NASA ən böyük asteroidin görüntüsünü çəkib - VİDEO
“Florence” adlı asteroid Yer kürəsinin 7 milyon kilometr yaxınlığından keçib. NASA astronomları asteroidin təhlükəsiz keçid edəcəyini əvvəlcədən bildirmişdilər.
6 Sentyabr 2017 15:54 Dünya"Florence" adlı asteroid Yer kürəsinin 7 milyon kilometr yaxınlığından keçib. NASA astronomları asteroidin təhlükəsiz keçid edəcəyini əvvəlcədən bildirmişdilər. "Florence" adlanan asteroid indiyə qədər bizə məlum olan, Yerə yaxınlaşan asteroidlər içərisində ölçü etibarilə ən böyüyüdür. Ölçüsü 4 km-dən 5 km-ə qədər qiymətləndirilir. Sentyabr ayının 1-i, Bakı vaxtı ilə saat 16:00 radələrində Yerə ən yaxın məsafədən keçən asteroidin video görüntüləri yayıllb.
Qeyd edək ki, sözügedən "Florence" adlanan asteroid ilk dəfə 1981-ci ildə amerikalı astronom Şelte J.Bus tərəfindən kəşf olunub.
NASA-nın asteroidin keçidi ilə bağlı yaydığı yeni videonu təqdim edirik. Publika.az