Gündəm
Milli İsihbarat Təşkilatının binası hədəf alındı
Türkiyənin Mersin vilayətinin Yenişəhər mahalında bir terrorçu zərərsizləşdirilib. “Olaylar” bildirir ki, terrorçu Milli İsihbarat Təşkilatının binasına partlayıcı qurğu yerləşdirmək istəyərkən təhlükəsizlik qüvvələri tərəfindən öldürülüb.
Bakıda ölüm səviyyəsi azalır
2017-ci ilin yanvar-iyun ayları ərzində Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən Bakı şəhərində 14 713 doğulmuş körpə qeydə alınıb. Bakı Şəhər Statistika İdarəsindən verilən məlumata görə, bu göstərici əhalinin hər min nəfərinə hesabı ilə 13,2 təşkil edib.
Vəkil: "Lapşinin təhvil verilməsi ilə bağlı İsraildən sorğu gözləyirik"
Azərbaycanda həbsdə olan bloqger Aleksandr Lapşinin İsrailə təhvil verilməsi istiqamətində işlər davam etdirilir. Bu barədə A. Lapşinin vəkili Eduard Çernin məlumat verib. Vəkil bildirib ki, A. Lapşinin təhvil verilməsi ilə bağlı İsrail hökumətindən Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə sorğu göndərilməlidir: “Sorğu təxminən 5-6 gün ərzində gəlməlidir. Ondan sonra məhkəməyə müraciət edəcəyik”.
Gömrükdən narkotik keçirmək cəhdi baş tutmadı
Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları sintetik narkotik vasitənin ölkə ərazisinə gömrük nəzarətindən gizli yolla gətirilməsinə cəhdin qarşısını alıblar. Dövlət Gömrük Komitəsindən “Olaylar”a verilən məlumata görə, İdarənin gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan əməliyyat məlumatına əsasən, Tehran-Bakı aviareysilə gələn İran vətəndaşı nəzarətə götürülüb.
“Çağrı mərkəzləri”nə edilən müraciətlərin sayı azalıb
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) “Çağrı mərkəzləri”nə edilən müraciətlərin 95,7 faizi sorğu xarakterli olub. Bu barədə Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, cari ilin avqust ayında ƏƏSMN-nin 142 və 190 - “Çağrı mərkəzləri”nə vətəndaşlar tərəfindən 11 890 müraciət daxil olub.
Qarətçilər soyğun zamanı sabiq dövlət katibini döydülər
Parisdə naməlum şəxslər qarət zamanı Fransanın sabiq dövlət katibi və Eson departamentini təmsil edən senator Jan Vinsen Plaseyə hücum ediblər. İnsident sentyabrın 3-nə keçən gecə baş verib. Cinayətkarlar sabiq məmurdan 7 min avro dəyərində saatını əlindən almağa çalışarkən onun baş nahiyəsinə xəsarət yetiriblər.
Özcan Dəniz özündən 20 yaş kiçik sevgilisi ilə EVLƏNİR
45 yaşlı Özcan Dəniz 25 yaşlı sevgilisi Şeyda Aktanla evlənir. Məşhur müğənni və aktyor Şeyda Aktanla bir il əvvəl tanış olub. Özcan Dəniz evlənib tezliklə ata olmaq istəyini dilə gətirib: "Tezliklə ata olmaq istəyirəm.
Putin Sarkisyanı söydü və bunu soruşdu: İrəvanda NATO-ya görə DÖYÜŞ BAŞLANIR
NATO-nun Gürcüstanda növbəti təlimləri başlayıb. “Agile Spirit 2017” adlanan təlimlər 3-11 sentyabr tarixlərini əhatə edəcək. Təlimlə bağlı diqqət çəkən məqam isə Şimal Alyansının Rusiya sərhədlərinin dibində “at oynatmasından” daha çox, Ermənistanın təlimdə iştirakdan imtinasının müzakirə edilməsidir.
"Kopenhagen"in məşqçisi "Qarabağ"a görə QOVULDU
Danimarkanın "Kopenhagen" klubunun baş məşqçisi Stole Solbakkenin əsas köməkçisi Brian Priske komandadan kənarlaşdırılıb. Klubun rəsmi saytıxəbər verir ki, 40 yaşlı mütəxəssis Yohan Lange ilə əvəzlənib.
Yaponiyadan Rusiyaya ÇAĞIRIŞ: “Müharibə mövzusunda daha konkret reaksiya sərgilənməlidir”
Yaponiya prezidenti Şinzo Abe rəsmi Tokio ilə Moskvanın ortaq hərəkət etməsini istədiyini dilə gətirib. Prezident bu birlik sayəsində Şimali Koreya siyasətinə ciddi zərbə vura biləcəklərini deyib. Rusiya telekanallarından birinə müsahibə verən Ş.Abe Şimali Koreyanın keçirdiyi nüvə sınaqlarının tayı-bərabəri olmayan meyarda təhdid olduğunu qeyd edib.
Mətanət Əliverdiyeva işdən çıxdı
Aparıcı Mətanət Əliverdiyeva 106.3 FM-də aparıcısı olduğu "Boomerang" səhər şousundan ayrılıb. Aparıcı açıqlamasında bildirib ki, buna səbəb telekanaldakı işlərinin çoxluğu olub: "5 gəlin"də işlərim çox oldu. Həm də format dəyişdik. Sentyabrın 10-dan efirdə olmalıyıq. Rayonlara gedirik, heç cür çatdıra bilmirdim. Gecə gec qayıdırıq, tezdən çəkilişlərdə oluruq. Kollektiv mənə görə oturub gözləyirdi, alınmır. Sırf "5 gəlin"də olacam.
Myanma ölkədən qaçanları saxlamaq üşün sərhədə minalar yerləşdirir
Myanma hökuməti Banqladeşlə sərhəddə minalar yerləşdirmək barədə göstəriş verib. Bu barədə xarici KİV Banqladeş hökumətindəki mənbə deyib. Mənbənin sözlərinə görə, bu qərar çox güman ki, ölkədən rohincalalıların qaçmasının qarşısnı almaq üşün verilib.
ABŞ təşvişdə: "Harvi"dən sonra "İrma" - VİDEO
Atlantik okeanından Karib hövzəsinə və ABŞ-ın Florida ştatına doğru hərəkət edən "İrma" qasırğası güclənərək Saffir-Simpson şkalası ilə 5-ci kateqoriyaya çatıb. Qasırğanın mərkəzində küləyin sürəti 175 km/saata çatıb. Qasırğa qərbə doğru 5,8 m/saniyə sürətlə hərəkət edir.
Prezident İlham Əliyev "Xankəndi" sualtı tikinti gəmisinin təqdimat mərasimində iştirak edib
Sentyabrın 6-da Bakı gəmiqayırma zavodunda BP şirkətinin sifarişi ilə "Şahdəniz-2" layihəsi çərçivəsində inşa edilən "Xankəndi" sualtı tikinti gəmisinin təqdimat mərasimi olub. Azərbaycan Prezidenti İlham Əliyev mərasimdə iştirak edib.
Yaşar Vahabzadə: "Belə səhvləri heç uşaq komandaları da etməzdi"
U-21-lər arasında Avropa çempionatının seçmə mərhələsində keçirilmiş Azərbaycan - İrlandiya oyunundan sonra hər iki komandanın baş məşqçisi fikirlərini bildirib. Fikirlərini nəzərinizə çatdırırıq: Yaşar Vahabzadə (Azərbaycan U-21 yığmasının baş məşqçisi): “İsrail yığması ilə oyunda məğlubiyyətdən sonra komanda özünü yaxşı tərəfdən göstərməyə çalışırdı. İstək var idi. Buraxdığımız səhvlərdən istiadə edən rəqib qapımıza yol tapmağı bacardı. Belə səhvləri bəlkə də heç uşaq komandaları da etməzdi. Azlıqda qalmağımız da oyunun nəticəsinə təsirini göstərdi”.













