Hökumətlərarası komissiyasının tərkibinə dəyişiklik edilib
Prezident İlham Əliyev “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın Azərbaycan Respublikası tərəfindən yeni tərkibinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 6 mart tarixli 2016 nömrəli sərəncamında dəyişiklik edilməsi barədə sərəncam imzalayıb.
6 Sentyabr 2017 18:15 SiyasətPrezident İlham Əliyev "Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın Azərbaycan Respublikası tərəfindən yeni tərkibinin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 6 mart tarixli 2016 nömrəli sərəncamında dəyişiklik edilməsi barədə sərəncam imzalayıb.
Dəyişikliyə əsasən sərəncamın 1-ci hissəsində "Qüdrət Qurbanov - Azərbaycan Respublikası Dövlət Dəniz Administrasiyasının rəisi" sözlərindən sonra "Cavid Qurbanov - "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin sədri" sözləri əlavə edilir.
Xarici İşlər Nazirliyinə bu sərəncamla edilən dəyişiklik barədə Türkiyə tərəfinə bildiriş göndərmək tapşırılıb.