət tərəfindən ödənilir, hətta ərzaq üçün xüsusi talonlar verilir. Burada natamam, xüsusilə də qadın tərəfindən idarə olunan ailələrə bir sıra əlavə güzəştlər də təqdim olunur. Finlandiyada isə çoxuşaqlı ailələrə, tək valideynli ailələrə hər hansı bir imtiyaz verilmir. Lakin müxtəlif səpkilərdə sosial müavinətlər verilir. Bunlardan biri "yeni doğulmuşlar üçün paket"dir. Bu paket bütün qadınlara şamil edilir və uşağın 1 yaşına qədər hər bir ehtiyacları ödənilir. Paketin məbləği 1 neçə yüz avro ilə ölçülür. Uşaqlar böyüdükcə, onların digər ehtiyacları da nəzərə alınaraq müəyyən güzəştlər verilir. Polşada isə hazırda xüsusi meyar qəbul olunub. Əgər çoxuşaqlı ailələrdə adambaşına düşən gəlir 125$-dan azdırsa, onda həmin ailəyə imtiyazlar verilir. Əgər ailədə əlil uşaq varsa, valideynlərdən biri işləmirsə, həmin uşağa qulluq göstərməklə məşğul olurlarsa, onda həmin məbləğ 2 dəfə çox verilir. Çexiyada isə hər doğulan uşağa görə qadının təqaüd yaşı azaldılır. Almaniyada "Gəlir vergisi haqqında" və "Uşaq müavinətləri" haqqında qanunlar qəbul olunub. 2 yaşına qədər hər uşaq üçün anaya ayda 300 avro verilir. Bundan əlavə, əgər ailədə 3 və daha çox uşaq varsa hər uşağa 179 avro verilir. Bu müavinət 27 yaşadək valideynləri ilə yaşayan və işləməyən şəxslərə verilir. Almaniyada çoxuşaqlı ailələrdə uşaqlara verilən imtiyazlar yaşa görə fərqlidir. Rusiyada 1992-ci ildə "Çoxuşaqlı ailələrə sosial yardımın edilməsi" haqqında Sərəncamda çoxuşaqlı ailələrə yardım 32 maddədə göstərilir. Onlardan biri çoxuşaqlı ailələrə 30 il müddətində, ilkin ödənişsiz ev krediti verilir. Rusiyada 1 uşağa görə 1500 rubl, 2 uşağa görə 3000 rubl, 3 uşağa görə 3500, 4 uşağa görə 4000 rubl verilir. Göstərilən bu nümunələrdən də aydın olur ki, çoxuşaqlı ailələrə sosial yardım müxtəlif ölkələrdə müxtəlif cür həyata keçirilsə də ümumi məqsəd eynidir. Dövlətin inkişafı onun vətəndaşlarının inkişafı və rifahı ilə bağlıdır. Məhz buna görə də, dövlət çoxuşaqlı ailələrə sosial dəstək üçün bir sıra monetar və qeyri- monetar imtiyazlar ayırmalıdır. Bu siyasət bazar iqtisadiyyatına uyğun olaraq tənzimlənə bilir. Ailənin möhkəmləndirilməsi, sağlam uşaqların yetişdirilməsi, onların psixi və mənəvi tərbiyəsinin inkişaf etdirilməsi, ailələrin sosial-iqtisadi ehtiyaclarının ödənilməsi - bütün bunlar bütövlükdə Azərbaycan Respublikasının inkişafı deməkdir.

Qadınların və uşaqların istismarı bütün dünyanı narahat edən məsələlərdən sayılır və bu cür halların qarşısının alınması məqsədilə mühüm tədbirlər görünür. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən verilən məlumata görə, Azərbaycan da bu proseslərdən kənarda deyil və ölkəmizdə insan alverinin qarşısının alınması, bu istiqamətdə maarifləndirici tədbirlərin görülməsi mühüm əhəmiyyət daşıyır. Azərbaycanda insan alverinə qarşı mübarizə müvafiq dövlət və qeyri-dövlət təşkilatlarının əməkdaşlıq çərçivəsində aparılır və bu sahədə qanunvericilik Azərbaycan Respublikasının Konstitusiyasından, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən, "İnsan alverinə qarşı mübarizə haqqında" Azərbaycan Respublikasının Qanunundan və digər qanunvericilik aktlarından ibarətdir. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin başlıca vəzifəsi dövlətimizin ailə siyasətini həyata keçirmək, öz səlahiyyətləri daxilində insan və vətəndaş hüquqlarının və azadlıqlarının, xüsusilə uşaq və qadın hüquqlarının həyata keçirilməsini təmin etmək və onların pozulmasının qarşısını almaqdır. Azərbaycan Hökuməti uşaq hüquqlarının müdafiəsi sahəsində gələcəkdə görüləcək tədbirləri artıq müəyyən edib. Bununla bağlı, "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasına əsasən, Uşaq Strategiyası hazırlanıb, təsdiq üçün təqdim olunmuşdur. Uşaq Məcəlləsi ilə bağlı müəyyən iş görülməkdədir. Araşdırmalar göstərir ki, Azərbaycan insan alverinə qarşı mübarizə sahəsində son illərdə böyük nailiyyətlər əldə edib. Ölkəmizdə bu sahədə mükəmməl qanunvericilik bazası, maarifləndirmə sistemi mövcuddur. Bununla bağlı beynəlxalq təşkilatlarla da işbirliyi həyata keçirilir.

Nurlan 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31