Gündəm

Vergilər Nazirliyi işə qəbulla bağlı müsabiqə elan edib

6 Sentyabr 2017 16:17

Vergilər Nazirliyi 26 vaknt iş yeri üzrə müsabiqə elan edib. Nazirlikdən “Olaylar”a verilən məlumata görə, dövlət vergi orqanlarına xidmətə qəbul “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”nin, “Dövlət vergi orqanlarına işə qəbul olunmaq üçün namizədlərin müsabiqəsinin keçirilməsi haqqında Əsasnamə”nin və Vergilər Nazirliyinin 24 iyun 2014-cü il tarixli 1417040100819300 nömrəli əmri ilə təsdiq edilmiş “Dövlət vergi orqanlarına işə qəbulla əlaqədar sənədlərin toplanması, yoxlanılması, müsabiqənin keçirilməsi, ehtiyat kadrların formalaşdırılması və idarə edilməsi Qaydaları”nın  tələblərinə müvafiq olaraq aparılır.

Ukraynanın 5 politoloqu öldü

6 Sentyabr 2017 16:15

Ukraynanın Rovnensk vilayətində 5 politoloq həlak olub. Onların ölümünə səbəb avtomobil qəzası olub. Belə ki, politoloqlar “Opel” markalı avtomobilin yük avtomobili ilə toqquşması nəticəsində həlak olublar.

Trampın qərarına Obamadan sərt reaksiya

6 Sentyabr 2017 16:14

ABŞ Prezidenti Donald Trampın miqrant uşaqların ölkədə qalmasını təmin edən qərarı ləğv etməsinə keçmiş prezident Barak Obama sərt reaksiya göstərib. Obama prezidentliyi dövründə qüvvəyə minmiş qərarın ləğv edilməsini mərhəmətsizlik adlandırıb.“Bu gənc insanların hədəfə alınması yanlışdır, çünki onlar səhv heç nə etməyiblər”, - deyə o bildirib.

ABŞ-Şimali Koreya savaşı: qlobal siyasətin yeni riskləri

6 Sentyabr 2017 16:05

Vaşinqtonla Pxenyan arasındakı söz atışması təhlükəli məzmun alıb. Son olaraq Donald Tramp rəsmi Pxenyanı və xalqı hədələyib. O bəyan edib ki, ABŞ elə bir addım atar ki, dünya indiyə qədər rastlaşmadığı vəziyyətə düşər.

Bu il yüzlərlə müəllim iş yerini dəyişib

6 Sentyabr 2017 16:03

Bu il 1650 müəllim iş yerini dəyişib. Bu barədə Təhsil Nazirliyindən bildiriblər.

Qayınanasına təcavüz edən yeznə saxlanıldı - VİDEO

6 Sentyabr 2017 16:01

Türkiyənin Samsunda şəhərində təcavüz hadisəsi baş verib. Qayınanasına təcavüz etdiyi iddia edilən 31 yaşındakı Məhəmməd P. adlı şəxs saxlanılıb.   Qayınana ötən gün evli qızının ailəsinə baş çəkib və gecə orada qalıb. Gecə yarısından sonra qadının yeznəsi Məhəmməd P. onun yatdığı otağa daxil olub. Yuxudan duranda yeznəsinin ona təcavüz etdiyini görən qadın qışqırmağa başlayıb. Səs-küydən sonra Məhəmməd P. otaqdan qaçıb. Hadisədən dərhal sonra polisə gedən qadın təcavüzə uğradığını bildirib və yeznəsindən şikayətçi olduğunu söyləyib.  

Deputat: "Azərbaycana qarşı bu informasiya müharibəsinin arxasında beynəlxalq erməni şəbəkəsi durub"

6 Sentyabr 2017 15:59

Azərbaycana qarşı olan informasiya müharibəsi ölkəmizin müstəqilliyi və dövlətçiliyimizin qorunması üçün səngərdə aparılan müharibədən az təhlükə kəsb etmir.

Ermənistanı məhv edəcək ÖLÜMCÜL ZƏRBƏ

6 Sentyabr 2017 15:56

ABŞ və Rusiya arasında başlanan “soyuq müharibə”nin alovu Ermənistanı vurur. Gürcüstanda keçirilən NATO təlimlərindən Putinin göstərişi ilə son anda imtina edən işğalçı ölkə çətin vəziyyətdədir.

NASA ən böyük asteroidin görüntüsünü çəkib - VİDEO

6 Sentyabr 2017 15:54

“Florence” adlı asteroid Yer kürəsinin 7 milyon kilometr yaxınlığından keçib. NASA astronomları asteroidin təhlükəsiz keçid edəcəyini əvvəlcədən bildirmişdilər.

Novruz Məmmədov: “Sorosun başı havalanıb”

6 Sentyabr 2017 15:52

"Corc Sorosun başı o qədər havalanıb ki, özünü beynəlxalq münasibətlərin əsas aktoru kimi aparır. O elə hesab edir ki, ona müxtəlif ölkələrin taleyini istədiyi kimi müdaxilə edərək həll etmək hüququ verilib”. Bunu Azərbaycan Prezidentinin Xarici siyasət məsələləri üzrə köməkçisi- Prezident Administrasiyasının şöbə müdiri Novruz Məmmədov özünün facebook səhifəsində yazıb.

Filmlərimiz Rumıniyada nümayiş olunacaq

6 Sentyabr 2017 15:50

Sentyabrın 7-dən 10-dək Rumıniyanın paytaxtı Buxarestdə “Bir dünya” adlı səfirliklər festivalı keçiriləcək. Tədbirdə Azərbaycan filmləri də nümayiş etdiriləcək. Dörd gün ərzində paytaxt sakinləri “CinemaPro” kinoteatrında Azərbaycan istehsalı olan “Niyyət” və “Qırmızı bağ” filmlərinə baxa biləcəklər.

"Polşa çempionatının səviyyəsi Azərbaycandan yüksəkdir"

6 Sentyabr 2017 15:49

"Qəbələ"nin sabiq futbolçusu Sergey Zenyov Estoniya mətbuatına açıqlama verib. Polşanın "Krakoviya" klubunda çıxış edən 28 yaşlı hücumçu Azərbaycan Premyer Liqası ilə müqayisədə Polşa çempionatının daha maraqlı olduğunu deyib: "Azərbaycanda yalnız iki komanda çempionluğa oynayır. Polşa çempionatının səviyyəsi çox yaxşıdır.

"Azərbaycana qarşı qarayaxma kampaniyası aparan ermənipərəst qüvvələr istəklərinə nail ola bilməyəcəklər"

6 Sentyabr 2017 15:46

Bəzi qüvvələr Azərbaycana qarşı mütəmadi olaraq qarayaxma kampaniyası aparırlar. Dövlətimizə və onun rəhbərliyinə böhtan atmağa çalışanlar ermənipərəst qüvvələrdir. Bu sözləri açıqlamasında Milli Məclisin deputatı Rasim Musabəyov bildirib.

İnternetdə tanış olduğu oğlanın evinə gedən qız biabır oldu

6 Sentyabr 2017 15:42

İngiltərənin Bristol şəhərində adı açıqlanmayan qız sosial şəbəkədə tanış olduğu oğlanın evinə gedib, biabır olub. Qız "Tinder"də Liam Smit adlı oğlanla tanış olub və onun evinə gedib. Onlar birlikdə vaxt keçirdikdən sonra qız tualetə girib və biabır olub.