Məşhur jurnalist qətlə yetirildi

Hindistanın məşhur jurnalisti başından vurularaq öldürüldü. İqtidardakı hindu milliyyətçisi siyasətçiləri tənqid edən məşhur jurnalist Qauri Lankeş qətlə yetirilib. Polisin xəbərinə əsasən 55 yaşlı Lankeş Banqalordakı evinin qarşısında motosikletli şəxslər tərəfindən açılan atəş nəticəsində başından və sinəsindən aldığı güllə yarasından keçinib.

Lankeşin ölümü Hindistanda son dövrlər cəsarətli yazılar yazan jurnalistlərə qarşı həyata keçirilən sui-qəsdlərdən biri olaraq göstərilir. Aktivistlər bildirirlər ki, hind müxbirlər radikal hindu milliyətçiləri tərəfindən getdikcə hədəf alınırlar.  Polisin məlumatına görə jurnalist bir neçə saat təqib edildikdən sonra evinin yaxınlığında öldürülüb. Lankeşin ölümü Hindistan səviyyəsində etirazlara səbəb olub. Banqalor, Mumbay və Delhi kimi şəhərlərdə nümayişlər planlaşdırılıb. Ölkə.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31