Gündəm

Məşhur müğənni Sağlamlıq Nazirliyində işlə təmin olundu

6 Sentyabr 2017 10:16

Məşhur türkiyəli müğənni Fərhat Göçər Türkiyə Sağlamlıq Nazirliyində vəzifə ilə təmin olunub. “Olaylar” bildirir ki, əslində həkim olan Fərhat Göcər nazirlikdə məsləhətçi kimi çalışacaq. Yeni işə ilə əlaqədar müğənni serminarlarda iştirak etməli, bütün xəstəliklər haqqında insanları maarifləndirməlidi.

Merkelə pomidorlu hücum

6 Sentyabr 2017 09:58

Almaniya Baş nazir Angela Merkel seçiciləri ilə görüş zamanı çətin anlar yaşayıb. “Olaylar” bildirir ki, Almaniyada sentyabrın 24-də keçiriləcək seçkilər üçün Heidelberq şəhərində seçiciləri ilə görüşən  Baş nazir Merkelə səslənən bir qrup şəxs onun üzərinə pomidorlar atıblar. Pomidorlardan biri Merkelin qırmızı pencəyinə,  digərlərinin isə Merkelə dəymədiyi bildirilir. Angela Merkel özünü itirmədən hadisəyə səssiz qalıb və görüşünü davam etdirib.

Müxəmməs janrına dair yeni nəşr

6 Sentyabr 2017 09:30

AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun şöbə müdiri, filologiya üzrə fəlsəfə doktoru Nailə Mustafayevanın “XVIII-XIX əsrlər Azərbaycan ədəbiyyatında müxəmməs janrı” adlı kitabı “Elm və təhsil” nəşriyyatında işıq üzü görüb. "Olaylar" bildirr ki, kitabda XVIII-XIX əsrlər Azərbaycan poeziyasında müxəmməs janrında yazılmış əsərlər əsasında ədəbiyyatımızın həmin dövrlərlərdəki inkişaf xüsusiyyətləri araşdırılıb.  Müəllif əlyazma mənbələrini tədqiq etməklə bir sıra qeyri-mətbu müxəmməsləri də aşkara çıxarıb.

AMEA ilə Kanadanın Ontario əyalətinin Tədqiqat, İnnovasiya və Elm Nazirliyi arasında əməkdaşlıq 

6 Sentyabr 2017 09:28

AMEA Rəyasət Heyətində Kanadanın Ontario əyalətinin tədqiqat, innovasiya və elm naziri Reza Moridinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirildi. "Olaylar" bildirir ki, Öncə AMEA-nın prezidenti, akademik Akif Əlizadə rəhbərlik etdiyi elm ocağının yaranma tarixi və fəaliyyəti haqqında qonaqlara məlumat verdi. O, 72 illik tarixi olan akademiyada elmin prioritet istiqamətlərində araşdırmalar aparıldığını, çoxsaylı innovativ layihələrin həyata keçirildiyini diqqətə çatdırdı. Sonra çıxış edən Kanadanın Ontario əyalətinin tədqiqat, innovasiya və elm naziri R.Moridi təmsil etdiyi əyalət haqqında məlumat verdi. Onun sözlərinə görə, Kanadanın 10 əyalətindən biri olan Ontario ümumu daxili məhsulun həcminə görə ölkənin öndə gedən bölgələrindəndir. Bildirdi ki, bir çox qabaqcıl ali məktəblərin fəaliyyət göstərdiyi bu əyalətdə fundamental elmlərin inkişafına böyük vəsait ayrılır. Ontarioda 8 innovasiya mərkəzinin fəaliyyət göstərdiyini qeyd edən qonaq bura

Azərbaycanda 4 bal gücündə zəlzələ

6 Sentyabr 2017 09:23

Sentyabrın 6-da Qəbələ rayonu ərazisində zəlzələ olub. Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən "Olaylar"-a bildirilib ki, Qəbələdən 24 kilometr şimal-qərbdə baş verən yeraltı təkanlar yerli vaxtla saat 05:45:12-də qeydə alınıb.

Teatr yeni mövsümdə beynəlxalq festivallarda iştirak edəcək

5 Sentyabr 2017 21:12

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı özünün 90-cı mövsümündə 3 beynəlxalq teatr festivalında iştirak etmək üçün səfərə hazırlaşır. “Olaylar” bildirir ki, sentyabr ayının 7-dən 14-dək kollektiv Ufa şəhərində keçiriləcək “Tuqanlıq” VI Beynəlxalq teatr festivalında iştirak edəcək. Festivalda ölkəmizi yazıçı-dramaturq Tamara Vəliyevanın “Cəza” adlı təkadamlıq oyun tamaşası təmsil edəcəkdir. Tamaşada əsas ifaçı Əməkdar artist Kəmalə Hüseynovadır. Tamaşanın quruluşçu rejissoru Əməkdar incəsənət xadimi Mehriban Ələkbərzadə, işıq üzrə rəssamı Vadim Kuskov, truykların quruluşu İsa Əsədova məxsusdur.

Mətbuat Şurası "Vaşinqton post"la bağlı bəyanat verdi

5 Sentyabr 2017 21:05

Mətbuat Şurası "Vaşinqton post"la bağlı bəyanat verib. Bu barədə Şuradan məlumat verilib. Bəyanatda deyilir: "Müxtəlif vaxtlarda Azərbaycana, dövlətimizin başçısına qarşı qərəzli təşəbbüslərin həyata keçirildiyinin şahidi olmuşuq. Belə bir qərəz kampaniyası bu günlərdə də aparılmaqdadır. Söhbət «The Organized Crime and Corruption Reporting Project» (OCCRP) adlı qurumun Böyük Britaniyanın «Gurdian» nəşrində, eləcə də Avropanın digər kütləvi informasiya vasitələrində dərc olunmuş hesabatından sonra «Vaşinqton post» qəzetində də bir gündə iki anti-azərbaycançı məqalənin yer almasından gedir.

Gənc Tamaşaçılar Teatrı yubiley mövsümündə

5 Sentyabr 2017 20:55

Sentyabrın 5 – də Gənc Tamaşaçılar Teatrı özünün 90-cı mövsümünə qədəm qoydu. “Olaylar” bildirir ki, mövsümün açılışı münasibət ilə keçirilən iclasda teatrın direktoru, Əməkdar incəsənət xadimi Mübariz Həmidov çıxış edərək kollektivin yeni, yubiley mövsümünü təbrik etdi. Bildirdi ki, 90-cı mövsümdə teatrı böyük yeniliklər gözləyir. Eyni zamanda qarşıda duran vəzifələr haqqında məlumatı diqqətə çatdıran teatrın rəhbəri ilin sonunadək görüləcək işlər haqqında ətraflı məlumat verdi. Direktor    mövsümdə yeni bir beynəlxalq layihənin həyata keçiriləcəyini də xüsusi vurğuladı.

Xarici dilin beyin funksiyasına bilmədiyimiz təsiri – Tədqiqat

5 Sentyabr 2017 20:01

Xarici dil öyrənmək beyin funksiyalarının fəaliyyətinə yaxşı təsir göstərir.  Edinburgh Universiteti apardığı araşdırmalarda maraqlı bir nəticə əldə edib. Bu barədə “Annals of Neurology” jurnalında dərc olunan məlumatda bildirilir ki, tədqiqatda 262 adam iştirak edib və onlar zəka testlərindən keçirilib.

Alimlərdən yeni araşdırma: Yer kürəsi 5 dərəcəyədək isinə bilər

5 Sentyabr 2017 19:55

Qlobal istiliyin əsrin sonuna qədər ortalama 2 dərəcədən də çox artması gözlənilir.  ABŞ-ın iki qurumu bir-birindən xəbərsiz araşdırma həyata keçiriblər. Vaşinqton Universitetinin alimləri 2100-cü ilədək Yer kürəsinin 2-4,9 dərəcə arasında isinəcəyi ehtimalının 95 faiz olduğunu bildiriblər. Elm adamları hərarətin 1,5 dərəcə və ondan az artma ehtimalını isə 1 faiz olaraq dəyərləndiriblər. Tədqiqatçılar əsrin sonuna qədər planetimizin ən azı ortalama 3,2 dərəcə isinəcəyini deyiblər.

Smartfonların zərərli şüasından qoruyan EKRAN YARADILDI

5 Sentyabr 2017 19:49

Alimlər uzun müddət mobil telefonların sıx istifadəsinin sağlamlığa təsiri haqda hesabatlar paylaşırlar. Bu mövzuda elmi nəşrlərin sayı 21 mini keçib - belə tədqiqatların son dərəcə dəqiq hesabatını bioelektromaqnitizm üzrə tədqiqat mərkəzi "Axena" tərəfindən yaradılmış xüsusi sayt aparır.

Özü sıradan çıxan elektronika qurğusu yaradılıb

5 Sentyabr 2017 19:44

Fiziki cəhətdən dayanıqlı olmayan elektronika (physically transient electronics) bir çox müxtəlif məsələləri həll etmək qabiliyyətinə malikdir. Məsələn, həll olunan konstruksiyalar ekoloji monitorinq və ya dərmanların müəyyən orqanlara dəqiq çatdırılmasında istifadə olunur. Belə cihazlar ənənəvi elektron qurğularla müqayisədə daha sürətlə sıradan çıxır, buna görə ətraf mühiti az çirkləndirir.

“Excel” proqramında real vaxtda birgə redaktə funksiyası istifadəyə verilib

5 Sentyabr 2017 19:39

“Microsoft” korporasiyası “Excel” proqramında sənədlərin real vaxt rejimində birgə redaktəsi funksiyasını istifadəyə verib.  Məlumata görə, bir neçə istifadəçiyə eyni elektron cədvəllə eyni vaxtda işləməyə imkan verən yeni funksiya dəyişiklikləri avtomatik sinxronlaşdıraraq real vaxt rejimində əlavə edir. İmkandan “OneDrive”, biznes üçün “OneDrive” və ya “SharePoint” proqramlarında saxlanılan sənədlər üçün yararlanmaq mümkündür.

“Sharp Aquos 8K TV” televizoru nümayiş olunub

5 Sentyabr 2017 19:34

Yaponiyanın “Sharp” istehsalçısı “IFA 2017” sərgisində təsvir ölçüsü adi “Full HD” standartını 16 dəfə üstələyən 70 düym diaqonallı “8K” formatlı “Aquos” televizorunu nümayiş etdirib. 

Səsli idarəetməyə malik avtomatik hərəkət edən soyuducu təqdim edilib

5 Sentyabr 2017 19:30

Berlində keçirilən “IFA 2017” sərgisi çərçivəsində Yaponiyanın “Panasonic” şirkəti səsli idarəetməyə malik və mətbəxdə sərbəst hərəkət edən avtomatlaşdırılmış soyuducu nümayiş etdirib.