"İrma" qasırğası Trampı və milyardeləri də vurdu
Atlantik Okeanında formalaşan çox güclü, dağıdıcı qüvvəyə malik "İrma" qasırğası Karib hövzəsindəki ada dövlətləri, kiçik ölkələri pis vurub. Dağılan, yerlə yeksan olan tikililər və binalar arasında məşhur milyarderlərin, şou-biznes ulduzlarının villaları və malikanələri də var.
7 Sentyabr 2017 11:03 DünyaVillalar viran qalır
Atlantik Okeanında formalaşan çox güclü, dağıdıcı qüvvəyə malik "İrma" qasırğası Karib hövzəsindəki ada dövlətləri, kiçik ölkələri pis vurub. Dağılan, yerlə yeksan olan tikililər və binalar arasında məşhur milyarderlərin, şou-biznes ulduzlarının villaları və malikanələri də var.
Qasırğanın vurduğu villalar arasında ABŞ prezidenti Donald Trampın Sen-Martindəki lüks malikanəsi də var. Dağılan villalar arasında mildyarder Riçard Brenson, aktyorlar Eddi Merfi və Conni Deppin, habelə Devid Kopperfildin, Opra Uinfrinin, Keyt Riçardsın, Brüs Uillisin, Roman Abramoviçin, Mik Caqqerin də villaları yer alıblar.
Qasırğa Antiqua, Barbuda, Angilya, Montserrat və Vircin adadlarında da böyük dağıntılara səbəb olub. Karib hövzəsində müşahidə olunmuş qasırğalar arasında ən güclü olan "İrma" ABŞ-a doğru hərəkət edərkən bir neçə adada binaları və tikililəri yerlə yeksan edib. Milli.Az CNN-ə istinadjən bildirir ki, Sen-Marten adasında 6 nəfər həlak olub. "İrma" qasırğası ən yüksək, Saffir-Simpson şkalası ilə 5-ci kateqoriyadadır. Fırtınanın mərkəzində küləyin sürəti 300 km/sata çatır. Antiqua, Barbuda, Sen-Marten və Sen-Barts adalarında "İrma" villalarla malikanələri də viran qoyub. Üçaylıq yağıntı norması düşüb, bəzən küləyi sürəti 380 km/saata çatıb, okeanda suyun səviyyəsi 5 metr qalxıb. Sahilə 12 metr yüksəklikdə dalğalar vurub. Sen-Marten adasının şimalı Fransaya, "Sint-Martin" adlı cənub hissəsi isə Hollandiyaya məxsusdur. Adanın fransız hissəsində 37 min, holland hissəsində 40 min insan yaşayır. Adanın fransız hissəsində az- qala bütün binalar dağılıb, 6 nəfər həlak olub. "Harvi" qasırğasının ABŞ-a vurduğu ziyan isə 150 milyard dolları keçib.