Gündəm
Qayalardan suya tullanma IV mərhələ yekunlaşdı
ABŞ-da “Red Bull Cliff Diving” deyilən qayalardan suya tullanma üzrə ənənəvi dünya çempionatının dördüncü mərhələsi başa çatıb. Dünyanın ən mahir dayverləri ABŞ-ın Texas ştatında, Hell-Geytdə mübarizə aparıblar.
Bu adi əşya uşağı KAR EDƏ BİLƏR
Qulaq çöpləri əslində qulaqların içini təmizləmək üçün nəzərdə tutulmayıb. Bundan əlavə LOR həkimləri bu çöpləri ən ziyanlı və təhlükəli əşya hesab edir. Yalnız ABŞ-da hər gün xəstəxanalara qulaq çöplərindən istifadəyə görə ciddi qulaq travmaları alan 34 uşaq daxil olur. İl ərzində bu 125 000 uşaq təşkil edir. Bu məlumatı Ohayo Kliniki xəstəxanasının mütəxəssisləri yayıblar.
Süni intellekt simulyant xəstələri müəyyənləşdirəcək
ABŞ-ın Pittsburq Universitetinin alimlər qrupu xüsusi alqoritmlər vasitəsilə ağrı hisslərinin gücünü qiymətləndirə bilən süni intellekt sistemi yaradıb. Süni intellekt müxtəlif cüzi və dözülməz ağrı hissləri keçirən insan sifətlərinin çoxsaylı videofraqmentinin köməyi ilə “öyrədilib”. Bundan başqa, kompüter ağrıları təqlid edən simulyant və aktyorların davranışını öyrənib. Məlumata görə, nəticədə süni intellekt üz ifadələrinin dəyişməsinə görə hətta kənar cüzi ağrı hisslərinin təzahürünü müəyyənləşdirməyə başlayıb. Müəlliflər nümunə kimi burun və ağız nahiyələrində ağrıların olmasını 100 faizlik dəqiqliklə ifadə edən və simulyasiyaya imkan verməyən əzələlərin hərəkətini göstəriblər.
Danışan “Amazon” dronları yaradılacaq
"Amazon" şirkəti danışan uçan aparatların yaradılmasına patent hüququ əldə etmək üçün ABŞ Patent və Əmtəə Nişanları Bürosuna müraciət edib. Patentə görə, "Amazon" dronları informasiya tələb etmək və ya sualları cavablandırmaq üçün yaxınlıqdakı insanla səsli dialoq qura biləcək. Həll təkcə təhlükəsizlik məqsədilə deyil, müştərilərin rahatlığı üçün faydalı olacaq. Məsələn, danışan uçan aparatdan çatdırılmanı başqa vaxta keçirməyi xahiş etmək mümkün olacaq.
“Facebook” "insan" mimikasına malik bot yaradıb
"Facebook" sosial şəbəkəsinin proqramçıları yalnız istifadəçinin üz ifadəsini təhlil deyil, həm də həmsöhbətin mimikasına reaksiya vermək qabiliyyətinə malik "Learn2Smile" alqoritmini yaradıblar. Layihənin əsasını təşkil edən süni intellekt "Skype" servisində 250 videokonfransı təhlil edib. Alqoritm danışıq zamanı hər bir sifətdə 68 standart nöqtənin yerləşməsini araşdırıb. Bu məlumatlar əsasında "Learn2Smile" alqoritmi əsas sifət ifadələri və qeyri-şifahi siqnalların kataloqunu tərtib edib. Məlumdur ki, insanlar həmsöhbətin söz və emosiyalarına reaksiya verərək bir neçə ümumi hərəkət icra edirlər: baş ilə salam verir, baş əyir, göz qırpır. Alqoritmin yaradıcıları qeyd ediblər ki, hətta ağız və qaşların hərəkəti son dərəcə informativ ola bilər.
Şəffaf “Panasonic” televizoru nümayiş olunub
Yaponiyanın “Panasonic” elektronika istehsalçısı “IFA 2017” beynəlxalq sərgisi çərçivəsində ilk dəfə ictimaiyyətə “OLED” matrisalı şəffaf televizor prototipini təqdim edib.
Dırnaq ölçüsündə kart təqdim edilib
Fləş yaddaş və daşıyıcılar sahəsində öz həlləri ilə tanınan ABŞ-ın “SanDisk” şirkəti 400 QB tutumunda yaddaşa malik “microSD” kart təqdim edib. Müqayisə üçün bildirək ki, 400 QB tutumunda informasiyanı yadda saxlamaq üçün 285 min ədəd 3,5 düymlük disket lazımdır. Əgər bu disketləri bir-birinin üzərinə qoysaq, onda 10 km hündürlüyündə sütun yaranar. “SanDisk” şirkəti yeni kartına 10 il müddətinədək zəmanət verir.
Bu yazı özünü kədərli, dəyərsiz, çarəsiz hiss edənlər üçündür: TƏHLÜKƏDƏSİNİZ
Sürət əsrinin ən böyük bəlalarından biri depressiyadır. Hazırda əhatə olunduğumuz informasiya, texnologiya və internet ortamlarının da bu problemdə az payı yoxdur. Depressiya insanın əhval-ruhiyyəsinin birdən-birə mənfiyə doğru dəyişməsi halıdır.
Bürclərə görə qadınlar sevgilisinin yanında özlərini necə aparır?
Əgər sevgiliniz işarələrdən və eyhamlardan anlamırsa, o zaman ona bu yazını göndərin. Ola bilsin ki, bürcünüzün xüsusiyyətləri ilə tanış olduqdan sonra nəhayət ki, sevimlisinin nə istədiyini başa düşəcək.
Şokoladın yeni bir faydası kəşf edilib
İngilis alimləri şokoladın yeni bir faydasını ortaya çıxarıblar. Alimlərin araşdırmaları hər gün 40-50 qram şokolad yeməyin faydalı olduğunu sübut edib. Böyük Britaniyada aparılan araşdırmaya görə, gün ərzində 50 qram şokolad yemək yüksək qan təzyiqi xəstəliyinin qarşısını almağa yardımçı olur.
D vitamini çatışmazlığı artıq çəkini atmağa mane olur
Bəzi tədqiqatlar D vitamini çatışmazlığı ilə artıq çəki arasında əlaqə olduğunu sübut edib. Bunu dietoloqlar da təsdiq edib. Onlar bildirib ki, D vitaminin ən önəmli xüsusiyyətlərindən biri qarın bölgəsinin yağlanmasına mane olmasıdır. Bu vitamin maddələr mübadiləsini sürətləndirdiyi üçün arıqlamağa kömək edir. Tədqiqata görə, orqanizmdə kifayət qədər D vitamini olan insanlar daha tez doyduqlarını hiss edirlər. D vitamini çatışmazlığı zamanı isə doyma siqnalı beyinə gec çatır.
Dələduzluqda təqsirləndirilən vəkilə bəraət verilib
Bakı ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən vəkil Sadıq Abışovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Hakim Əlövsət Abbasovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən, S. Abışova bəraət verilib. Hakimlər kollegiyası onun əməlində cinayət tərkibi olmadığı qənaətinə gəlib.
Almanlar Avropa çempionudurlar nikbinlik üzrə
Avropalıların çoxu ilə müqayisədə almanlar öz ölkələrinin gələcəyini xeyli dərəcədə daha nikbin qiymətləndirirlər. Bertelsman Fondunun sorğusunun nəticələrinə görə, AFR sakinlərinin 59 faizi güman edir ki, Almaniya düzgün istiqamətdə inkişaf edir. Müqayisə üçün deyək ki, İtaliyada bu göstərici ən aşağı səviyyədə olub, vur-tut 13 faiz təşkil edir; Böyük Britaniyada 31 faiz, Fransada 36 faizdir.
"İrma" qasırğası"ndan sonra "Katya" fırtınası yoldadır
Atlantik okeanında iki dağıdıcı qasırğadan sonra "Katya" fırtınası yaranıb. Tropik qasırğa Meksika körfəzi sahillərində formalaşıb. Hələlik küləyin sürəti 65 km/saatdır. Yaxın saatlarda burulğanın sürətlənəcəyi bildirilir.
Bin Ladenin Nyu-Yorka hücumunun yeni səbəbi
Amerika rejissoru Stiv Stil öz yeni filmində “Əl-Qaidə” terror təşkilatının keçmiş lideri Üsamə Bin Ladenin 11 sentyabr 2001-ci ildə terror hücumları üzrə motivini açıqlayıb. “9/11-ə Yol” adlı sənədli filmdə Amerika rejissorunun ortaya atdığı fərziyyəyə görə, Bin Ladenin Nyu-Yorkda Ümumdünya Ticarət Mərkəzinə hücumu şəxsi həyatı ilə əlaqədar olub.














