Nigeriya əhalisi üçün “ölüm marşı” çalınır
Nigeriya əhalisi daha bir bəlanın ağuşunda boğulur. BMT-nin baş katibinin rəsmi nümayəndəsi Stefan Cüjarrik Nigeriyada əhalinin sürətlə vəba xəstəliyinə yoluxduğunu bildirib. Onun sözlərinə görə, virus avqust ayından başlayaraq ölkədə sürətlə yayılmağa başlayıb.
7 Sentyabr 2017 12:01 DünyaNigeriya əhalisi daha bir bəlanın ağuşunda boğulur. BMT-nin baş katibinin rəsmi nümayəndəsi Stefan Cüjarrik Nigeriyada əhalinin sürətlə vəba xəstəliyinə yoluxduğunu bildirib. Onun sözlərinə görə, virus avqust ayından başlayaraq ölkədə sürətlə yayılmağa başlayıb.
"Virus ilk dəfə avqustun 17-də Nigeriyanın şimal-şərqində Borno vilayətində aşkarlanıb. Virusla BMT nümayəndələrilə birlikdə ölkə rəhbərliyi də mübarizə aparır. Lakin virusun qabağını almaq mümkün deyil. Statistikaya görə, sentyabrın 5-də 530 nəfər bu virusa yoluxub. Onlardan 23 nəfər dünyasını dəyişib", - deyə Stefan Cüjarrik bildirib.
Qeyd edək ki, vəba virusu bu ilin əvvəlində Yəməndə minlərlə insana yoluxmuşdu. Həmin virusdan 2 minə yaxın insan dünyasını dəyişmişdi. BMT nümayəndəliyi həmin hadisənin Nigeriyada da təkrarlanacağından ehtiyat edir. Ölkə.az