Gündəm
“Fənərbağça” “Qarabağ”ın rəqibindən hücumçu alır
Hücum xəttini gücləndirməyə çalışan "Fənərbağça" "Atletiko"nun ön xətt oyunçusu Lusiano Viettoya "elçi düşüb". "Sarı-lacivərdlilər" "transfer pəncərəsi"nin son günlərində argentinalını heyətə qatmaq niyyətindədir.
Ermənilərin atdığı mərmi muzeydə nümayiş olunacaq
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsini əks etdirən bir sıra materiallar müntəzəm olaraq AMEA Milli Azərbaycan Tarixi Muzeyinə təqdim edilir. “Olaylar” bildiriir ki, bu günlərdə düşmən qəddarlığını əks etdirən daha bir material - erməni silahlı qüvvələrinin dəzgahlı qumbaraatanlardan atdığı mərmi muzeyə təqdim olunub. Mərmini muzeyə Füzuli rayon sakini, Bakı Dövlət Universitetinin müəllimi Nazim Vəlişov təqdim edib. N.Vəlişov Qarabağa dair kitablarını da muzeyə hədiyyə edib.
Prezident: BP və SOCAR-ın əməkdaşlığı nəticəsində Azərbaycanın neft-qaz sektorunda tarixi nailiyyətlər əldə edilib
““Şahdəniz” qaz yatağının işlənməsi Azərbaycan üçün strateji layihədir. Şadam ki, bu istiqamətdə işlər yaxşı gedir. Mənə məlumat verilib ki, “Şahdəniz-2” qaz yatağının hazırlıq səviyyəsi 96%-dir. Bu o deməkdir ki, artıq layihə reallaşıb. “Xankəndi” gəmisi olmadan “Şahdəniz”i böyük səmərə ilə işlətmək mümkün deyil”. bunu prezident İlham Əliyev Bakı gəmiqayırma zavodunda BP şirkətinin sifarişi ilə “Şahdəniz-2” layihəsi çərçivəsində inşa edilən “Xankəndi” sualtı tikinti gəmisinin istifadəyə verilməsi mərasimində çıxışı zamanı deyib.
Prezident: "Xankəndi" gəmisinin "Şahdəniz" yatağının işlənməsində əvəzolunmaz xidməti olacaq"
"Bakı gəmiqayırma zavodunda BP şirkətinin sifarişi ilə "Şahdəniz-2" layihəsi çərçivəsində inşa edilən "Xankəndi" sualtı tikinti gəmisinin istifadəyə verilməsi tarixi hadisədir". Bu barədə prezident İlham Əliyev "Xankəndi" sualtı tikinti gəmisinin təqdimat mərasimində çıxışı zamanı bildirib.
Deputat: Azərbaycana qarşı yeni təxribatın şahidi oluruq
“Azərbaycana qarşı yeni təxribatın şahidi oluruq. Azərbaycan hakimiyyəti, ayrı-ayrı dəyərli vətəndaşlarımız olmayan hadisədə günahlandırılır”. Bunu Milli Məclisin deputatı Aydın Mirzəzadə OCCRP adlanan qurumun (“Mütəşəkkil Cinayətkarlıq və Korrupsiya Hesabatı” layihəsi) “hesabat”ı və bu “hesabat” əsasında bəzi KİV-də yayılmış materialla bağlı açıqlamasında deyib.
ABŞ nüvə zərbəsinə necə cavab verəcək? - MÜMKÜN VARİANTLAR
Son vaxtlar dünya KİV-inin gündəmində olan mövzulardan biri də Koreya böhranıdır. Koreya Xalq Demokratik Respublikasının (KXDR) ABŞ-ı dəfərlərlə nüvə zərbəsi ilə hədələməsi vəziyyətin ciddiliyindən xəbər verir.
Azərbaycan dövləti mətbuatın inkişafının qarantıdır
Azərbaycanda söz və mətbuat azadlığının tarixi qədim dövrlərə gedib çıxsa da onun dinamik inkişaf mərhələsi 19-cu əsrin sonu, 20-ci əsrin əvvəllərinə təsadüf edir. Xüsusən ölkəmiz müstəqillik əldə etdikdən sonra fikir plüralizmin inkişaf dövrü başlanıb. Məhz həyata keçirilən tədbirlər nəticəsində Azərbaycanda alternativ fikirlərə yer verən müstəqil nəşrlərin fəaliyyətə başlaması ilə ölkə vətəndaşları üçün geniş seçim imkanları təmin olunub.
Şamaxı Astrofizika Rəsədxanası əhali arasında yayılan xəbərdarlıq mesajlarına münasibət bildirib
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Şamaxı Astrofizika Rəsədxanası sosial şəbəkələr vasitəsilə əhali arasında yayılan kütləvi xəbərdarlıq mesajlarına münasibət bildirib. Rəsədxananın direktor müavini, fizika üzrə fəlsəfə doktoru Xıdır Mikayılov deyib ki, xəbərdarlıqda Ayın Yerə həddindən artıq yaxınlaşdığı üçün Yer planetində güclü kosmik fırtına, şüalanmanın olacağı qeyd edilib.
Prezident İlham Əliyev: "Koreya yarımadasında baş verənlər ciddi təhlükə mənbəyidir" -YENİLƏNİB
Prezident İlham Əliyevsentyabrın 6-da Koreya Respublikası Milli Assambleyasının sədr müavini Park Cu-sunun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Dövlət başçısı Koreya Respublikası Milli Assambleyasının sədr müavini Park Cu-sunun ölkəmizə səfərinin Azərbaycan-Koreya əlaqələrinin inkişafında çox mühüm rol oynayacağına əminliyini ifadə edib.
Neymardan "Barselona" prezidentinə AĞIR CAVAB
222 milyon avroya "Barselona"dan PSJ-yə transfer olunan Neymar keçmiş klubunun prezidenti Yosep Bartomeuya cavab verib. Ulduz futbolçu prezidentin atası haqqında dediklərinə sosial media vasitəsi ilə münasibət bildirib.
Vəkil sabiq MTN polkovnikinə bəraət istəyib
Sabunçu Rayon Məhkəməsində ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin həbsdə olan sabiq rəisi, general-mayor Akif Çovdarovun və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi bu gün davam etdirilib. Bakı Hərbi Məhkəməsinin sədri Həbib Həsənov sədrliyi ilə keçirilən prosesdə sabiq MTN polkovniki Səlim Məmmədovun vəkili Cavid Rzazadə çıxış edib.
Sunami zamanı batmış QƏDİM ŞƏHƏR tapıldı
Tunisin Milli Miras İnstitutunun arxeoloqları 21 iyul 365-ci ildə baş vermiş sunami nəticəsində dağılmış qədim Roma imperiyasına məxsus olan Neapolis şəhərinin sualtı xarabalıqlarını aşkar ediblər.
Azərbaycan ixrac potensialına malik ölkəyə çevriləcək
Prezident İlham Əliyevin müəllifi və təşəbbüskarı olduğu regionların sosial-iqtisadi inkişafı Dövlət proqramlarının icrası, dövlət başçısının qeyri-neft sektorunun davamlı yüksəlişi ilə bağlı qəbul etdiyi qərarlar və verdiyi tapşırıqlar xüsusən də ölkə iqtisadiyyatının mühüm sahəsi olan aqrar sektorda böyük canlanma yaradıb, onun tarixi şöhrətini özünə qaytarmağa başlayıb.
Minik avtomobili ilə evakuator toqquşub
Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Sabunçu rayonunda “Mercedes” markalı minik avtomobili və “Mercedes” markalı evakuator toqquşub.“Olaylar”ın nazirliyin saytına istinadən verdiyi xəbərə görə, hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri minik avtomobilinin sərnişini, 1994-cü il təvəllüdlü Cəfərova Rumiyə Ramiz qızının cəsədini nəqliyyat vasitəsindən çıxarıblar. Onun meyiti aidiyyəti üzrə təhvil verilib.
Vatan Şaşmazı O ƏVƏZ EDƏCƏK
İş və yol qəzalarına diqqəti çəkmək və fərqlilik yaratmaq üçün başladılan"Kazasız Kul Olmaz" layihəsinə ötən gün həyatını itirən Vətən Şaşmazın yerinə Yonca Evcimik getirildi. “Olaylar” bildirir ki, 2009-ci ildə iş və yol qəzalarına diqqət çəkmək və fərqlilik yaratmaq üçün başladılan layihə Zahrettin Polad tərəfindən yazılır və quruluş verilir.














