Qarətçilər soyğun zamanı sabiq dövlət katibini döydülər
Parisdə naməlum şəxslər qarət zamanı Fransanın sabiq dövlət katibi və Eson departamentini təmsil edən senator Jan Vinsen Plaseyə hücum ediblər. İnsident sentyabrın 3-nə keçən gecə baş verib. Cinayətkarlar sabiq məmurdan 7 min avro dəyərində saatını əlindən almağa çalışarkən onun baş nahiyəsinə xəsarət yetiriblər.
6 Sentyabr 2017 11:14 DünyaParisdə naməlum şəxslər qarət zamanı Fransanın sabiq dövlət katibi və Eson departamentini təmsil edən senator Jan Vinsen Plaseyə hücum ediblər. İnsident sentyabrın 3-nə keçən gecə baş verib. Cinayətkarlar sabiq məmurdan 7 min avro dəyərində saatını əlindən almağa çalışarkən onun baş nahiyəsinə xəsarət yetiriblər.
Hələlik insidentlə əlaqədar saxlanılan yoxdur. Plase keçmiş prezident Fransua Ollandın administrasiyasında dövlət islahatlaşdırılması məsələləri üzrə dövlət katibi vəzifəsində çalışıb. Publika.az "RİA Novosti"yə istinadən xəbər verir.