Nobel Sülh Mükafatı dünyada sülh yaradıcılarına, yoxsa qatillərə verilir?
Ənənəvi olaraq təqdim edilən Nobel Sülh Mükafatının laureatları, onlara bu mükafatın verilməsi ətrafında ciddi müzakirələr gedir. Bəzən irəli sürülən namizədlərin həmin mükafata layiq olmadığı iddia olunur. Bəzən isə mükafata layiq görülən namizədlərin bu titulu ala bilməməsindən giley-güzar edilir.
7 Sentyabr 2017 12:23 SosialƏnənəvi olaraq təqdim edilən Nobel Sülh Mükafatının laureatları, onlara bu mükafatın verilməsi ətrafında ciddi müzakirələr gedir. Bəzən irəli sürülən namizədlərin həmin mükafata layiq olmadığı iddia olunur. Bəzən isə mükafata layiq görülən namizədlərin bu titulu ala bilməməsindən giley-güzar edilir. Ancaq etiraf edilməli olan bir fakt var ki, heç də əksər hallarda sözügedən mükafat həqiqətən də dünyada sülhün, təhlükəsizliyin təmin olunmasında müstəsna xidmətlər göstərmiş siyasi xadimlərə, fərdlərə verilmir. Bəzən sözügedən mükafatı alan elə insanlarla qarşılaşırsan ki, onun adı nəinki dünyada sülh yaratma missiyasi ilə bağlı olur, əksinə həmin şəxs tarixdə yüzlərlə, minlərlə insanın qatili kimi keçir. Yaxud bir əməli ilə belə dünya ictimaiyyətində müsbət imic qazanmır. Məsələn, elə keçmiş SSRİ rəhbəri, 20 Yanvar qırğının, Bakıda yüzlərlə insanın qətlə yetirilməsinin bir nömrəli baiskarı olan Mixail Qorbaçovun timsalında bunu göstərmək olar. Elə siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Zaur Əliyev də bu qənaətdədir. O, bildirib ki, bu vaxta qədər Nobel Sülh Mükafatına layiq görülmüş bir çox siyasi xadimlər, tanınmış simalar barədə araşdırma aparıb və ortaya heç də normal olmayan bir mənzərə çıxıb: "Nobel Sülh Mükafatı alanların siyahısına baxıram. Əgər dünyada adıçəkilən sülh mükafatını bunlara verirlərsə, o zaman görün dünyamız nə gündədir.
Məlumat üçün deyim ki, Nobel qardaşlarının şirkəti Azərbaycanın neft sektorunda da fəaliyyət göstərib. Qardaşların 1870-ci illərdə Azərbaycanın neft sənayesinə qoyduğu kapitalın həcmi 3 milyon rubl, 80-ci illərdə isə 15 milyon rubla çatıb. O ki, qaldı Nobel Fonduna, əgər XX əsrin əvvəllərində Bakıda 20-yə qədər çox böyük kapitala malik müəssisələr var idisə, onlardan birincisi Nobel qardaşlarına məxsus idi. Sözügedən mükafatın formalaşmasında, bu kapitalın yığılmasında Bakı neftinin müstəsna rolu olub. Hesablamalar onu göstərir ki, bu mükafat fondunda olan kapitalın 35 faizi Bakı neftinin payına düşür". Zaur Əliyev Nobel Sülh Mükafatı alan, lakin bu mükafata heç də layiq olmayan bir çox şəxslərin adlarını təqdim edib: "Atom Enerjisi üzrə Beynəlxalq Agentlik, Məhəmməd Əl-Baradei. Məlumat üçün qeyd edim ki, Nüvə terroru üçün baza sayılan Metsamor Atom Eelektrik Stansiyası 1979-ci ildən 1989-cu ilə 150-yə qədər kiçik qəza keçirib. Beynəlxalq Atom Enerjisi Təşkilatı və Avropa İttifaqı tərəfindən dünyadakı ən təhlükəli nüvə stansiyalardan biri olaraq qəbul edilir. Bu gün bu stansiya işləməkdə və region üçün təhükə olmaqda qalır. Heç vaxt Atom Enerjisi üzrə Beynəlxalq Agentliyi və Məhəmməd Əl-Baradeinin bəyanatların vecinə almayan Ermənistan bu gün də stədiyin edir. NO zaman maraqlı sual oryaya çıxır. Nəyə görə bəs bu quruma Sülh mükafatı veriblər? Yaxud Beynəlxalq Qırmızı Xaç Komitəsi. Bu qurum 1992-ci ildən bu günə qədər erməni əsirliyində olan yüzlərlə soydaşımızı geri qaytara bilmir. Son günlər isə girov götürülən Dilqəm və Şahbazla bağlı yalan danışmaqla məşğuldur. Erməni tərəf bu qurumu da vecinə almır. Amma həmin təşkilat da təəssüflər olsun ki, sözügedən mükafatı alıb. Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığı
Bu qurum 1988-ci ildən bu günə qədər Ermənistandan qovulan və Qarabağdan məcburi köçkün düşənlərin hüquqlarının qorunması ilə bağlı heç bir iş görməyib. İşi-gücü hesabımıza qrant alıb dolanmaqdır və baş aldatmaqdır. BMT-nin Uşaq Fondu. Qarabağ münaqişəsi zamanı zorlanan, öldürülən, doğranan, diri-diri yandırılan uşaqlar haqqında bir söz deməyən qurum necə sülh mükafatı ala bilər?. Son olaraq ermənilər tərəfindən qətlə yetirilən mərhum Zəhranın öldülürməsi ilə də bağlı ağzına su alan bu qurum nəyə lazımdır?. Andrey Saxarov. Qərb kəşfiyyatının agenti olan Saxarovun arvadı erməni idi və Yelena Bonner adlı qadın akademiki ermənilərin fəal müdafiəçisinə çevirə bilmişdi. 1989-cu ilin 20 martında Andrey Saxarov SSRİ KP MK-nın baş katibi Mixail Qorbaçova yazdığı məktubda Qarabağla bağlı öz mövqeyini belə açıqlayıb:"Təxminən martın 20-də mən Qorbaçova açıq məktub yazdım. Məktubda qeyd etdim ki, Dağlıq Qarabağ problemi ilə bağlı öz mövqeyini açıqlasın. Dağlıq Qarabağda yaşayan ermənilərin Dağlıq Qarabağ Muxtar Vilyaətinin Ermənistana birləşməklə bağlı tələbini müdafiə etsin. Dağlıq Qarabağın idarəçiliyi Azərbaycandan alınsın...". Yaxud Mixail Qorbaçovu qeyd edək. 20 yanvar faciəsinin müəllifi. Ermənilərin bir nömrəli dəstəkçisi. Onlarla insanın qatili. Bunlar Azərbaycanla bağlı olanlardır. Hələ minlərlə müsəlmanlar olmaqla digər xalqların qatilləri olan Myanma prezidenti Aunq San Suu Kyin, Barak Obama, Albert Qor, Yasir Ərəfat,
Şimon Peres. Məgər Nobel Sülh Mükafatını ancaq qatillər almalıdlarmı?".
Füzuli