“ABŞ üçün riskli vəziyyət yaranıb”

“Hesab edirəm ki, hazırda ABŞ üçün riskli vəziyyət yaranıb”.  Bunu politoloq Mübariz Əhmədoğlu bu gün keçirdiyi mətbuat konfransında deyib.  O bildirib ki, ABŞ-ın siyasi elitası prezidentlərini cəzalandırır və onların cəza aləti Rusiyadır. Politoloq əlavə edib ki, ABŞ-ın elə bir imici var ki, onun ərazisinə heç kim bir güllə də ata bilməz: "Lakin Şimali Koreya rəsmiləri ABŞ-ın təsir  zonasına daxil olan Guam adasına zərbə endirəcəyini bildirir. Lakin ABŞ-ın yeritdiyi siyasət Şimali Koreyaya qarşı koalisiya yaradılmasına imkan vermir. Yəni bu siyasət Çin  və Rusiyanın kənarda qalmasına səbəb olur". 

"Hesab edirəm ki, hazırda ABŞ üçün riskli vəziyyət yaranıb".  Bunu politoloq Mübariz Əhmədoğlu bu gün keçirdiyi mətbuat konfransında deyib.  O bildirib ki, ABŞ-ın siyasi elitası prezidentlərini cəzalandırır və onların cəza aləti Rusiyadır. Politoloq əlavə edib ki, ABŞ-ın elə bir imici var ki, onun ərazisinə heç kim bir güllə də ata bilməz: "Lakin Şimali Koreya rəsmiləri ABŞ-ın təsir  zonasına daxil olan Guam adasına zərbə endirəcəyini bildirir. Lakin ABŞ-ın yeritdiyi siyasət Şimali Koreyaya qarşı koalisiya yaradılmasına imkan vermir. Yəni bu siyasət Çin  və Rusiyanın kənarda qalmasına səbəb olur". 

Politoloq həmçinin Rusiya-ABŞ gərginliyi fonunda regionda yaranan vəziyyəti də şərh edib. O qeyd edib ki, Rusiya Ermənistana təzyiq edir ki, qoşunlarını Suriyaya göndərsin. Bu isə Suriyada Ermənistan qoşunlarının İran qoşunları ilə üz-üzə dayanmasıdır: "30 ilə yaxındır ki, Ermənistanı İran saxlayır. ABŞ-ın Ermənistana göndərdiyi pullar siyasi elitanın cibinə gedir. Həmçinin Avropa İttifaqından gələn pullar da şəxsi ciblərə gedir. Lakin İrandan gələn pullar ölkə üçün sərf olunur".

Myanmar hadisələrinə münasibət bildirən M.Əhmədoğlu  problemə fərqli yanaşıb: "Bu hadisə dinimiz adından dəllallıq edənlərin əməllərini üzə çıxardı. Bizim ən böyük səhvimiz Əfqanıstanda budda abidəsinin dağıdılmasına reaksiya verməməyimiz oldu". 

Politoloq təklif  edib ki, Əfqanıstana müsəlman dövlətlərindən desant dəstəsi göndərilsin  və  buddistlər görsün ki, müsəlmanlar Taliblərə qarşı vuruşur: "Əgər bu addım atılmasa Myanmardakı müsəlmanların vəziyyəti daha da gərginləşəcək. Buna görə də buddistlər  müsəlmanların budda məbədini dağıdan terrorçulara qarşı nifrətini görməlidir".  Politoloq qeyd edib ki, Azərbaycanda bu işdə fəal rol oynaya bilər. Azadinform.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31