Gündəm
Baş nazir 11 naziri dəyişdi
Tunisin baş naziri Yusif Şahed ölkənin Nazirlər Kabinetində nazirlərin tutduqları vəzifələri dəyişib. Məlumata görə, bu barədə baş nazirin KİV-ə bəyanatında bildirilib. Yerdəyişmələr 11 nazirə şamil olunub və ölkənin güc nazirliklərindən də yan keçməyib. Son qərara görə, Abdel Kərim əz-Zubeydi yeni müdafiə və Lütfi İbrahim isə yeni daxili işlər naziri olub.
Azərbaycanda yeni mərkəz yaradılır
Prezident İlham Əliyev Müəllif Hüquqları Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında fərman imzalayıb. Sərəncamda qeyd olunur ki, Müəllif Hüquqları Agentliyində təsisçinin səlahiyyətlərinin həyata keçirilməsi aşağıdakılara həvalə edilsin:
Məşhur jurnalist qətlə yetirildi
Hindistanın məşhur jurnalisti başından vurularaq öldürüldü. İqtidardakı hindu milliyyətçisi siyasətçiləri tənqid edən məşhur jurnalist Qauri Lankeş qətlə yetirilib. Polisin xəbərinə əsasən 55 yaşlı Lankeş Banqalordakı evinin qarşısında motosikletli şəxslər tərəfindən açılan atəş nəticəsində başından və sinəsindən aldığı güllə yarasından keçinib.
Ermənilər Moskvada Azərbaycana qarşı təxribata əl atıblar
Rusiya paytaxtında keçirilən 30-cu Beynəlxalq Kitab Sərgi-Yarmarkasında ermənilər təxribata əl atıblar. Azərbaycan stendindən bir az aralıda quraşdırılan Ermənistan stendində Dağlıq Qarabağ aid kitablar nümayiş olunub. Dağlıq Qarabağın tarixi Ermənistan torpağı kimi təqdim olunduğu bu kitabların sayı çox olmasa da, ermənilər onları stendin ən görünən hissəsində nümayiş etdirirlər.
Hökumətlərarası komissiyasının tərkibinə dəyişiklik edilib
Prezident İlham Əliyev “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın Azərbaycan Respublikası tərəfindən yeni tərkibinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 6 mart tarixli 2016 nömrəli sərəncamında dəyişiklik edilməsi barədə sərəncam imzalayıb.
İlham Əliyev Məşvərət Şurasının yaradılması ilə bağlı Protokolu təsdiq etdi
Prezident İlham Əliyev Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin Əmək, Miqrasiya və Əhalinin Sosial Müdafiəsi üzrə Məşvərət Şurasının yaradılması haqqında 1992-ci il 13 noyabr tarixli Sazişdə dəyişikliklər edilməsi barədə 2016-cı il oktyabrın 28-də Minsk şəhərində Azərbaycan Respublikası Hökumətinin qeyd-şərtlə imzaladığı Protokolun təsdiq edilməsi haqqında fərman imzalayı
Əflatun Amaşov: "Vaşinqton post"un mövcud dəst-xətti heç şübhəsiz siyasi amillərlə bağlıdır"
""Vaşinqton post" kimi nüfuzlu nəşrin Azərbaycanla bağlı tutduğu mövqe təəssüf doğurur. Hər şeydən öncə söhbət jurnalistikadan gedir. Jurnalist peşəkar olmalıdır. Peşəkarlıq isə qərəzsizliyə söykənir. Həssaslıq da mühüm şərtdir. Bu mənada "Vaşinqton post"un təqdimatı tam yarıtmaz xarakter daşıyır".
Bu ölkə Paraolimpiya oyunlarından xaric edildi
Beynəlxalq Paraolimpiya Komitəsi 2018-ci ildə keçirilməsi planlaşdırılan oyunlardan Rusiya idmançılarını uzaqlaşdırmaq qərarı verib. Gələn il Cənubi Koreyanın Pyonqyanq şəhərində baş tutacaq oyunlardan məhz Rusiya yığmasının xaric edilməsinin səbəbi hələ ki, bəlli deyil.
"Bir səhvdi eləmişik, düzələrik" - 50 minlik oğurluq edən şəxsdən özünə məsləhət - VİDEO
Sumqayıtda bir neçə mənzildən oğurluq etmiş Cavid Əliyev saxlanılıb. Saxlanan şəxs polis idarəsində verdiyi ilkin ifadədə əməllərini etiraf edib. İstintaq zamanı müəyyən edilib ki, Cavid Əliyev 4-cü məhəllədə Rəna Səfərovaya məxsus mənzildən 11.000 manat nəğd pul və 500 manat dəyərində qızıl-zinət əşyalarını, 5-ci mikrorayon ərazisində Afaq Həsənovaya məxsus mənzildən 15.000 manat dəyərində qızıl, 17-ci mikrorayonda Mikayıl Abdullayevə məxsus seyfdən 20.199 manatlıq qızıl dəsti oğurlayaraq vətəndaşlara külli miqdarda ziyan vurub.
Bakıda maşın bazarında SON DURUM - Qiymətlər ucuzlaşa bilər
Avqust ayı ərzində həm ənənəvi maşın bazarında, həm də “online” maşın satışında aktivlik aşağı səviyyədə olub. Bu barədə daşınmaz əmlak üzrə ekspert Vaqif Hüseynov deyib.
Siyavuş Novruzov: "Azərbaycan iqtidarının müstəqil siyasətini bəzi xarici dairələrin gözü götürmür"
"Azərbaycan iqtidarının müstəqil daxili və xarici siyasətini bəzi xarici dairələrin gözü götürmür". Bunu Yeni Azərbaycan Partiyası (YAP) İcra katibinin müavini, deputat Siyavuş Novruzov "The Guardian" və "The Washington Post" qəzetində Azərbaycan əleyhinə dərc olunmuş məqaləyə münasibət bildirərkən deyib.
Azərbaycanın yüksək nüfuzunu ləkələmək cəhdi...
Azərbaycanın artan beynəlxalq imici, dünyada söz sahibinə çevrilməsi, beynəlxalq və regional proseslərin idarəedilməsində iştirakı və ən nəhayət ölkənin inkişaf tendensiyası ermənipərəst qüvvələr və onların himaydarlarının yuxusunu ərşə çəkib. Azərbaycanın müstəqil daxili və xarici siyasətinın ardınca sürünən bu qüvvələr “ağ divara çamur atmaqla” özlərinə rahatlıq tapmağa çalışırlar.
Qurban Qurbanovun oğlu “Qarabağ”da
Avropa Gənclər Liqasında yarışacaq “Qarabağ”ın U-19 komandası UEFA-ya sifariş ərizəsini təqdim edib. Siyahıda 40 futbolçu yer alıb. Həmin futbolçular sırasında “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovun oğlu Musa Qurbanlının olması diqqət çəkir.
Rusiyada hərbi texnika daşıyan qatar relsdən çıxdı
Rusiyanın Çita şəhərində hərbi texnika daşıyan qatarın 14 vaqonu relsdən çıxıb. Qatar 52 vaqondan ibarət olub. Məlumata görə, qəza nəticəsində 10 silah vaqonu aşıb. Qatarda həmçinin 3 sərnişin vaqonu olub. 200-ə yaxın adamın olduğu qatarda xəsarət alan olmayıb. Hazırda qəzanın baş vermə səbəbləri araşdırılır.
Türkiyədə güclü meşə yanğınları başladı
Türkiyənin cənub-qərbindəki Muğla vilayətində güclü meşə yanğınları başlayıb. Külək və quru hava şəraiti yanğınla mübarizəni çətinləşdirir. Yanğınla əlaqədar olaraq yaxınlıqdakı kəndlərdən əhali təxliyə edilib.














