Qida zəhərlənməsi ilə bağlı 92 müraciət daxil olub

Qida zəhərlənmələri yay mövsümündə daha çox qeydə alınır. Bunu Klinik Tibbi Mərkəzin (KTM) Yoluxucu şöbəsinin müdiri Gülnarə Babayeva deyib. G.Babayeva qeyd edib ki, qida zəhərlənməsi halları əsasən düzgün saxlanılmayan hazır qidalardan yaranır. Şöbə müdiri əlavə edib ki, zəhərlənməyə səbəb olan qidalar arasında müxtəlif xamalı, mayanezli salatlar, tomatla hazırlanmış, lakin soyuducuda düzgün saxlanmamış yeməklər, qarpız, yemiş və digər meyvələr üstünlük təşkil edir.

G.Babayeva bildirib ki, bu ilin yanvar-avqust ayları ərzində Klinik Tibbi Mərkəzin (KTM) Yoluxucu şöbəsinə qida zəhərlənməsi ilə bağlı 92 müraciət daxil olub, 13 botulizm halı qeydə alınıb: "Bu müddət ərzində qida zəhərlənmələrindən ölüm halı baş verməyib. Qarşıdan payız-qış mövsümi gəlir və bu müddətdə insanlar daha çox turşulara, konservləşdirilmiş məhsullara üstünlük verirlər. Lakin vətəndaşlara məsləhət görərdik ki, ev şəraitində hazırlanmış konservləşdirilmiş məhsullardan istifadə edilməsin, bunun əvəzində marketlərdən, mağazalardan hazır məhsullar əldə etsinlər. Mağazalarda satılan pomidorlar termik üsulla hazırlandığından onlardan botulizm baş vermir".

G.Babayeva bildirib ki, ötən müddət ərzində şöbəyə ümumilikdə 724 nəfər müxtəlif kəskin mədə-bağırsaq, həmçinin yoğun bağırsaq diaqnozu ilə daxil olub. Trend.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31