Gündəm
ABŞ-da Türkiyənin sabiq nazirinə qarşı cinayət işi açılıb
Nyu York Baş Prokurorluğu Türkiyənin sabiq iqtisadiyyat naziri Zəfər Çağlayana qarşı cinayət işi qaldırıb. Baş Prokurorluq Z.Çağlayanı İran iqtisadiyyatının inkişafına dəstək göstərilməsinə cəhddə, həmçinin çirkli pulların yuyulması üçün qeyri-qanuni fondların yaradılmasında ittiham edir.
Prezident İlham Əliyev 212 saylı məktəbdə yaradılan şəraitlə tanış olub
Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 7-də paytaxtın Nərimanov rayonunda əsaslı təmir edilən 212 saylı tam orta məktəbdə yaradılan şəraitlə tanış olub. Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov görülən işlərlə bağlı dövlətimizin başçısına məlumat verdi.
Prezident Azərbaycan və Rusiyanın Gömrük Komitələri arasındakı protokolu təsdiqlədi
Prezident İlham Əliyev Azərbaycan Respublikası - Rusiya Federasiyası arasında keçirilən mallar və nəqliyyat vasitələri barədə ilkin məlumat mübadiləsinin təşkilinə dair Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi ilə Federal Gömrük Xidməti (Rusiya Federasiyası) arasında Protokolun təsdiq edilməsi haqqında fərman imzalayıb.
ABŞ İncirliyə 30 milyon dollar ayırdı
ABŞ-ın Suriyadakı YPG terror təşkilatına silah yardımı etməsi iddiası ilə ləğv edilməsi gözlənilən İncirlik hərbi bazası problemi sürpriz bir formada başa çatıb. ABŞ Hava Qüvvələri hərbi bazanın nəinki ləğv edilməsini önləyib, hətta modernizasiyası üçün Vaşinqton rəhbərliyindən vəsait ayrılmasını da istəyib.
Sərhəddə silahlı insident
Türkiyənin İraqla sərhəd ərazisində PKK terrorçuları ilə təhlükəsizlik qüvvələri arasında silahlı insident yaşanıb. “Olaylar” bildirir ki, qarşıdurma zamanı iki terrorçu təhlükəsizlik qüvvələri tərəfindən zərərsizləşdirilib.
PKK – ya ağır zərbə
Türkiyənin Muş vilayətində PKK terror təşkilatına qarşı hava dəstəkli əməliyyat həyata keçirilib. “Olaylar” bildirir ki, əməliyyat zamanı biri yaralı olmaqla, 5 terrorçu zərərsizıəşdirilib.
“Retro Bakı” - da bu həftə kimlər olacaq?
Sentyabrın 8 – 9- da Fəvvarələr Meydanında Mədəniyyət və Turizm Baş İdarəsinin layihəsi əsasında Mədəni tədbirlərin təşkili və yaradıcı gənclərlə iş üzrə Mərkəzin təşkilatçılığı ilə keçirilən “Retro Bakı” layihəsinin növbəti konsertləri baş tutacaq. “Olaylar” bildirir ki, bu həftə “Retro Bakı”nın qonaqları tanınmış müğənnilər İlqar Sail, Samir Rəcəbov və Elxan Çələbi, reper Anar Nağılbaz maraqlı repertuarla paytaxt sakinləri və qonaqlarının görüşünə gələcək.
Mikayıl Müşfiqin xatirə gecəsi keçirilib
Sumqayıt Regional Mədəniyyət və Turizm idarəsinin dəstəyi, AYB Sumqayıt bölməsi və S.Vurğun adına Mərkəzi Kitabxananın uşaq şöbəsinin birgə təşkilatçılığı ilə Xızı rayonunda şair Mikayıl Müşfiqin xatirə gecəsi keçirilib. “OLAYLAR”-ın Mədəniyyət və Turizm Nazirliyinə istinadən verdiyi xəbərə görə, Mikayıl Müşfiq muzeyində baş tutan tədbirdə muzeyin direktoru Orxan Əzimov şairin qisa ömür yolu və yaradıcılığı, o cümlədən, muzeyin fəaliyyəti haqqında ətraflı məlumat verib.
Düşmən atəşkəs rejimini 119 dəfə pozub
“OLAYLAR”-ın Müdafiə Nazirliyinə istinadən verdiyi xəbərə görə, Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 119 dəfə pozub. Ermənistan Respublikası Noyemberyan rayonunun Şavarşavan, İcevan rayonunun Berkaber kəndlərində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Qazax rayonunun Qaymaqlı, Fərəhli, Quşçu Ayrım, Qızılhacılı, Bala Cəfərli kəndlərində və adsız yüksəkliklərdə, Berd rayonunun Mosesqex, Çinari və Ayqedzor kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Ağdam, Koxanəbi və Muncuqlu kəndlərində, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun Zamanlı kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.
Vətəndaşdan muzeyə tarixi hədiyyə
AMEA Milli Azərbaycan Tarixi Muzeyinə Kəlbəcərdən olan məcburi köçkün Roza Ələkbərova tərəfindən etnoqrafik material - məfrəş hədiyyə olunub. “Olaylar” bildirir ki, məfrəş XIX əsrin sonu - XX əsrin əvəllərini əhatə edir.
Evlilik insan şəxsiyyətini nə qədər dəyişdirir?
Adətən, çox insan ailə quran dostlarının nə qədər kobud və sıxıcı hala gəldiklərindən şikayət edir. Bəs vəziyyət, həqiqətən də, belədirmi? İnsan evləndikdən sonra dəyişirmi?
"İrma" qasırğası Trampı və milyardeləri də vurdu
Atlantik Okeanında formalaşan çox güclü, dağıdıcı qüvvəyə malik "İrma" qasırğası Karib hövzəsindəki ada dövlətləri, kiçik ölkələri pis vurub. Dağılan, yerlə yeksan olan tikililər və binalar arasında məşhur milyarderlərin, şou-biznes ulduzlarının villaları və malikanələri də var.
İlk dəfə olaraq – “Asılmış kitab” payız kitab marafonu
Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin Səbail Rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) mərkəzi kitabxanasında ilk dəfə olaraq “Asılmış kitab” payız kitab marafonu keçirilir. “Olaylar” bildirir ki, noyabrın 30-dək davam edəcək marafonda oxucular bəyəndikləri kitab haqqında rəy yazmaqla yanaşı, onu başqasına tövsiyə etmək məqsədilə rəmzi olaraq yaradılmış ağacdan “asa bilmək” imkanı əldə edəcəklər. Marafonun məqsədi üstündə rəy yazılmış kitabların digər oxucular tərəfindən yenidən oxunmasıdır. “Asılmış kitab” aksiyası Avropada dəb olan “asılmış əşyalar” təcrübəsinə əsaslanır. Ehtimal olunur ki, bu ənənənin kökü İtaliyanın Neapol şəhərindən başlayıb.
40 iş üzrə 37450 manat məbləğində cərimə tətbiq edilib
16-31 avqust 2017-ci il tarixlərində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları tərəfindən ölkə ərazisində ekoloji qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə araşdırma aparılıb. “Olaylar” bildirir ki, araşdırma zamanı hüquqi və fiziki şəxslər tərəfindən atmosfer havasının, su və torpaq ehtiyatlarının, yerin təkinin, fauna və floranın mühafizəsi, o cümlədən ətraf mühitə qanunsuz məişət və istehsalat tullantılarının yerləşdirilməsi sahəsində yol verilmiş qanun pozuntularına görə 229 akt və protokol tərtib olunub, nöqsanların aradan qaldırılması üçün icrası məcburi olan 70 müddətli “məcburi göstəriş” verilib.
Lütfi Zadə vəfat etdi
Dünya şöhrətli azərbaycanlı alim, qeyri-səlis çoxluqlar nəzəriyyəsinin və qeyri-səlis məntiqin banisi, Kaliforniya Universitetinin professoru Lütfi Zadə sentyabrın 6-da Kaliforniya vaxti ilə səhər saat 7:30 radələrində dünyasını dəyişib. Bu barədə məlumatı Zadə ailəsinin yaxın dostu, professor Lütfi Zadənin son aylarında onun hər zaman yanında olan Azərbaycan Texniki Universitetinin professoru Şahnaz Şahbazova verib. Xatırladaq ki, avqust ayında Lütfi Zadənin Azərbaycanda dəfn edilməsi üçün məsuliyyətli şəxs kimi məhz Şahnaz Şahbazovaya vərəsə məktubu təqdim olunub. Məktubda professorun vəfatından sonra onun nəşinin Azərbaycanda dəfn edilməsi vəsiyyət edilir. Məktubu professor Lütfi Zadənin oğlu Norman Zadə imzalayıb. Məktubda, həmçinin professor Lütfi Zadənin bütün mükafatları, ordenləri, medalları və kitabları professor Şahbazovaya vəsiyyət edilməsi qeyd olunub.














