Gündəm

Dini festival zamanı 12 nəfər öldü

6 Sentyabr 2017 12:24

Hindistanın Maharaştra ştatında yerli dini festival zamanı azı 12 nəfər həlak olub. Məlumata görə, onlar çayda mərasim həyata keçirərkən batıblar.

Prezidentinin mətbuat katibi: "Bu tamamilə gülünc və qərəzli məlumatdır"

6 Sentyabr 2017 12:22

Azər Qasımov “The Guardian” qəzetində barəsində yazılanlara münasibət bildirib. Azərbaycan Prezidentinin mətbuat katibi Azər Qasımov  “The Guardian”  qəzetinin 4 sentyabr tarixli sayında "Azərbaycan rəsmiləri üçün gizli maliyyə sxemləri vasitəsilə ödənişlər barədəki" iddialarda adının çəkilməsinə münasibət bildirib.

Kəskin respirator infeksiyalara daha çox kimlər yoluxa bilər?

6 Sentyabr 2017 12:19

Payız və qışda kəskin respirator infeksiyalara və qripə yoluxma üzrə ən yüksək risk qrupları yaşı 1-dən az, 65-dən çox olanlar, hamilələr, tənəffüs sistemi, şəkər, xroniki xəstə insanlar olur. Bunu Bakı şəhərinin baş terapevti Rəhilə Əliyeva bu gün keçirdikləri mətbuat konfransında çıxışı zamanı deyib.

Myanma qaçqınlarının qayıqları aşdı

6 Sentyabr 2017 12:18

Myanmadan Banqladeşə qaçqınları aparan qayıqların aşması nəticəsində azı 5 uşaq həlak olub. Zorakılıqdan qaçan rohinca müsəlmanlarının olduğu 3-4 qayıq Banqladeşlə Myanma arasında sərhəd rolunu oynayan Naf çayında aşıb. Hazırda qayıqda olan digər qaçqınların axtarışlar aparılır. Daha öncə isə avqustun sonlarında həmin çayda qayıq aşması nəticəsində 40-a yaxın rohinca müsəlmanlarının həlak olması barədə məlumat verilmişdi.

Nazpəri Dostəliyeva: "Özünü doğramaqdansa..."

6 Sentyabr 2017 12:15

Müğənni Nazpəri Dostəliyevanın evindən oğurluq etməkdə şübhəli bilinən şəxs polis idarəsində intihara cəhd edib. Cavid Əliyev Nərimanov RPİ-də qolunu kəsici alətlə kəsərək, intihara cəhd göstərib. Yaralı Nərimanov Rayon Polis İdarəsinin əməkdaşlarının köməkliyi ilə 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

“Putin münaqişəni dondurmaq və özü üçün..” - Moskvanın PLANLARI AÇIQLANDI

6 Sentyabr 2017 12:10

“Rusiya prezidenti Vladimir Putinin Donbasda BMT sülhməramlılarının yerləşdirilməsi barədə ideyası göstərir ki, Moskva münaqişənin dondurulması xəttini yürütməyə hazırdır".

Azərbaycan,Türkiyə və Gürcüstan XİN rəhbərlərinin görüşündə 2 sənəd imzalanacaq

6 Sentyabr 2017 12:05

Azərbaycan, Türkiyə və Gürcüstan xarici işlər nazirlərinin Bakıda keçirilən üçtərəfli görüşünün yekununda nazirlər Bakı deklarasiyasını və 2017-2019-cu illər üzrə fəaliyyət planını imzalayacaq. Bunu jurnalistlərə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib.

Azərbaycan yığması - Millətlər Liqasının ən zəif bəndi

6 Sentyabr 2017 12:01

DÇ-2018-in seçmə mərhələsinin Avropa zonasının VIII oyunlarından sonra UEFA Millətlər Liqasının divizionları və səbətlərinin ilkin tərkibi açıqlanıb. 2019-cu ildə keçiriləcək yarışda komandaların alacağı yerlər son üç turnirin nəticələrinə əsasən müəyyənləşəcək. DÇ-2014 və AÇ-2016 həm seçmə, həm final, DÇ-2018-in seçmə mərhələsinin nəticələrinə əsasən hesablanan cədvələ görə 55 milli 4 liqaya bölünəcək. Hazırkı vəziyyətə əsasən Azərbaycan millisi C liqasında oynamalıdı.

Suraxanıda tapılan meyitlə bağlı cinayət işi başlandı

6 Sentyabr 2017 11:59

Suraxanı rayonunun Hövsan qəsəbəsi ərazisində naməlum kişi meyitinin aşkar olunması ilə bağlı Bakı şəhər Baş Polis İdarəsi və şəhər prokurorluğu birgə məlumat yayıb. Sentyabrın 5-də Suraxanı rayonunun Hövsan qəsəbəsi ərazisində hissələrə parçalanmış naməlum kişi meyitinin aşkar olunması barədə daxil olmuş məlumat əsasında rayon prokurorluğu və Polis İdarəsinin əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə dərhal hadisə yerinə və meyitə baxış keçirilib, şahidlər dindirilib, müvafiq ekspertizalar təyin edilib və digər təxirəsalınmaz prosessual hərəkətlər yerinə yetirilib.

Nazir: "Ərdoğan Azərbaycana sentyabrın sonunda səfər edəcək"

6 Sentyabr 2017 11:56

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfərinin təxmini vaxtı məlum olub. Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovla Bakıda keçirilən görüşdə bildirib ki, səfər BMT Baş Assambleyasının sessiyasından sonra baş tutacaq.

“İslamda tolerantlıq və vəhdət” mövzusunda maarifləndirici tədbir keçirilib  

6 Sentyabr 2017 11:54

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Ağsu şəhər “Nuran Xatun” məscidi dini icması tərəfindən “İslam həmrəyliyi və millli-mənəvi dəyərlərimizin təbliği“ layihəsi çərçivəsində “İslamda tolerantlıq və vəhdət” mövzusunda maarifləndirici tədbir keçirilib. “OLAYLAR”-ın xəbərinə görə, çıxışlarda tolerantlıq və vəhdətin Azərbaycan xalqının əsrlərboyu formalaşan və çoxları üçün örnək olan xarakterik xüsusiyyəti olması diqqətə çatdırılıb. Qeyd olunub ki, tolerantlıq xalqımızın tarixən formalaşmış milli-mənəvi dəyərlər sisteminin vacib elementlərindən biridir və məhz 2017-ci ilin Azərbaycanda “İslam Həmrəyliyi İli” elan edilməsi zamanın çağırışlarına cavab verən mühüm addımdır.

Düşmən yenə atəşkəsi iriçaplı silahlarla pozur

6 Sentyabr 2017 11:53

“OLAYLAR”-ın Müdafiə Nazirliyinə istinadən verdiyi xəbərə görə, Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan və qumbaraatanlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 123 dəfə pozub. Ermənistan Respublikası Noyemberyan rayonunun Şavarşavan kəndində və adsız yüksəkliklərdə, İcevan rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Qazax rayonunun Kəmərli, Quşçu Ayrım, Bala Cəfərli kəndlərində və adsız yüksəkliklərdə, Berd rayonunun Mosesqex, Çinari, Ayqedzor kəndlərində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Tovuz rayonunun Əlibəyli, Ağdam, Muncuqlu kəndlərində, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun Zamanlı kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.

Zakir Həsənov polşalı həmkarı ilə görüşüb

6 Sentyabr 2017 11:52

Polşa Respublikasına səfəri çərçivəsində Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov sentyabrın 5-də bu ölkənin Milli Müdafiə naziri cənab Antoni Maçereviçlə görüşüb. “OLAYLAR”-ın Müdafiə Nazirliyinə istinadən verdiyi xəbərə görə, görüşdə ölkələrimiz arasında hərbi, hərbi təhsil, hərbi texniki sahələrdə əməkdaşlığın gələcək perspektivləri və qarşılıqlı maraq doğuran digər məsələlər barədə ətraflı fikir mübadiləsi aparılıb.

Alişandan ayrılıq xəbərləri ilə bağlı ilk açıqlama

6 Sentyabr 2017 11:46

Oktyabrda toya hazırlaşan müğənni Alişanla nişanlısı Eda Erolun ayrılıq xəbərləri təsdiqlənib.  Bu haqda Alişan ilk dəfə açıqlama verib: "Eda ilə nişanı qaytarmağımız haqda xəbərlər düzdür. Münasibətimizin evliliklə bitməsini istəyərdik, təəssüf ki, olmadı. Nişanlılıq bir-birini tanıma müddətidir. Bu müddətdə bir-birimizlə yola gedə bilməyəcəyimizi başa düşdük.

ABŞ-da qanunsuz miqrantlarla bağlı proqramın ləğvi etirazlara səbəb olub

6 Sentyabr 2017 11:42

Nyu York polisi Tramp administrasiyasının qanunsuz miqranların övladlarının ABŞ ərazisində qalmasına icazə verən proqramın (DACA proqramı) ləğv etməsinə qarşı etiraz aksiyalarının 30-dək işrirakçısını saxlayıb.  Əksəriyyətinin miqranların övladları təşkil etdiyi etirazçılar prezident Donald Trampın qeyri-rəsmi iqamətgahı hesab edilən “Trump Tower” bina kompleksinin qarşısında oturaq etiraz aksiyası keçirərək “Sənədsiz və qorxusuz” və sair şüarlar səsləndiriblər. Etiraz aksiyaları ABŞ-ın bir çox iri şəhərlərində – Vaşinqton, Nyu York, Los Anceles, Denever və digər  şəhərlərini əhatə edib.