Gündəm
İŞİD və PKK üzvləri zərərsizləşdirildi
Türkiyə Daxili İşlər Nazirliyi ölkənin 4 ayrı- ayrı vilayətində terrorçulara qarşı aparılan əməliyyatın nəticəsini açıqlayıb. “Olaylar” bildiriir ki, Şırnakda 5, Ağrıda 5, Muştda 5, Mersində 1 olmaq üzrə ümumi 16 terrorçu zərərsizləşdirilib.
Arda: "Uzun fasilədən sonra özümü xoşbəxt hiss etdim"
"Xorvatiyaya qarşı sona qədər mübarizə apardıq. Taktiki cəhətdən düzgün oynadıq və yekunda hər şey planlaşdırdığımız kimi oldu". Bu sözləri Türkiyə yığmasının futbolçusu Arda Turandeyib.DÇ-2018-in seçmə mərhələsi çərçivəsində Xorvatiyanı qəbul edən "ay-ulduzlular" 1:0 hesablı qələbə qazanıblar və Rusiyada keçiriləcək mundiala vəsiqə qazanmaq şanslarını saxlayıblar. Ölkəsinin mətbuatına açıqlama verən Arda maraqlı fikirlər səsləndirib. "Barselona"nın futbolçusu uzun fasilədən sonra xoşbəxt olduğunu bildirib: "Azarkeşlərə minnətdaram, bizə yaxşı dəstək oldular, milliyə inandıqlarını hiss etdirdilər. Yenidən bir araya gəlmək, xoşbəxt olmaq hər birimizə yaxşı təsir etdi. Çünki buna ehtiyacımız var idi. Bu ölkənin övladlarıyıq. Türkiyəyə canımız fədadı. Həm komanda yoldaşlarımı, həm də Mirça Luçeskunu təbrik edirəm. Baş məşqçi bu postda ilk qələbəsini qazandı. Ümidimizi sona qədər davam etdirəcəyik. Uzun fasilədən sonra özümü xoşbəxt hiss etdim".
Şabranda 6, Gəncədə 4 otaqlı ev yanıb
Şabran rayonu, Əmirxanlı kəndində hər mərtəbəsi 70 m2 olan ikimərtəbəli 6 otaq və eyvandan ibarət evin 1-ci mərtəbəsində 1 otağın yanar konstruksiyaları 30 m2 sahədə. 2-ci mərtəbədə 3 otağın yanar konstruksiyaları 70 m2 sahədə və dam örtüyü 130 m2 sahədə yanmışdır.
Yeniyetmə güləşçilərin Dünya çempionatı start götürüb
Yunanıstanın paytaxtı Afinada yeniyetmə güləşçilərin Dünya çempionatı start götürüb. “OLAYLAR”-ın AGF-yə istinadən verdiyi xəbərə görə, ilk yarış günündə yunan-Roma güləşi üzrə 50, 54, 58, 63 və 100 kq çəki dərəcələrində pəhləvanlar mübarizə aparıb. 50 kq çəkidə mübarizə aparan Zaur Əliyev ardıcıl olaraq Macarıstan və İsveç güləşçilərini məğlub edib. Yarımfinalda Ermənistan təmsilçisinə də heç bir şans verməyən güləşçimiz finala yüksəlib. Yaponiya idmançısı ilə gərgin keçən final qarşılaşmasında zədəli mübarizə aparan Zaur Əliyev minimal xal fərqi ilə uduzub və dünya çempionatının gümüş medalı ilə kifayətlənib.
Notariat fəaliyyəti ilə məşğul olmaq istəyən şəxslərin sənədlərinin qəbulu başa çatır
Ədliyyə Nazirliyinin mətbuat xidməti bildirir ki, Cəlilabad, Xızı, İmişli, Masallı, Quba, Samux, Saatlı, Şəmkir və Yardımlı rayonlarında vakant olan notarius vəzifələrinin komplektləşdirilməsi məqsədilə elan edilmiş müsabiqə üzrə sənədlərin qəbulu müddəti cari ilin sentyabr ayının 15-də başa çatacaq. Bu barədə Ədliyyə Nazirliyindən “Olaylara verilən məlumata görə, “Notariat haqqında” Qanuna və “Notariat fəaliyyəti ilə məşğul olmaq məqsədi ilə şəhadətnamə almaq üçün imtahanın və müsahibələrin keçirilməsi Qaydası”na əsasən toplanmış sənədlərin qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğunluğu Nazirlikdə araşdırılaraq İxtisas Komissiyasına təqdim olunacaq.Test imtahanının vaxtı və yeri barədə Ədliyyə Nazirliyinin İxtisas Komissiyası tərəfindən məlumat veriləcək.
Oktyabr ayının ilk hərracı elan edilib
Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən 3 oktyabr tarixində dövlət əmlakının özəlləşdirilməsi üzrə bu ayın ilk hərracı keçiriləcək. Komitədən “Olaylar”a verilən məlumata görə, vətəndaşların və potensial investorların bu hərracda özəlləşməyə çıxarılan 147 dövlət əmlakına sahib olmaq imkanı var.
Lobbi maraqlarının sifarişçisi olan Mütəşəkkil Cinayətkarlıq və Korrupsiya Araşdırmaları Təşkilatı
Azərbaycan dövlətinin artan iqtisadi və siyasi gücü, həm regionda, həm də beynəlxalq aləmdə söz sahibinə çevrilməsi erməni lobbisi, eləcə də bu lobbinin maliyyəsi ilə fəaliyyət göstərən Qərbdəki, Avropadakı bəzi təsisatları, qeyri-hökumət təşkilat və qurumlarını ciddi şəkildə narahat edir.
Başladılan qarayaxma kampaniyasına xeyli sayda qlobal çirkab maşını qoşulub
“Amerika prezidenti Donald Trampın bəzən "qlobal media", bəzən də "beynəlxalq KİV" adlandırılan qəzet, televiziya və agentliklərin saxta informasiya yaymaq üzrə ixtisaslaşmaları haqda açıqlamalarını yəqin xatırlayanlar var. Cənab Tramp bununla əslində Amerika kəşf etmirdi, Amerikada və bir çox başqa qərb ölkələrində qlobal media funksiyasını yerinə yetirənlərlə bağlı reallığı dilə gətirirdi.
Müdafiə naziri “MSPO - 2017” sərgisində iştirak edir
Polşada səfərdə olan Müdafiə naziri general-polkovnik Zakir Həsənov Kielce şəhərində keçirilən “MSPO - 2017” beynəlxalq müdafiə sənayesi sərgisində iştirak edib.“OLAYLAR”-ın Müdafiə Nazirliyinə istinadən verdiyi xəbərə görə, Azərbaycan nümayəndə heyəti sərgidə nümayiş etdirilən hərbi və müdafiə təyinatlı məhsullara baxış keçirib, müxtəlif ölkələrin müdafiə sənayesi şirkətlərinin silah, texnika və hərbi avadanlıq istehsalı sahəsində əldə etdikləri nailiyyətlərlə tanış olub.
Kanada Myanmada baş verənlərə münasibət BİLDİRDİ
Kanada Myanmada baş verənlər haqqında açıqlama verib. “Olaylar” bildirir ki, Dövlət Departamentinin verdiyi bəyanatda ölkə rəsmiləri müsəlmanlara qarşı kütləvi qırğından son dərəcə narahat olduqlarını ifadə ediblər.
Dini dözümsüzlük dəyərini zədələməməliyik
Osmanlı İmperiyasının süqutundan, həm birinci həm də ikinci dünya müharibəsindən sonra dünyanın siyasi xəritəsində baş verən dəyişikliklər müsəlman xalqlarına da xətərsiz ötüşmədi. İslam dininin mənsublarının dinlərindən uzaqlaşdırılmaları həm Sovet İmperiyasının, həm də Qərbin bütün ciddi cəhdləri sayəsində onsuz da hərtərəfli məğlubiyyətə düçar olan müsəlman xalqlarını daha da acınacaqlı hala saldı. Bunun üçün onlar hər cür vasitələrdən istifadə edirdilər. Kütləvi repressiyalar, müxtəlif təzyiqlər və.s vasitələrlə İslam elm adamlarının məhvi dolayısı ilə İslamın məhvinə çalışılırdı. Bütün bu kimi neqativ halların qarşısının alınması üçün bir sıra müsəlman ölkələrində bəzi addımlar atılmaqla, kortəbii də olsa təşkilatlanma prosesləri həyata keçirilirdi.
Qarabağ probleminin həlli ilə bağlı irəli sürülən təşəbbüslər
Son zamanlar bəzi şərhçilər, politoloqlar ABŞ-ın ATƏT-in Minsk Qrupundakı sabiq həmsədri Riçard Hoqlandın Dağlıq Qarabağ münaqişəsi ilə bağlı açıqlamasını az qala Azərbaycanın böyük uğuru, qələbəsi kimi şərh edirlər. Bu zaman bir qayda olaraq bu açıqlamaların Ermənistan ictimaiyyətində ciddi ajiotaj, apatiya yaratdığına, güya Ermənistandakı böhranlı siyasi durumu daha da dərinləşdirdiyinə əsaslanırlar. Təkamül Partiyasının sədri Teyyub Qəni isə hesab edir ki, Hoqlandın açıqlamalarına ermənilərin mənfi münasibət bildirmələri başadüşüləndir.
Ənənəvi məhsul növlərinin istehsal imkanlarının genişləndirilməsi....
Ölkə Prezidentinin son günlərdə bölgələrə səfəri zamanı müzakirə olunan əsas məsələ yerlərdə kənd təsərrüfatı məhsullarının istehsallını artırmaq və ərzaq təhklükəsizliyi ilə bağlı məsələləri əsaslı şəkildə həll etməkdən ibarətdir. Digər mühüm vəzifə isə idxalı əvəz etməklə bərabər ixrac imkanlarını genişlıəndirməkdən ibarətdir. Burada qarşıya qoyulan vəzifə olduqca mühümdür.
Erkən nikaha aparan yol
Dünyada hər gün 25 min, ildə isə 10 milyondan çox erkən nikah faktı qeydə alınır. Hazırda belə nikahların daha çox Asiya və Afrika ölkələrində olmasına baxmayaraq, bir sıra Avropa ölkələrində də erkən yaşda nikahlara rast gəlmək olur. BMT-nin Uşaq Fondunun hesabatlarına görə, dünyada 19 yaşa qədər nikahlar olan ölkələrə 51,7 faizlə Fələstin başçılıq edir. İkinci yerdə 20,1 faizlə Misir, üçüncü yerdə isə 15 faizlə İsrail dayanır. Lakin son zamanlar inkişaf etmiş ölkələrdə erkən nikahlar faktları qeydə alınmaqdadır.
OCCRP-in hazırladığı qeyri-peşəkar və qeyri-ciddi hesabat
Xəbər verdiyimiz kimi 2017-ci il sentyabrın 4-də Mütəşəkkil Cinayətkarlıq və Korrupsiya Hesabatı layihəsi tərəfindən ölkəmiz barədə qərəzli yazı hazırlanıb. Eyni zamanda, bu yazıya istinadən "BBC News” saytında 2017-ci il sentyabrın 5-də "Azərbaycan - 3 milyard dollar dəyərində gizli çirkli fondu idarə edib” başlıqlı və "Guardian” qəzetində bu məsələ ilə bağlı məqalə dərc edilib.














