Gündəm
2050-ci ilə qədər müharibə, 100 milyonlarla ölü - DƏHŞƏTLİ PROQNOZ
Rusiya Liberal Demokrat Partiyasının (RLDP) sədri Vladimir Jirinovski Avropada genişmiqyaslı müharibələrdən xəbər verib. “Rossiya 1” telekanalının “Vladimir Solovyovla axşam” proqramının qonağı olan siyasətçi dünyanın müharibələrə doğru getdiyini bildirib. Jirinovski daha sonra potensial qaynar nöqtələri sadalamağa başlayıb.
NATO generalı Bakıda Rusiyanın Qərargah rəisi ilə görüşəcək
NATO Hərbi Komitəsinin rəhbəri Petr Pavel və Rusiya ordusunun Baş Qərargah rəisi Valeri Gerasimov bu gün (7 sentyabr tarixində) Bakıda görüşəcəklər. Bu barədə NATO-nun kommünikesində deyilir. Bildirilib ki, buNATO-nun Rusiya ilə münasibətlərin dondurması barədə qərarından sonra tərəflər arasında ilk görüş olacaq.
Ermənistanın 3 hərbçisi öldürülüb - Gizlədilən qətllər
Ermənistanın iqtidaryönlü saytları “ən yenilməz ordu” adı altında hərbçilərini tərifləməyə davam etdiyi zaman Dağlıq Qarabağda cəbhə xəttində və Ermənistanda hərbçilər həmkarları tərəfindən döyülür və öldürülür.
Palçıq vulkanlarının yaxınlığında yaşayış massivləri salınır
“Son illərdə palçıq vulkanları və onların yerləşdiyi ərazilərlə bağlı neqativ hallarla üzləşirik. 2001-ci ilin iyun ayında Keyrəki vulkanı püskürəndə o vaxt onun yaxınlığında 2-3 fərdi yaşayış binası var idi. Hazırda həmin sahədə böyük bir yaşayış massivi mövcuddur”.
"Aeroflot" məhkəməni uduzdu
Rusiyanın paytaxtı Moskvada maraqlı iddia ilə məhkəmə prosesi başladılıb. Rusiyanın hava yolu şirkətlərindən biri olan "Aeroflot" işçiləri tərəfindən məhkəməyə verilib. İddia edilir ki, rəhbərlik 2 stüardessanı artıq çəkiyə görə işdən azad edib.
Qorxunc şüa qasırğası gəlir - XƏBƏRDARLIQ
Bu gün növbəti maqnit qasırğasının başlanğıcı proqnozlaşdırılır. Bu haqda Rusiya Elmlər Akademiyasının Yer Maqnetizmi, İonosfer və Radiodalğalar İnstitunun Kosmik Hava Məlumatı Mərkəzinin rəhbəri Sergey Qaydaş bildirib. Onun sözlərinə görə, maqnit qasırğası xroniki xəstəliklərdən əziyyət çəkən insanların əhvalının pisləşməsinə gətirib çıxaracaq.
İraqda İŞİD-ə qarşı YENİ ƏMƏLİYYAT başladı
İraqın Baş naziri Heydər əl-Abadi Havicə və Ənbar şəhərlərinin İŞİD terror təşkilatından azad edilməsi üçün yeni hərbi əməliyyatın başladığını elan edib. Baş nazir İraqın tamamilə İŞİD silahlılarından təmizlənməsinə qədər əməliyyatların davam edəcəyini deyib. Bu şəhərlərin azad olunması üçün əməliyyatlar "Peşmərgə" qüvvələri ilə birgə aparılacaq.
Evdə hazırlanmış məhsullardan uzaq durun! - Xəbərdarlıq
Bu ilin əvvəlindən bu günə qədər 92 qida zəhərlənməsi ilə bağlı Kliniki Tibbi Mərkəzin Yoluxucu xəstəliklər şöbəsinə müraciət edilib. Bunu Kliniki Tibbi Mərkəzin Yoluxucu şöbənin rəhbəri Gülnarə Babayeva deyib.
“Aygün Kazımovanın konsertini biz maliyyələşdirmirik”
Sentyabrın 22-də “Baku Crystal Hall”da xalq artisti Aygün Kazımovanın “Aygün Kazımova – 30 il” adlı solo konserti baş tutacaq. Afişa və anonslarda konsertin İdman və Gənclər Nazirliyinin dəstəyi ilə baş tutacağı qeyd edilir.
Erməni terrorçuya 12 il həbs cəzası verildi
Moskva dairə hərbi məhkəməsi erməni terrorçu Aram Petrosyan barədə hökm çıxarıb. Aram Petrosyan terrorizmdə və girov götürməkdə təqsirli bilinərək 12 il müddətinə azadlıqdan məhrum edilib. Dövlət ittihmaçısı Aram Petrosyanın 13 il müddətinə həbs edilməsini istəmişdi.
Nobel Sülh Mükafatı dünyada sülh yaradıcılarına, yoxsa qatillərə verilir?
Ənənəvi olaraq təqdim edilən Nobel Sülh Mükafatının laureatları, onlara bu mükafatın verilməsi ətrafında ciddi müzakirələr gedir. Bəzən irəli sürülən namizədlərin həmin mükafata layiq olmadığı iddia olunur. Bəzən isə mükafata layiq görülən namizədlərin bu titulu ala bilməməsindən giley-güzar edilir.
WhatsApp-da daha bir yenilik
"WhatsApp" şirkət nümayəndələrinin messencerlə işini sadələşdirəcək biznes proqramı təqdim etməyi planlaşdırır. Yeni əlavəni kiçik və orta biznes üçün pulsuz təqdim edəcək "WhatsApp" iri şirkətlər üçün gəlir mənbəyi rolunu oynayacaq korporativ həll yaradacaq. "Bizim yanaşma sadədir: biz biliklərimizi insanlara bir-biri, iri və kiçik şirkətlərlə əlaqə qurmağa kömək etməklə tətbiq etmək istəyirik", - messencer nümayəndələri bildirib.
Yəhudilərdən müsəlmanlara dəstək
Fevral ayında Florida ştatının Tampa şəhərində yerləşən və yanğın nəticəsində istifadə olunmayan məscidin təmiri üçün yardım kampaniyasına start verilib. “Olaylar” bildirir ki, Adil Kerim adlı şəxs tərəfindən təşkil olunan kampaniya zamanı məscidin təmiri üçün 40 min dollar həcmində online aksiyaya başladılıb. Lakin, kompaniya müddətində məscidin təmirinə 78 min dollardan çox vəsait toplanıb.
"Monako" transfer əməliyyatından 283 milyon avro qazandı
Geridə qalan yay trasfer pəncərəsi "Monako" üçün maliyyə baxımından uğurlu olub. Kilian Mbappe, Temue Bakayoko, Bernardo Silva və Benjamen Mendi kimi əsas futbolçularının satışından "moneqasklar" 333 milyon avro vəsait əldə edib.
Petek Dinçöz: "Sırf Azərbaycan üçün dəyişdim"
Türkiyəli müğənni Petek Dinçöz Bakıya gəlib. Paytaxtımıza aktrisa Məlahət Abbasovanın dəvəti ilə gələn sənətçi media nümayəndələri ilə görüşüb. Azərbaycanla bağlı təəssüratlarını bölüşən Dinçöz bura tez-tez gəldiyini deyib: "Bir vaxtlar Türkiyədə veriliş aparırıdım. Onda bir çox azərbaycanlı sənətçini proqramımda qonaq etmişdim. Sizin ölkənizdə sənətə böyük hörmət var. Mən izmirliyəm. Siz də onlar kimi səmimisiniz".














