Gündəm

Bakıdan Ankara və Tbilisiyə ÇAĞIRIŞ

6 Sentyabr 2017 15:40

Bakı Ankara və Tbilisini münaqişələrin həll olunması üzrə qarşılıqlı fəaliyyəti genişləndirməyə çağırıb. Bunu bu gün Bakıda keçirilən brifinq zamanı Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov deyib.

Bakı Bəyannaməsi imzalandı

6 Sentyabr 2017 15:38

Bu gün Bakıda Azərbaycan, Gürcüstan və Türkiyənin xarici işlər nazirləri - Elmar Məmmədyarov, Mixail Canelidze və Mövlud Çavuşoğlu arasında keçirilən VI üçtərəfli görüşün yekunu olaraq Bakı Bəyannaməsi imzalanıb. Siyasi dialoq və xüsusi üçtərəfli layihələrin yerinə yetirilməsi baxımından mühüm platforma kimi xarici işlər nazirlərinin öncəki üçtərəfli görüşlərində qəbul edilmiş Trabzon Bəyannaməsi, Batumi Birgə Komünikesi, Gəncə, Qars və Tbilisi Bəyanatlarına sadiqlik vurğulanıb.

Parisdə TERROR? - Avtomobili polisin üstünə sürdülər

6 Sentyabr 2017 15:36

Fransanın paytaxtı Paris yaxınlığında naməlum şəxs avtomobili polis əməkdaşının üzərinə sürüb. Hadisə nəticəsində ağır xəsarətlər alan polis xəstəxanaya yerləşdirilib. Hadisəni törədən şəxs dərhal hadisə yerindən uzaqlaşıb. Avtomobilin daha əvvəl qaçırıldığı məlumat verilib. Hazırda sürücünün axtarışları aparılır.

Sakinlərin Müraciət Xidmətində 2487 zəng cavablandırılıb

6 Sentyabr 2017 15:32

Binəqədi Rayon İcra Hakimiyyətində yaradılmış Sakinlərin Müraciət Xidmətində avqust ayı ərzində 2487 zəng cavablandırılıb. Rayon İcra Hakimiyyətindən “OLAYLAR”-a bildirilib ki, hesabat dövründə birbaşa cavablandırılan zənglərin sayı 2075, yaradılan əks əlaqələrin sayı 478, günlük orta zəng sayı 80, tərtib edilən şikayət vərəqələrinin sayı 412 olub.

“Mersedes”lə “Ford toqquşub-ölən var

6 Sentyabr 2017 15:29

Cari il iyulun 31-də Qaradağ rayonunun Sahil qəsəbəsində Balakən rayon sakini İlham Ağayev idarə etdiyi “Mercedes” markalı avtomobili yolun kənarında dayanmış Şəki şəhər sakini Murad Səfərova məxsus “Ford” markalı avtomobilə vurub. DİN-dən “Olaylar”a verilən məlumata görə, nəticədə sonuncu avtomobil isə qarşıda dayanan Ağstafa rayon sakini Tural Mustafayevə dəyib. Nəticədə xəstəxanaya yerləşdirilən T.Mustafayev sentyabrın 5-də orada ölüb. Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

“Hyundai” 7 yaşlı uşağı vurub öldürdü

6 Sentyabr 2017 15:27

Sentyabrın 5-də saat 16 radələrində Gədəbəy rayonunun Arıqdam kəndində rayon sakini Cavid İsgəndərov idarə etdiyi “Hyundai” markalı avtomobillə yolu keçən həmyerlisi 7 yaşlı İlham Hüseynlini vurub. Daxili İşlər Nazirlyindən “Olaylar”a verilən məlumata görə, nəticədə xəstəxanaya yerləşdirilən uşaq orada ölüb. Gədəbəy RPŞ tərəfindən araşdırma aparılır.

Avtomobil vuran piyada xəstəxanada ölüb

6 Sentyabr 2017 15:23

Sabunçu qəsəbəsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. DİN-dən “Olaylar”a verilən məlumata görə, sentyabrın 4-də saat 15 radələrində Sabunçu qəsəbəsi ərazisində Bakı şəhər sakini Səxavət Əliyev idarə etdiyi “QAZ-3110” markalı avtomobillə yolu keçən 30-35 yaşlı kişini vurub. Nəticədə xəstəxanaya yerləşdirilən həmin şəxs sentyabrın 5-də orada ölüb.

Bir gündə avtoqəzada 5 nəfər ölüb

6 Sentyabr 2017 15:20

Azərbaycanda bir gündə baş vermiş yol-nəqliyyat hadisələrinin statistikası açıqlanıb. Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən “Olaylar”a verilən məlumata görə, sentyabrın 5-də respublikanın avtomobil yollarında 5 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 5 nəfər ölüb. Hadisəsi zamanı ölənlərdən biri azyaşlıdır.

Mağazadan 35 min manat oğurlayan saxlanıb

6 Sentyabr 2017 15:18

Cari il yanvarın 16-da Abşeron rayonu ərazisindəki mağazalardan birindən 35 min manat pul oğurlamaqda şübhəli bilinən şəxs tutulub. Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən “Olaylar”a verilən məlumata görə, Baş Cinayət Axtarışı İdarəsi və Abşeron RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cari il yanvarın 16-da rayon ərazisindəki mağazalardan birindən 35.000 manat pul oğurlamaqda şübhəli bilinən Sumqayıt şəhər sakini, əvvəllər məhkum olunmuş Qadir Əliyev tutulub.

Yunus Oğuzun təqdimatında “Yaddaş” verilişi -VİDEO

6 Sentyabr 2017 15:09

“Mədəniyyət” kanalında sentyabr ayından etibarən yeni elmi-publisistik proqram efirə gedəcək. “OLAYLAR”-ın xəbərinə görə, “Yaddaş” adlı proqramın aparıcısı yazıçı-publisist, tarixi romanlar müəllifi Yunus Oğuzdur.

Qalaktikada Günəşdən 100 min dəfə böyük "QARA DƏLİK" aşkarlandı

6 Sentyabr 2017 15:06

Samanyolu qalaktikasına yaxın bir hissədə, zəhərli qaz buludlarının arxasında qalan və Günəşin həcmindən 100 min dəfə böyük olduğu düşünülən böyük "qara dəlik" aşkarlanıb.

BMT  açıqladı – Əsəd rejimi insanları kerosin ilə...

6 Sentyabr 2017 14:57

Birləşmiş Millətlər Təşkilatının müharibə cinayətləri müfəttişləri Suriya döyüş təyyarələrinin Xan Şeyxdə aprel ayında zərərli maddə - kerasin ilə onlarla insanın ölümünə səbəb olduğunu açıqladı. “Olaylar” bildirir ki, hücumu Əsəd rejiminə aid döyüş təyyarələri həyata keçirib.

Dövlət başçısı: "Bir neçə gündən sonra “Azəri-Çıraq-Günəşli” yatağı üzrə yeni kontrakt imzalanacaq"

6 Sentyabr 2017 14:51

"Bir neçə gündən sonra “Azəri-Çıraq-Günəşli” yatağı üzrə yeni kontraktın imzalanması nəzərdə tutulur. Biz, o yataqdakı fəaliyyətimizi 2050-ci ilə qədər uzadacağıq. Bu da bir daha onu göstərir ki, Azərbaycanın çox böyük neft ehtiyatları var".  Bunu prezident İlham Əliyev Bakı gəmiqayırma zavodunda BP şirkətinin sifarişi ilə “Şahdəniz-2” layihəsi çərçivəsində inşa edilən “Xankəndi” sualtı tikinti gəmisinin istifadəyə verilməsi mərasimində çıxışı zamanı deyib.

Paris metrosunda partlayış olub

6 Sentyabr 2017 14:48

Paris metrosunda partlayış baş verib. Partlayış metronun “Porte de Vincennes” və “Nation” stansiyaları arasında qeydə alınıb. İlkin məlumata görə, partlayışa mexaniki nasazlıq səbəb olub. Ancaq hadisə ilə bağlı hələ rəsmi açıqlama verilməyib. 

Qənirə Paşayeva təbii fəlakətin zərər vurduğu kəndlərə baş çəkib

6 Sentyabr 2017 14:44

Millət vəkili Qənirə Paşayeva Tovuz rayonunun Əlimərdanlı, Qaraxanlı, Qədirli, Cilovdarlı, Xatınlı, Cəlilli, Düz Cırdaxan kəndlərində bir müddət əvvəl təbii fəlakət, dolu yağması nəticəsində evləri, əmlakları zərər görmüş vətəndaşlarla yenidən görüşüb və kənd sakinlərinə dəymiş zərərin aradan qaldırılması istiqamətində dövlət dəstəyi ilə görülən işlərlə maraqlanıb və vətəndaşların qayğılarını dinləyib.