Gündəm
Peşə təhsili əmək bazarına niyə cavab vermir?
Azərbaycanda peşə təhsilinin inkişaf etdirilmsi istiqamətində ciddi addımlar atılmaqdadır. Artıq görülən tədbirlərin nəticəsi olaraq bu sahəni tənzimləyən normativ hüquqi aktın qəbulu məsələsi gündəmə gəlib. Peşə Təhsili üzrə Dövlət Agentliyinin peşə təhsili müəssisələrinin idarə edilməsi və monitorinq şöbəsinin müdiri Amil Əlili bildirib ki, Azərbaycanda ilk dəfə olaraq “Peşə təhsili haqqında” qanun layihəsi hazırlanır.
Cəza cinayətə görə qisasdır
Müasir Cinayət –Prosesual və cinayət hüququnun implementasiyası zamanı cəzanın labüdlüyünə aid nəzəri və praktik məsələlər həmişə aktual mübahisə yaratmışdır. Bəzən, məsələyə təkcə hüquqi deyil, fəlsəfi və tarixi əsaslarla yanaşma tələb edir. Belə situasiyalarda klassik hüquqşunas və filosofların nəzəri mülahizələrinə zəngin təcrübəyə müraciət etməyə ehtiyac yaranır.
Havanın temperaturu 4-7 dərəcə enəcək
Ekologiya və Təbii Sərvətlər Nazirliyi hava şəraiti ilə bağlı xəbərdarlıq edib. Nazirlikdən bildirilib ki, bir neçə gün davam edən istihava şəraitindən sonra sentyabrın 7-si gündüzdən 8-i gündüzədək ölkə ərazisindəhava şəraitinin qeyri-sabit keçəcəyi, şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir.
“Nalbandyanla hansı məsələlərin müzakirə ediləcəyi hamıya bəllidir”
"Ermənistan xarici işlər naziri ilə görüş razılaşdırılıb, amma tarix hələlik dəqiqləşdirilməyib". Məlumata görə, bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Bakıda türkiyəli və gürcüstanlı həmkarları ilə görüşdən sonra keçirilən mətbuat konfransında deyib. Nazir bildirib ki, görüşdə hansı məsələlərin müzakirə edəcəyi hamıya bəllidir. "Yeganə lazım olan odur ki, siyasi qərar olsun. Bu qərar əsasında isə Ermənistan silahlı qoşunları geri çəkilməlidir", - deyə nazir vurğulayıb.
Ukrayna ordu və kəşfiyyatı Donbasdan çəkir- Saakaşvili amili
Gürcüstanın keçmiş prezidenti və Ukraynanın Odessa vilayətinin sabiq qubernatoru Mixail Saakaşvili Ukraynaya qayıdacağı tarixi növbəti dəfə açıqlayıb. Saakaşvili sentyabrın 10-u saat 12-də Ukrayna-Polşa sərhədində yerləşən “Krakov” sərhəd-keçid məntəqəsində olacağını bildirib.
“Türkiyə Azərbaycan və Gürcüstanın ərazi bütövlüyünü dəstəkləyir”
“Türkiyə Azərbaycan və Gürcüstanın ərazi bütövlüyünü dəstəkləyir”. Məlumata görə, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu gürcüstanlı və azərbaycanlı həmkarları ilə görüşdən sonra keçirilən mətbuat konfransında deyib.
Məmmədyarov: Azərbaycan, Türkiyə və Gürcüstan prezidentlərinin sammitinə hazırlanır
Azərbaycan, Türkiyə və Gürcüstan xarici işlər nazirləri dövlət başçılarının sammitini hazırlamaq barədə razılıq əldə edib. Bunu brifinq zaman Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov deyib. Onun sözlərinə görə, ölkələr həmçinin gələcək əməkdaşlığın yol xəritəsini hazırlamaq barədə də razılığa gəlib.
Saxta məktəbli geyimləri aşkar edilib
Bakı və Sumqayıt şəhərlərində saxta məktəbli geyimləri aşkar edilib. Bu barədə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsindən məlumat verilib. Komitə tərəfindən “Bakı Tikiş Evi” ASC-nin rəsmi müraciəti əsasında Bakı və Sumqayıt şəhərlərində məktəbli geyimlərinin satışının vəziyyəti araşdırılıb. Müəyyən olunub ki, istehlak bazarında bir sahibkara məxsus əmtəə nişanınından digəri (və ya digərləri) qanunsuz istifadə etməklə mənşəyi məlum olmayan parçalardan hazırlanan məktəbli geyimlərinin satışı həyata keçirilir.
Əli Əhmədovdan açıqlama
Azərbaycana və onun rəhbərinə şər-böhtan atmaq Qərbin bəzi siyasi dairələrinin, qeyri-hökumət təşkilatlarının və mətbuat orqanlarının “sevimli” məşğuliyyətinə çevrilib. Azərbaycan Baş nazirinin müavini, Yeni Azərbaycan Partiyasının sədr müavini, icra katibi Əli Əhmədov OCCRP adlanan qurumun (“Mütəşəkkil Cinayətkarlıq və Korrupsiya Hesabatı” layihəsi) “hesabat”ı və bu “hesabat” əsasında bəzi KİV-də yayılmış materialı ilə bağlı açıqlamasında deyib.
Məşhur aktrisa ilk dəfə sevgilisi haqqında DANIŞDI
36 yaşlı Meqan Markl “Vanity Fair” jurnalının oktyabr nömrəsinin üz qabığına çəkilib. Aktrisa ilk dəfə nişanlısı şahzadə Harri haqqında geniş müsahibə verib. İlk dəfə Harri haqqında danışan "Fövqəladə Vəziyyətlər" (The Suits) serialının aktrisası açıqlamaları ilə sensasiya yaradıb: “Biz bir-birini sevən və birlikdə xoşbəxt olan iki adi insanıq. Xəbərlər çıxana qədər təxminən yarım il gizli görüşmüşük. Mən bu müddət ərzində dəyişməmişəm, elə həmin Meqanam”.
“ABŞ üçün riskli vəziyyət yaranıb”
“Hesab edirəm ki, hazırda ABŞ üçün riskli vəziyyət yaranıb”. Bunu politoloq Mübariz Əhmədoğlu bu gün keçirdiyi mətbuat konfransında deyib. O bildirib ki, ABŞ-ın siyasi elitası prezidentlərini cəzalandırır və onların cəza aləti Rusiyadır. Politoloq əlavə edib ki, ABŞ-ın elə bir imici var ki, onun ərazisinə heç kim bir güllə də ata bilməz: "Lakin Şimali Koreya rəsmiləri ABŞ-ın təsir zonasına daxil olan Guam adasına zərbə endirəcəyini bildirir. Lakin ABŞ-ın yeritdiyi siyasət Şimali Koreyaya qarşı koalisiya yaradılmasına imkan vermir. Yəni bu siyasət Çin və Rusiyanın kənarda qalmasına səbəb olur".
İstanbulda növbəti beynəlxalq kitab yarmarkası
Noyabrın 4-dən 12-dək İstanbulda keçiriləcək 36-cı Beynəlxalq Kitab Yarmarkası TÜYAP-da öz işinə başlayacaq. “Olaylar” bildirir ki, builki mövzusu “Yaxşı ki, varsan ədəbiyyat” adlanan yarmarkaya bu il qonaq ölkə kimi Koreya Respublikası dəvət edilib. Yarmarkaya 800-dən artıq nəşriyyatın, ictimai təşkilatın qatılacağı gözlənilir.
İsanın “qanı”nı içən qadın 5 yaşlı oğlunu öldürdü
Bakıda 5 yaşlı uşağını boğaraq öldürməkdə təqsirləndirilən Nazilə Qulubəyovanın cinayət işi üzrə məhkəmə prosesi keçirilib. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Novruz Kərimovun sədrliyi ilə baş tutan prosesdə şahid qismində Natalya Qulubəyova ifadə verib.
Terror planlaşdıran şəxslər yaxalandı
İspaniya Milli Polisi və Mərakeş Daxili Təhlükəsizlik İdarəsi 2 ölkənin də ərazisində fəaliyyət göstərən cinayətkar qruplaşmanı zərərsizləşdirib. Saxlanılan şəxslərdən 5-i Mərakeşdə, 1 nəfər isə İspaniyanın Melilya şəhərində saxlanılıb.
Rusiya dronlara yandırıcı qumbara bağlayıb meşələrə atır
Gürcüstanda meşə yanğınları ara vermir. Yanğınsöndürənlər ölkənin qərbindəki alovu söndürməyə təzəcə imkan tapmışdılar ki, bu dəfə alovlar şərqdən yüksəlib. Hazırda Gürcüstanda dörd yanğın ocağı qalır. İndiyə qədər yanğınlarda yüzlərlə hektar meşə məhv olub. virtualaz.org xəbər verir ki, yanğınların bu cür dalbadal baş verməsi və coğrafiyası Gürcüstanda bu yanğınların Rusiya tərəfindən törədildiyinə dair şübhələri artırıb. Bu haqda “Nezavisimaya qazeta” yazır.














