ABŞ-da qanunsuz miqrantlarla bağlı proqramın ləğvi etirazlara səbəb olub
Nyu York polisi Tramp administrasiyasının qanunsuz miqranların övladlarının ABŞ ərazisində qalmasına icazə verən proqramın (DACA proqramı) ləğv etməsinə qarşı etiraz aksiyalarının 30-dək işrirakçısını saxlayıb. Əksəriyyətinin miqranların övladları təşkil etdiyi etirazçılar prezident Donald Trampın qeyri-rəsmi iqamətgahı hesab edilən “Trump Tower” bina kompleksinin qarşısında oturaq etiraz aksiyası keçirərək “Sənədsiz və qorxusuz” və sair şüarlar səsləndiriblər. Etiraz aksiyaları ABŞ-ın bir çox iri şəhərlərində – Vaşinqton, Nyu York, Los Anceles, Denever və digər şəhərlərini əhatə edib.
6 Sentyabr 2017 11:42 DünyaNyu York polisi Tramp administrasiyasının qanunsuz miqranların övladlarının ABŞ ərazisində qalmasına icazə verən proqramın (DACA proqramı) ləğv etməsinə qarşı etiraz aksiyalarının 30-dək işrirakçısını saxlayıb. Əksəriyyətinin miqranların övladları təşkil etdiyi etirazçılar prezident Donald Trampın qeyri-rəsmi iqamətgahı hesab edilən "Trump Tower" bina kompleksinin qarşısında oturaq etiraz aksiyası keçirərək "Sənədsiz və qorxusuz" və sair şüarlar səsləndiriblər. Etiraz aksiyaları ABŞ-ın bir çox iri şəhərlərində - Vaşinqton, Nyu York, Los Anceles, Denever və digər şəhərlərini əhatə edib.
Qeyd edək ki, ötən gün ABŞ-ın baş prokuroru Ceff Seşnns Barak Obamanın 2012-ci ildə qəbul etdiyi DACA proqramının ləğv edildiyini bəyan edib. 2016-cı ilə olan rəsmi məlumatlara əsasən, DACA proqramı ABŞ-da 750 min nəfəri əhatə edir. Onların əksəriyyəti Kaliforniya və Texasda yaşayır. Apa.az "RİA Novosti"yə istinadən xəbər verir.