Gündəm
Bəhruz Quliyev: Faktlar OCCRP-nin feyk qurum olduğunu sübuta yetirmiş olur
“Son dövrlər biz yenidən bir sıra anti-Azərbaycan mərkəzlərinin fəallaşması fonunda bir sıra siyasiləşmiş QHT-lərin, hüquq müdafiə təşkilatlarının, o cümlədən media qurumlarının ermənipərəst mövqelərdən çıxış edərək, şər-böhtan kampaniyalarına start verilməsinin şahidlərinə çevrilməkdəyik. Xüsusilə, ölkəmizdə mühüm ictimai-siyasi hadisələr, seçkilər, əhəmiyyətli tədbirlər ərəfəsində adıçəkilən mərkəzlərin fəallaşması arxasında dayanan bir neçə məqamlar var ki, onlardan biri və ən əsası Azərbaycanın beynəlxalq aləmdə müstəqil siyasət yürütməsi, söz sahibinə çevrilməsidir”.
Eldar Mahmudovun “qalxanı” - onu azadlıqda saxlayan ilginc səbəb
Eldar Mahmudov tutduğu postdan uzaqlaşdırılandan sonra onun tezliklə həbsə alınacağı gözlənilirdi. 1 ay sonra E.Mahmudovun tutduğu postdan uzaqlaşdırılmasının 2 ili yekunlaşacaq, o isə azadlıqdadır. Ara-sıra sorağı gəlir. Rəsmilər ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyində(MTN) başlanan ildırım sürətli yoxlama və həbslərdən sonra verdikləri açıqlamalarda sabiq nazirin də həbsinin gerçəkləşəcəyinə işarələr vururdular. Artıq rəsmilər bu mövzudan danışmır, Eldar Mahmudovun adını belə çəkmirlər.
"Qarabağ" 2 milyon avro mükafat aldı
“Qarabağ” klubu Çempionlar Liqasının (ÇL) “pley-off” mərhələsində qazandığı qələbə ilə əlaqədar mükafat alıb. UEFA-nın ayırdığı 2 milyon avro bonus vəsait AFFA-nın vasitəsilə “Qarabağ” klubunun hesabına köçürülüb.
lV turun oyun cədvəli açıqlandı
Topaz Premyer Liqasında IV turun oyun cədvəli müəyyənləşib. Turun görüşləri iki günü əhatə edəcək.
Politoloq: “Məqsəd AŞPA-da Azərbaycan nümayəndə heyətinin fəaliyyətini dayandırmaqdır”
“Xarici mediada Azərbaycanın siyasi elitası haqqında dərc edilən yazıların məqsədi AŞPA-da Azərbaycan nümayəndə heyətinin fəaliyyətini dayandırmaqdır. "Çirkli pullar" haqqında yazılan bu yazılar bizim Rusiya məkanında məğlub etdiyimiz ermənilərin Qərb məkanındakı mətbuatda çıxışlarıdır”.
Xaricdə təhsil alan bəzi məzunlar xüsusi imtahan verəcək
“Təhsil Nazirliyinin Akkreditasiya və Nostrifikasiya İdarəsi tərəfindən yeni nostrifikasiya qaydaları hazırlanıb. Hazırda qaydalar yekun müzakirə mərhələsindədir və yaxın müddətdə təsdiq olunması üçün hökumətə təqdim olunacaq”. Bunu Təhsil Nazirliyinin Akkreditasiya və Nostrifikasiya İdarəsinin rəisi Samir Vəliyev deyib.
Dələduzluqda təqsirləndirilən şəxs təcridxanada intihara cəhd edib
Dələduzluqda təqsirləndirilən Əli Qəmbərov Bakı İstintaq Təcridxanasında intihara cəhd edib. Bu barədə Bakı İstintaq Təcridxanasından Bakı Ağır Cinayətlər Məhkəməsinə və Bakı Şəhər Prokurorluğuna daxil olan məktubda qeyd edilib. Məlumata görə, Ə. Qəmbərov saxlandığı kamerada özünü asmağa cəhd etsə də, bu cəhdin qarşısı alınıb.
Onlar Azərbaycana qarşı olanlarla bir cərgədədirlər - Fotofakt
19 gün qaldı: 4 ölkə üçün KABUS BAŞLAYIR
Şimali İraq regional kürd rəhbərliyinin referendum və seçkiləri üzrə komissiyası müstəqillik referendumu üçün çap olunan bülletenin nümunəsini təqdim edib. Bu haqda “Rudav” kürd telekanalı bildirib. “Siz İraq Kürdüstanı və kürd ərazilərin müstəqil dövlət olmasını istəyirsinizmi?” - bülletendə yazılıb.
Deputat: "Bu cür kampaniya Azərbaycanı deyil, daha çox Qərbin özünü zərbə altında qoyur"
Azərbaycan əleyhinə hazırda həyata keçirilən ssenari qətiyyən yeni deyil. Bunu Milli Məclisin deputatı Zahid Oruc OCCRP adlanan qurumun ("Mütəşəkkil Cinayətkarlıq və Korrupsiya Hesabatı" layihəsi) "hesabat"ı və bu "hesabat" əsasında bəzi xarici KİV-də yayılmış materialla bağlı açıqlamasında deyib.
Nəsimi rayonunda yeni tədris ilinə hazırlığın vəziyyəti müzakirə edilib
Nəsimi rayon İcra Hakimiyyəti Başçısı yanında Şuranın geniş tərkibli iclasında rayonda 2016/2017-ci tədris ilinin yekunları və yeni təhsil ilinə hazırlığın vəziyyəti müzakirə olunmuşdur. “Olaylar” xəbər verir ki, toplantıda çıxış edən Nəsimi Rayon İcra Hakimiyyətinin Başçısı Asif Əsgərov ali məktəblərə qəbul imtahanlarının uğurla başa çatdığını qeyd edərək tələbə adını qazanan bütün məzunları, onların valideynlərini və müəllimlərini təbrik edərək bildirdi ki, Ümummilli liderimiz Heydər Əliyevin ötən əsrin 70-ci illərində əsasını qoyduğu təhsil strategiyası ölkəmizdə milli köklərə bağlı, yeni təfəkkürlü və təhsilli gənc kadrların yetişdirilməsinə hesablanıb.
Səmranın klipində MASSON izləri – Göz, 13 rəqəmi və üçbucaq – VİDEO
Müğənni Səmra Rəhimli “Tərs gedir” adlı yeni klipini təqdim edib. Yutub video portalında yayımlanan klipin müəllifi Əli Fərhaddır. Bundan öncə çıxardığı “Badminton” adlı klipdə masson işarələrindən istifadə edən Səmra edilən qınaqlara fikir verməyərək bu ekran işində də eyni simvollardan istifadə edib.
Nazirlik tələbələrin yer və ixtisas dəyişməsinə aydınlıq gətirdi
Tələbələrin ölkə daxilində və xaricdə yerləşən ali təhsil müəssisələrindən köçürülməsi, yaxud bir ixtisasdan digərinə dəyişdirilməsi, eləcə də ölkəmizdə yerləşən orta ixtisas təhsili müəssisələri tələbələrinin, magistratura səviyyəsində təhsilalanların köçürülməsi üzrə elektron sənəd qəbulu başa çatıb. Bu barədə Təhsil Nazirliyindən bildiriblər.
Mehriban Əliyevanın təşəbbüsü ilə Qurban bayramı münasibətilə Pakistanda xeyriyyə tədbiri keçirilib
Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə Qurban bayramı ilə əlaqədar Pakistanda növbəti xeyriyyə tədbiri təşkil olunub. Azərbaycanın Pakistandakı səfirliyindən verilən məlumata görə, Pakistanın sağlamlıq imkanları məhdud şəxslərinin təhsili, qayğısı və koordinasiyası üzrə fəaliyyət göstərən Xüsusi Təhsil üzrə Milli İnstitutda keçirilən mərasimdə bu ölkənin Paytaxt İdarəçiliyi və İnkişaf üzrə dövlət naziri Tarik Fazal Çoudri, nazirliyin Xüsusi Təhsil və Sosial Rifah İdarəsinin baş direktoru Şeyx Əzhər Səccad, Xüsusi Təhsil üzrə Milli İnstitutun direktoru Nüsrət Tahir, Azərbaycan-Pakistan Gənclər Forumunun prezidenti Məhəmməd Asif Nur, kütləvi informasiya vasitələrinin nümayəndələri, səfirliyin əməkdaşları və Pakistanın müxtəlif sağlamlıq imkanları məhdud mərkəzlərindən uşaqlar iştirak ediblər.
İdlibdə partlayış – 6 nəfər həlak oldu
Suriyanın şimalında yerləşən İdlib şəhərinin mərkəzində yerləşən stadionun yaxınlığında partlayış hadisəsi baş verib. “Olaylar” bildirir ki, hadisə zamanı 6 nəfər həlak olub, yaralılar var. İdlib Mülki Müdafiə rəhbəri Məhəmməd Hac Yusuf bildirib ki, şəhər mərkəzindəki stadionun yaxınlığında bir neçə partlayış baş verib.














