İstanbulda növbəti beynəlxalq kitab yarmarkası

Noyabrın 4-dən 12-dək İstanbulda keçiriləcək 36-cı Beynəlxalq Kitab Yarmarkası TÜYAP-da öz işinə başlayacaq. “Olaylar” bildirir ki, builki mövzusu “Yaxşı ki, varsan ədəbiyyat” adlanan yarmarkaya bu il qonaq ölkə kimi Koreya Respublikası dəvət edilib. Yarmarkaya 800-dən artıq nəşriyyatın, ictimai təşkilatın qatılacağı gözlənilir.

Noyabrın 4-dən 12-dək İstanbulda keçiriləcək 36-cı Beynəlxalq Kitab Yarmarkası TÜYAP-da öz işinə başlayacaq. "Olaylar" bildirir ki, builki mövzusu "Yaxşı ki, varsan ədəbiyyat" adlanan yarmarkaya bu il qonaq ölkə kimi Koreya Respublikası dəvət edilib. Yarmarkaya 800-dən artıq nəşriyyatın, ictimai təşkilatın qatılacağı gözlənilir.
Yarmarkada 9 gün boyunca tədbirlər, şeir gecələri və uşaq ədəbiyyatına həsr edilən müzakirələr, imza günləri təşkil olunacaq. Yarmarkanın fəxri qonağı olan Ayla Kutlunun həyatı və əsərləri haqqında özünün də iştirakı ilə müxtəlif panellər və söhbətlər təşkil ediləcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31