Gündəm
Uşaqlar arasında dərman zəhərlənmələri- 140 fakt
Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə il ərzində 120-140 uşağın dərmandan zəhərlənməsinə görə müraciət edilir. Bunu Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinin müdiri Azər Maqsudov deyib.
AFFA liqanın adını dəyişdi
Premyer Liqada çıxış edən “Qarabağ”, “İnter”, “Zirə”, “Neftçi”, “Sumqayıt”, “Kəpəz” və “Səbail” klublarının idman direktorları və müvafiq nümayəndələrinin iştirakı ilə iclas keçirilib.
Azərbaycanlı aktrisa gəlinlikdə POZALAR VERDİ
Bu gün türk estetik cərrah Murat Temizlə ailə həyatı quran aktrisa Cəmilə Tağızadə fotosessiya etdirib. “Love story” fotolar çəkdirən cütlük gəlin və bəy geyimində olub. Cəmilə və Murat fotoqraf Xətai Yusubovun obyektivi qarşısına keçib.
Nigeriya əhalisi üçün “ölüm marşı” çalınır
Nigeriya əhalisi daha bir bəlanın ağuşunda boğulur. BMT-nin baş katibinin rəsmi nümayəndəsi Stefan Cüjarrik Nigeriyada əhalinin sürətlə vəba xəstəliyinə yoluxduğunu bildirib. Onun sözlərinə görə, virus avqust ayından başlayaraq ölkədə sürətlə yayılmağa başlayıb.
Qida zəhərlənməsi ilə bağlı 92 müraciət daxil olub
Qida zəhərlənmələri yay mövsümündə daha çox qeydə alınır. Bunu Klinik Tibbi Mərkəzin (KTM) Yoluxucu şöbəsinin müdiri Gülnarə Babayeva deyib. G.Babayeva qeyd edib ki, qida zəhərlənməsi halları əsasən düzgün saxlanılmayan hazır qidalardan yaranır. Şöbə müdiri əlavə edib ki, zəhərlənməyə səbəb olan qidalar arasında müxtəlif xamalı, mayanezli salatlar, tomatla hazırlanmış, lakin soyuducuda düzgün saxlanmamış yeməklər, qarpız, yemiş və digər meyvələr üstünlük təşkil edir.
Kimyəvi zəhərlənmələrin statistikası açıqlandı
Bu ilin 1-ci yarımilliyində baş verən kimyəvi zəhərlənmələrin statistikası açıqlanıb. Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinin müdiri Azər Maqsudov bildirib ki, bu ilin 1-ci yarımilliyində Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə 1121 müraciət daxil olub.
Təbiətə 2520 manat məbləğində ziyan vurdu
Ekologiya və Təbii Sərvətlər Nazirliyinə Nizami rayonu, Nəsimi küçəsində yerləşən “Səma” mebel mağazasının qarşısındakı ərazidə ağacların qanunsuz kəsilməsi ilə bağlı daxil olan şikayət Nazirliyin əməkdaşları tərəfindən yerində araşdırılıb.
Netanyahu sıx əlaqələrin qurulmasından danışdı
İsrailin baş naziri Binyamin Netanyahu əhalisinin əksəriyyəti müsəlman olan Azərbaycanla sıx əlaqələrin qurulmasından danışıb. Bu məsələyə o, yəhudilərin yeni il bayramı sayılan Roş-a-Şana münasibəti ilə XİN-də düzənlənən qəbulda çıxış edərkən toxunub. Bayram qəbulu Netanyahunun Mərkəzi və Cənubi Amerikaya gözlənilən səfəri ilə əlaqədar olaraq Roş-a-Şana iki həftə qalmış keçirilib.
ByLock istifadəçilərinə qarşı əməliyyat
Türkiyə Kayseri Təhlükəsizlik Müdirliyi və Terrorla Mübarizə Şöbə Müdirliyi ilə birgə PKK terror təşkilatına qarşı növbəti əməliyyat təşkil ediblər. “Olaylar” bildirir ki, təhlükəsizlik qüvvələri 24 ünvanda axtarış əməliyyatları həyata keçiriblər. Əməliyyat göstərilən ünvanlarda eyni vaxtda təşkil edilib və 13 şübhəli ByLock istifadəçisi saxlanılıb.
Corc Soros planının Azərbaycanda iflası
Öz adını daşıdığı fonda rəhbərlik edərək, müxtəlif ölkələrdə rəngli inqilablar törədib bu faktor üzərində milyardlar qazanan Corc Sorosun Azərbaycan üzrə növbəti planının ifşa olunaraq iflasa məruz qalması bir daha sübut etdi ki, ölkəmizdə təməlli şəkildə formalaşmış güclü dövlətçilik prinsipləri, eləcə də xalq-hakimiyyət birliyi sarsılmaz əsaslara söykənib.
Əli Əhmədov: "Məqsəd insanların qeyri-formal məşğulluqdan formal məşğulluğa keçirilməsidir"
"Məşğulluq problemi hər bir hökumətin əsas priorietidir və Azərbaycan da istisna deyil". Baş nazirin müavini Əli Əhmədov "Formal məşğulluq sosial hüquqların reallaşdırılması şərti kimi" adlı beynəlxalq konfransda çıxış edərkən deyib.
Kanada meteorit yağışına tutuldu - VİDEO
Kanadanın Kalqari bölgəsi bazar ertəsi meteorit yağışına məruz qalıb. Alovlu göy cisimlərinin Yer səthinə yaxınlaşması sakinlər tərəfindən anbaan görüntülənib.
"Qalatasaray"dan növbəti transfer
"Qalatasaray" heyətini yeni futbolçu ilə gücləndirib. "Sarı-qırmızılar" "Karabükspor"un futbolçusu Lasmin Latovleviçini heyətinə cəlb edib. 31 yaşlı müdafiəçi ilə 1+1 illik müqavilə imzalanıb.
Siyavuş Novruzovdan açıqlama
Azərbaycana qarşı qarayaxma kampaniyasının əsasında Azərbaycan dövlətinin heç bir xarici gücə boyun əyməməsi, müstəqil siyasət aparması durur. Bunu Yeni Azərbaycan Partiyasının (YAP) İcra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzov OCCRP adlanan qurumun (“Mütəşəkkil Cinayətkarlıq və Korrupsiya Hesabatı” layihəsi) “hesabat”ı və bu “hesabat” əsasında bəzi xarici KİV-də yayılmış materiallarla bağlı açıqlamasında deyib.
Səlim Müslümov: "Əmək bazarında qeydiyyatsız işləyənlərin sayı çoxalıb"
Azərbaycanda işsizlik 5 faiz səviyyəsindədir və bu ölkənin iqtisadi uğurudur. Bunu əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov deyib. S.Müslümov bildirib ki, Azərbaycanda iqtisadi inkişaf nəticəsində əhalinin məşğulluq strukturu da dəyişib. Nazir qeyd edib ki, əmək bazarında qeydiyyatsız işləyənlərin sayı çoxalıb.














