"Polşa çempionatının səviyyəsi Azərbaycandan yüksəkdir"

"Qəbələ"nin sabiq futbolçusu Sergey Zenyov Estoniya mətbuatına açıqlama verib. Polşanın "Krakoviya" klubunda çıxış edən 28 yaşlı hücumçu Azərbaycan Premyer Liqası ilə müqayisədə Polşa çempionatının daha maraqlı olduğunu deyib: "Azərbaycanda yalnız iki komanda çempionluğa oynayır. Polşa çempionatının səviyyəsi çox yaxşıdır.

"Qəbələ"nin sabiq futbolçusu Sergey Zenyov Estoniya mətbuatına açıqlama verib. Polşanın "Krakoviya" klubunda çıxış edən 28 yaşlı hücumçu Azərbaycan Premyer Liqası ilə müqayisədə Polşa çempionatının daha maraqlı olduğunu deyib: "Azərbaycanda yalnız iki komanda çempionluğa oynayır. Polşa çempionatının səviyyəsi çox yaxşıdır. Demək olar ki, bütün komandalar eyni gücdədir. Buna görə də nələr olacağını bilmək olmur, çox maraqlıdır. Stadionlar da gözəl və böyükdür. Oyunlara çoxlu azarkeş gəlir. Polşada böyük futbol atmosferi hiss etdim". Zenyov 2015-2017-ci illərdə "Qəbələ"nin heyətində çıxış edib.  Goal.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31