Vergilər Nazirliyi işə qəbulla bağlı müsabiqə elan edib
Vergilər Nazirliyi 26 vaknt iş yeri üzrə müsabiqə elan edib. Nazirlikdən “Olaylar”a verilən məlumata görə, dövlət vergi orqanlarına xidmətə qəbul “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”nin, “Dövlət vergi orqanlarına işə qəbul olunmaq üçün namizədlərin müsabiqəsinin keçirilməsi haqqında Əsasnamə”nin və Vergilər Nazirliyinin 24 iyun 2014-cü il tarixli 1417040100819300 nömrəli əmri ilə təsdiq edilmiş “Dövlət vergi orqanlarına işə qəbulla əlaqədar sənədlərin toplanması, yoxlanılması, müsabiqənin keçirilməsi, ehtiyat kadrların formalaşdırılması və idarə edilməsi Qaydaları”nın tələblərinə müvafiq olaraq aparılır.
6 Sentyabr 2017 16:17 SosialVergilər Nazirliyi 29 vaknt iş yeri üzrə müsabiqə elan edib. Nazirlikdən "Olaylar"a verilən məlumata görə, dövlət vergi orqanlarına xidmətə qəbul "Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə"nin, "Dövlət vergi orqanlarına işə qəbul olunmaq üçün namizədlərin müsabiqəsinin keçirilməsi haqqında Əsasnamə"nin və Vergilər Nazirliyinin 24 iyun 2014-cü il tarixli 1417040100819300 nömrəli əmri ilə təsdiq edilmiş "Dövlət vergi orqanlarına işə qəbulla əlaqədar sənədlərin toplanması, yoxlanılması, müsabiqənin keçirilməsi, ehtiyat kadrların formalaşdırılması və idarə edilməsi Qaydaları"nın tələblərinə müvafiq olaraq aparılır. Müsabiqədə iştiraka yalnız aşağıdakı ixtisaslar üzrə ali təhsilə malik (xarici ölkədə təhsil almış namizədlərin diplomları müvafiq qaydada nostrifikasiya olunmalıdır), yaşı 35-i keçməmiş (müvafiq ixtisas üzrə elmi dərəcəsi olan şəxslər, ali təhsili fərqlənmə diplomu ilə bitirmiş şəxslər, yüksək peşə hazırlığına və ya iş təcrübəsinə malik şəxslərə yaş həddi tətbiq edilmir) vətəndaşlar buraxılırlar. Müsabiqəyə sənəd qəbulu elektron ərizə vasitəsilə 30.08.2017-ci il saat 10:00-dan 13.09.2017-ci il saat 24:00-dək həyata keçirilir. Müsabiqədə iştirak etmək istəyən vətəndaşlar göstərilən müddət ərzində Vergilər Nazirliyinin rəsmi internet saytına (www.taxes.gov.az və www.e-taxes.gov.az) daxil olaraq elektron ərizə formasını doldurmalıdırlar. Ərizə formasına sağlamlıq haqqında tibbi arayışın, ali təhsil haqqında diplomun, məhkumluğun olması (olmaması) barədə arayışın və narkoloji dispanserdə qeydiyyatda olması (olmaması) barədə arayışın surətləri mütləq qaydada fayl şəklində əlavə olunmalıdır. Ərizə formasını doldurub sistemə daxil etdikdən sonra namizədə ərizənin sistemə daxil olunduğu barədə elektron poçt ünvanına məlumat verilir. Namizədin ərizəsi qəbul edildikdən 5 gün ərzində baxılır, ərizə qəbul edilərsə namizədin iş nömrəsi və test imtahanının vaxtı və yeri barədə, ərizə qəbul edilmədiyi halda isə səbəbi barədə elektron poçt ünvanına məlumat verilir. Ərizə göndərilən müddətdən 5 gün ərzində elektron poçt ünvanına heç bir məlumat göndərilməyən vətəndaşlar elanda qeyd olunmuş telefon nömrəsi ilə əlaqə saxlamalıdırlar.Namizədlər internet vasitəsi ilə elektron ərizə formasını doldura bilmədikdə və ya bu zaman hər hansı texniki problem yarandıqda 012-403-81-35 nömrəli telefonla Vergilər Nazirliyinə, Bakı şəhərində və regionlarda fəaliyyət göstərən vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərlər. Elektron ərizə vermiş namizədlər 18- 20.10.2017-ci il tarixdə (saat 10:00-dan 18:00-a dək) imtahana buraxılış vərəqələrini Vergilər Nazirliyinin inzibati binasından (Bakı şəhəri, Yasamal rayonu, ak. Landau küçəsi 16) götürməlidirlər. Müsabiqənin test imtahanı mərhələsi 21.10.2017-ci il tarixdə Dövlət İmtahan Mərkəzinin müəyyən etdiyi yerdə və vaxtda keçiriləcəkdir.